“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evində qalan qadınlardan birinin qeyri-rəsmi əri birliyin rəhbəri Mehriban Zeynalovanı təqib və təhdid edir.
Bu barədə Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, həmin şəxs sığınacaqda yaşayan qadınlardan biri Nazilə Şirinovanın qeyri-rəsmi əri Mehrəliyev Ceyhun Elçin oğludur:
“Bir ay bundan əvvəl sosial şəbəkə vasitəsilə şantaj edirdi ki, qadının şikayətini geri götürməyəcəyi təqdirdə böyük problemlər yaradacaq. Artıq həmin hədə-qorxular açıq təhdid halını alıb. Dünən axşam saatlarında evmimin qarşısında məni hədələdi”.
Birliyin rəhbəri deyir ki, ofisdə çalışan işçilər narahatdılar:
“Mən işçilərin həyatına görə cavab verirəm. Bir müddət əvvəl də həmin şəxs bildirib ki, gəlib uşağı sığınacaqdan oğurayacaq. Sığınacağın içindən məlumat almaq üçün kimisə aldatmaq istəyir. Bütün dostlarıma, tanışlarıma dostluq atır. Guya bura əxlaqsızlıq yuvasıdır. Hollandıyada və digər ölkələrdə yaşayan qadın dostlarıma, oğluma yazıb.
Qeyd edək ki, Ceyhun Mehrəliyev Nazilə Şirinovanı bıçaqladığı üçün Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir. Həmin şəxsin məqsədi məhkəmədən şikayət ərizəsinin geri götürülməsinə nail olmaqdır.
Nazilə Şirinova deyir ki, Ceyhun Mehrəliyev onu lüt soyundurub, bıçaqla xəsarətlər yetirib:
“Ayağım yaralı olduğu üçün sürünə-sürünə yola qədər gəlib çıxa bildim. Yolda bir nəfər öz paltarını mənə verdi və polis bölməsinə gəldik. Məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Sığınacağa gəldim. Hazırda araşdırma davam edir. Fevraldan sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üşün adamlar göndərir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?