Gundemxeber.az » Ölkə » Bölgə » Ordumuz Qafan-Jakate yolunu müşahidə altına alıb - KİV
Dünən gecədən başlayan erməni təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatdan sonra Ermənistanda vəziyyət gərginləşib. Xüsusən də Gorus, Qafan, Vardenis və Qeqarkunik rayonlarında ermənilər təşviş içindədirlər. Gundemxebeer.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, artıq bir çox kənd və rayonların əhalisi evlərini tərk edərək, ərazidən qaçıblar.
Vardanes rayon məktəbinin direktoru Xloyan “Hraparak” qəzetinə açıqlama verərək bildirib ki, dünən gecədən etibarən rayon mərkəzində yaşayan əhalinin böyük əksəriyyəti evlərini qoyaraq, qaçıblar. Onun sözlərinə görə, bu gün səhər məktəb açılsa da, bir uşaq belə dərsə gəlməyib. “Dünən gecənin gərginliyindən hamı qorxuya düşüb. Böyük əksəriyyəti isə evlərini tərk edərək, qaçıblar. Rrayon hazırda boşdur. Ara-sıra adamlar gözə dəyir”.
Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan isə özünün facebook səhifəsində yazıb ki, hazırda Qafan-Jakate yolu bağlanıb. Onun iddiasına görə, Azərbaycan Ordusu sözügedən yolu müşahidəsi altına alıb. “Hazırda yol bağlıdır”.
Dünən baş verən hadisələrdən sonra Zod, Kut və Norabak kəndlərinin sakinləri də evlərini tərk ediblər. Həmin kəndlərin sakinləri yerli mətubata açıqlamalarında bildiriblər ki, hazırda vəziyyət sabit olsa da, qorxu çoxdur.
Gundemxeber.az
15-07-2020, 15:25
20-05-2022, 14:46
30-11-2020, 12:42
11-11-2021, 10:52
13-09-2021, 14:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?