İşdən çıxarılan şəxslər növbəti işi tapana qədər 9 ay işsizlik müavinəti ala biləcəklər. Bu, Milli Məclisdə yeni hazırlanan "işsizlikdən sığorta haqqında" qanun layihəsində öz əksini tapıb.
gundemxeber.az bildirir ki, həmin vəsaiti yeni yaradılacaq sığorta fondu ödəyəcək. Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin iclasında müzakirə olunan qanun layihəsinin bəzi maddələrinə millət vəkilləri etiraz ediblər. Bunlardan biri əgər işsiz olan adama 2 dəfə iş təklif olunarsa onu rədd etdikdə müavinətin avtomatik olaraq kəsilməsidir. Millət vəkilləri qeyd ediblər ki, bu məqamda sui-istifadə halları çox olacaq.
Millət vəkili Araz Əlizadə isə məşğulluq tərəfindən iş təqdim olunan zaman insanların öncəki işi və maaşına uyğunluq məsələsinə mütləq diqqət edilməlidir. Əks halda yeni qanun layihəsinin icrasında bir sıra problemlər meydana gələcək.
Millət vəkili Musa Quliyev isə işdən 63 yaşında çıxarılan şəxslərə işsizlik müavinətin daha uzun müddətə verilməsini təklif edib.
Qanun layihəsi bəyənilərək milli məclisin plenar iclasına tövsiyyə olunub. /xezerxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?