GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!

PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!

Tarix: 27-04-2017, 18:55 Bölmə :Cəmiyyət Baxış: 742
PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!


Əfv sərəncamına adı düşən Mahmudov Elvin Bəxtiyar oğlunun əvəzinə başqa birini azadlığa buraxıblar!

Vəkil Adəm Məmmədov: “Hesab edirəm ki, bu, dövlət başçısına xəyanət və ağır cinayətdir”


“Oğlum Prezidentin bu ilin mart ayının 16-da imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılmalı olsa da, hələ də həbsdə saxlanılır. Onun əvəzinə adı və soyadı oğlumla eyni olan, ancaq atasının adı, təvəllüdü fərqli olan başqa bir şəxsi əfv olunmuşların siyahısına salaraq, azadlığa buraxıblar”. Heyrət doğuran bu açıqlamanı “AzPolitika.info”ya Bakı şəhəri Binəqədi rayonu, İlham Hacıyev küçəsi ev 3-də yaşayan Mustafayeva Bənövşə Vahid qızı verib.

Onun sözlərinə görə, oğlu Mahmudov Elvin Bəxtiyar oğlu 2012-ci ildə bir böhtanla üzləşərək həbs olunub: “Həmin ilin aprelində oğlumla keçmiş MTN-nin əməkdaşı Anar Məmmədov arasında baş vermiş mübahisə ikincinin günahı ucbatından davaya çevrilmişdi. Anar Məmmədov oğlumun maşınına ziyan yetirmiş, özünə çoxsaylı zərbələr vurmağa çalışmışdı. Oğlum da özünü qorumaq məqsədilə kişik uclu bıçaqdan istifadə edərək, Anar Məmmədovu yaxınına buraxmamağa çalışmışdı. Bu zaman Anar Məmmədova kiçik bir xəsarət yetirmişdi. Ancaq o və atası Yaqub Məmmədov əllərindəki imkanlardan istifad edərək, istintaqın hadisəni “öldürməyə cəhd” kimi qiymətləndirməsinə nail oldular. Və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğluma 7 il iş kəsildi.

Həbsxanaya düşdükdən sonra da Məmmədovlar ailəsi oğlumdan əl çəkmədi. Yaqub Məmmədov oğlumu öldürtdürəcəyi ilə hədələyirdi. Onlar hansısa vasitələrlə oğlumun əvvəlcə 6 saylı cəzaçəkmə müəssisəsindən 13 saylıya keçirilməsini təşkil etdillər. Sonra da heç bir aidiyyatı olmadığı halda oğlumun Binədə yerləşən vərəm əleyhinə ixtisaslaşdırılmış müalicə müəssəsinə göndərilməsinə nail oldular. Bunu onların etdiyini ona görə bilirik ki, əvvəlcədən bizə belə edəcəklərini demişdilər. Bununla orada oğlumu vərəmə yoluxdurub məhv etmək istəyirdilər. Hara müraciət etsəm də, xeyri olmadı . 6 ay orada qaldı. Yalnız Xəzər Rayon Məhkəməsinin qərarından sonra bu ilin mart ayının 9-da oğlumun yeri Bakı İstintaq Təcridxanasına dəyişdirilib”.

Bənövşə Mustafayeva Xəzər Rayon Məhkəməsinin qərarının da oğlunun xeyri üçün deyil, onu həbsdə saxlamaq üçün verildiyini bildirir: “Oğlumun gənc yaşında bir böhtanın qurbanına çevrilməməsi, əvfə salınaraq azadlığa buraxılması üçün bir çox dövlət qurumlarına müraciət etdim, qəbullarda oldum. Bir ana kimi Möhtərəm Prezidentimiz İlham Əliyevə, hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciətlər etdim. Çox sağ olsunlar, Allah onlardan razı olsun. Müraciətlərimə müsbət cavab verildi. Oğlumun 7 illik cəzasının 5 ilini çəkdiyi, həbsxanada özünü nümunəvi apardığı da nəzərə alınaraq, əvf müraciətinizə müsbət cavab verildi.
Möhtərəm Prezidentimiz tərəfindən 2017-ci ilin mart ayının 16-da imzalanan Əfv sərancamı ilə azadlığa buraxılanlar arasına oğlumun da adı salındı. Bu barədə televiziyada və mətbuatda rəsmi məlumat verildi. Oğlum Mahmudov Elvin Bəxtiyar oğlunun adı əvf olunanların siyahısında 1.249 sırada göstərilib. Prezidentin saytında, başqa saytlarda da var, baxa bilərsiz. Həmin gün bizim evdə bayram idi. Səbirsizliklə oğlumun buraxılacağını gözləyirdik. Ancaq günlər keçdi, oğlum buraxılmadı. Bir də eşitdik ki, əfv sərəncamının icrası başa çatıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, aidiyyatı şəxslərə müraciət etdik. Bizə əvvəlcə dedilər ki, darıxmayın, buraxılacaq. Ancaq sonradan bizə məlum oldu ki, onun yerinə adı və soyadı eyni olan başqa birini Prezidentin əfv etdiklərinin siyahısına salaraq buraxıblar. Əfvə düşmədiyi halda, oğlumun əvəzinə buraxılan şəxs Mahmudov Elvin Habil oğludur. O, 1992-ci il təvəllüdlüdür, mənim oğlum isə 1982. Sərəncamda da göstərilir ki, 1982-ci il təvəllüdlü Mahmudov Elvin Bəxtiyar oğlu. Yəni, əfvə mənim oğlum salınıb, saxtakarlıqla başqasını buraxıblar”.

Bənövşə Mustafayevanın sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis mavinləri Oktay Məmmədovun və Hüseyn Əlixanovun qəbulunda olub. “Hər ikisi texniki xəta olduğunu iddia edərək, məndən məsələni böyütməməyi, səsə-küyə salmamağı istədilər. Bu nə deməkdir? Prezidentin sərəncamı ilə oğlum azadlığa buraxılır, əvəzinə başqasını həbsdən azad edirlər. Sonra da bunun texniki xəta olduğunu bildirib, bizdən sakit qalmağımızı istəyirlər. Xətadır düzəldin, oğlum niyə sizin xətanıza görə, daha azı 2 il həbsdə qalmalıdır?

Ədliyə Nazirliyində İsa müəllimin və İbişov Ağamməd müəllimin qəbulunda olmuşam. “Biabırçılıqdır” deyiblər. Ancaq bu biabırçılığı aradan qaldırmaq üçün heç bir addım atılmayıb. İndi də eşidirik ki, məsələni ört-basdır etmək üçün başqa yollara əl atmaq istəyirlər”.

PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!


Bənövşə Mustafayevanın iddiasına görə, hazırda bu saxtakarlığı gizlətmək, onları susdurmaq üçün oğlunu, həbs müddətini artırmaqla hədələyirlər: “Oğlum hələ Binədə yerləşən vərəm əleyhinə ixtisaslaşdırılmış müalicə müəssəsinə göndərilməzdən əvvəl – 2016-cı il oktyabrın 8-də 13 saylı cəzaçəkmə müəssisəsində insident baş vermişdi. Bir qrup dustaq arasında mübahisə olmuşdu. Həmin insidentlə bağlı Qaradağ Rayon Prokurorluğunda prokuror köməkçisi Fəxrəddin Tağıyev tərəfindən istintaq aparılır. Oğlum həmin vaxt 13 saylı cəzaçəkmə müəssisəsində olsa da, həmin hadisədə iştiral etməmişdi. Həmin vaxt tibb məntəqəsində olmuşdu. Bunu cəzaçəkmə məntəqəsində olan kamera görüntüləri də təsdiqləyir. İş materiallarında da həmin çəkilişlər var. Çəkilişlərdən açıq görünür ki, hadisə bitdikdən sonra oğlum həmin yerə gəlib. Buna görə də, oğlumun adı həmin iş üzrə şahid kimi keçir. Bununla bağlı əlimizdə prokurorluğun verdiyi rəsmi məktub da var. Həmin məktubda da göstərilir ki, oğluma qarşı hər hansı ittiham irəli sürülməyib, işdə şahid kimi dindirilib. Ancaq indi özlərinə haqq qazandırmaq üçün oğlumu bu iş üzrə təqsirkar kimi məsuliyyətə cəlb etmək istəyirlər. Halbuki, həm görüntülər, həm də şahidlər oğlumun həmin hadisədə iştirak etmədiyini təsdiqləyir”.

ProkurorBənövşə Mustafayevanın sözlərinə görə, oğlunun bu hadisəni bəhanə gətirərək həbsdə saxlanılması da qanunsuzdur: “Bunu həm Qaradağ Rayon Prokurorluğunda, həm Baş Prokurorluqda, həm də Ədliyyə Nazirliyində bizə bildirdilər. Baş Prokurorluqda müstəntiq Ramil Qurbanovun qəbulunda olmuşuq. O, açıq şəkildə bildirdi ki, bu işi səbəb göstərərək, Əfv sərəncamının icra edilməməsi mümkün deyil. Çünki həmin işə oğlunuz şahid kimi cəlb olunub, təqsiri olduğu sübuta yetirilməyib. Əgər günahı olsaydı, cinayət işinin açıldığı 6 ay ərzində oğluma qarşı hansısa ittiham irəli sürülərdi.

İkinci bi tərəfdən, oğlumun adı Əfv sərəncamına salınmazdan öncə 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi onunla bağlı müsbət Xasiyyətnamə verib. Əgər oğlum orada hər hansı qanunsuzluq etsəydi, belə bir Xasiyyətnamə verərdimi?

Üçüncüsü də həmin işdə oğlumla bərabər adı şahid kimi keçən digər bir məhbusun – Həsənli Elgün Əli oğlunun da adı Əfvə düşüb və onu azadlığa buraxıblar”.

Bənövşə Mustafayeva bildirir ki, bütün bunlar – əfvə düşdüyü halda oğlunun həbsdə saxlanılması, yerinə başqasının buraxılması və üstəlik də onların susdurulmağa çalışılması hansısa “qara qüvvələrin” əməli olduğunu düşünməyə əsas verir: “Bu adamların gözü necə dönübsə, hətta Prezidentin sərəncamına müdaxilə etməkdən belə çəkinmirlər. Buna görə də, biz oğlumun həyatından narahatıq. Onun başına bir iş gətirəcəklərindən, ya da etmədiyi cinayətdə ittiham edib, həbs müddətini artıracaqlarından qorxuruq. Ona görə də, mətbuat vasitəsilə möhtərəm Prezidentimiz İlham Əiliyevə və hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət edirəm: Ümidim göydə Allaha, yerdə onlaradır! Oğlu aprel döyüşlərində iştirak edən bir ana kimi xahiş edirəm ki, digər oğlum Elvin Mahmudovun işini nəzarətə götürsünlər. Oğlumun cənab Prezidentin imzaladığı Əfv sərəncamına əsasən azadlığa buraxılmasını və günahkar şəxslərin cəzalandırılmasının təmin olunmasını xahiş edirəm”.

Məsələ ilə bağlı Elvin Mahmudovun vəkili Adəm Məmmədovun da münasibətini öyrəndik. A.Məmmədov “AzPolitika.info”ya açıqlamasında baş vermiş hadisəni “dövlət başçısına xəyanət və bağışlanılmaz cinayət” kimi dəyərləndirdi: “Bilirsiniz ki, Əfv sərəncamı imzalamaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətlərindən biri kimi də nəzərdə tutulub. Yəni, Prezidentə fərdi qaydada müəyyən şəxsləri azadlığa buraxmaq, cəzasını yüngülləşdirmək və digər oxşar qərarlar qəbul etmək səlahiyyəti verilib. Bu zaman həmin şəxslərin adı, soyadı, atasının adı və onunla bağlı digər məlumatlar Əvf sərəncamında göstərilir. Ancaq qəribədir ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı Əfv sərəncamına düşməsinə baxmayaraq, o, azadlığa buraxılmayıb. Daha dəhşətlisi isə odur ki, onun əvəzinə müəmmalı şəkildə adı və soyadı oxşar olan, ancaq atasının adı, digər göstəriciləri fərqli olan birini azadlığa buraxıblar. Mahmudov Elvin Habil oğlu adında. Bu, tamamilə qanunsuz bir addımdır, izahı mümkün olmayan faktdır. Prezidentin sərəncamı mübahisələndirilə bilməz və icrası məcburidir. Heç kim tərəfindən bu sərəncama müdaxilə edilə bilməz. Qanun buna yol vermir. Ancaq bunu ediblər. Hesab edirəm ki, bu, dövlət başçısına xəyanətdir və ağır cinayətdir. Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bunu həyata keçirən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır”.

Vəkil Adəm Məmmədovun sözlərinə görə, indi bunu Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırma ilə əlaqələndirmək cəhdi də qanunsuzdur: “Cəzaçəkmə müəssisəsində baş vermiş bir hadisə ilə bağlı ümumi bir cinayət işi açılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3 maddəsi ilə – cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının normal fəaliyyətini pozmaqla bağlı. Ancaq həmin hadisədə hüquqlarını müdafiə etdiyim Elvin Mahmudov hər hansı şəkildə iştirak etməyib. Bunu kamera görüntüləri də, şahidlər də təsdiqləyir. Yəni, həmin kütləvi mübahisədə o iştirak etməyib. Buna görə də, cinayət işinə təqsirləndirilən şəxs kimi deyil, şahid kimi cəlb olunub.

PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!


Ancaq həmin iş üzrə istintaqa hansı formada cəlb edilməsindən asılı olmayaraq, Əfv sərəncamına adı düşdüyü üçün azadlığa buraxılmalı idi. Çünki hazırda onun həbsdə olmasına səbəb olan fakta görə, Prezident onu əfv edib. Başqa bir cinayət işində adınının hansı formada keçməsindən asılı olmayaraq, o, azadlığa buraxılmalı idi. Əgər hansısa işdə günahı sübut olunarsa, təkrar həbs edilə bilərdi. Prezidentin sərəncamı icra olunmalı idı”.

Adəm Məmmədov konkret ad çəkməsə də, məsuliyyətin sərəncamı icra edən orqanın üzərində olduğunu bildirdi: “Bu səhvdirsə düzəldilməlidir. Yox, əgər kimsə hüquqlarını müdafiə etdiyim Elvin Mahmudovdan intiqam almaq üçün bunu həyata keçiribsə, bu artıq bağışlanılmaz cinayətdir. Və inanıram ki, həqiqətən bu hal baş veribsə, ölkə rəhbərliyi, müvafiq qurumlar bu məsələni nəzarətə götürəcək və günahkarla bağlı ciddi ölçü götürüləcək”.

Qeyd olunanlarla bağlı Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin mövqeyini işıqlandırmağa çalışacağıq.

İ. İsmayılbəyli


PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!
PREZİDENTİN ƏFV SƏRƏNCAMI İLƏ BAĞLI ŞOK!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev 10 ildə 35 160 nəfərdən çox məhkumu azadlığa buraxıb

    İlham Əliyev 10 ildə 35 160 nəfərdən çox məhkumu ...

    22-01-2014, 14:37

  • 
  • İlqar Məmmədov əfv oluna bilər

    İlqar Məmmədov əfv oluna bilər ...

    5-09-2013, 15:00

  • 
  • Prezident əfv sərəncamı imzaladı

    Prezident əfv sərəncamı imzaladı ...

    26-12-2012, 19:37

  • 
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • Ramazanda əfv olacağmı?

    Ramazanda əfv olacağmı? ...

    5-08-2013, 15:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu