Gundemxeber.az » Ölkə » Bölgə » “Qəbələli Yunus”un şəlalə biznesi - VİDEO
Oğuzun Xal-xal meşəsinə giriş, oradakı şəlaləyə baxış üçün sözün əsl mənasında biznes yaradılıb.
Gundemxeber.az bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı jurnalist Məhəmmədəli Qəribli görüntülər paylaşıb.
O, bildirib ki, “Xal-Xal” şəlaləsinə baxmaq üçün mütləq “Qəbələli Yunus”un yaratdığı “gömrüyə” pul ödəməlisən:
“Buranı “Qəbələli Yunus” adlı iş adamı zəbt edib, öz qanunlarını qoyub. Girişdə xüsusi lövhə də quraşdırılıb. Yəni pulu ödəməsəniz keçə bilməzsiniz. Giriş 1 nəfər üçün 2 AZN, xarici vətəndaşlara isə 5 AZN-dir. Qazilərə, şəhid ailələrinə giriş pulsuzdur. Lakin bununla bağlı sənəd təqdim edilməlidir. İçəridə bütün xidmətlər pulludur. Hətta şəlaləyə daha yaxın durub şəkil çəkdirmək üçün 1 AZN ödəməlisiniz. Bu, özbaşınalıqdır. Etirazımızı bildirdikdə, dedilər, bu şəlaləni Yunus özü çəkib. Ölkənin təbii sərvətləri vətəndaşlara məxsusdur. Ərazini zəbt edib, pullu etmək özbaşınalıqdır”.
Videonu izlənmək üçün linkə daxil olun: https://www.facebook.com/watch/?v=499652779422314
Gundemxeber.az
20-10-2014, 11:16
15-08-2014, 17:02
14-04-2021, 13:43
29-04-2014, 10:08
5-02-2016, 15:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?