Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümündə ittiham olunan həkim Ramiz Sadıqov hadisəyə aydınlıq gətirib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, 5 yaşlı Kənanın ölüm səbəbi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinindən rəsmi cavab gələndən sonra məlum olacaq:
“Uşağı sünnət etməyi hazırlaşırdım ki, Kənan dayanmadan ağladı, ağladı və keçindi. O, sünnət olunmamış öldü. Onun ölümü ilə bağlı müxtəlif səbəblər ola bilər. Ürək qüsuru, iynələr... Məsələ mənə qaranlıqdır. Hadisə zamanı Kənanın babası və əlavə bir nəfər otaqda olub. Düzü mən bu ölüm işində Kənanın ürək qüsuru olmasından şübhələnirəm. Amma bu əsas deyil, versiyadır.”
Ramiz Sadıqov Kənana iki keyləşdirici iynə vurduğunu deyib: “Hadisə ilə bağlı hələ dindirilməmişəm. Ekspertizanın cavabı gələndən sonra dindiriləcəm. Özümü çox günahkar sayıram. Gərək əməliyyata razı olmayaydım. Onlar imkansız ailədir. Dəfələrlə dedilər, amma razı olmurdum. Ona əl tutmaq istədim, bu da belə alındı. Babasına dedim ki, gətir uşağı əməliyyatı özəl xəstəxanada edək. Razı olmadı. Dedi ora pul köçürməyə imkan yoxdur. Sonra onun yaxın bir qohumu gəldi, əl çəkmədi. Nə bilim, pulsuz işin sonu belə olur. Gərək pulsuz iş görməyəsən.”
Masallının Musaküçə kəndində sünnət zamanı 5 yaşlı Kənan Hüseynov dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?