GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Asif Lətifovun səhhətindəki problemlər, daha çox narahatlıq doğurmaqdadır

Asif Lətifovun səhhətindəki problemlər, daha çox narahatlıq doğurmaqdadır

Tarix: 17-05-2017, 15:49 Bölmə :Cəmiyyət Baxış: 565
Asif Lətifovun səhhətindəki problemlər, daha çox narahatlıq doğurmaqdadır


O, 17 mart 2017-ci il tarixdə başına gətirilənlərlə bağlı aidiyyəti qurumlara şikayət məktubları ünvanlasa da, son anda heçnə dəyişmir və günahkarlar da cəzalandırılmır


Bu xəbəri “Gündəm Xəbər” qəzetinə keçmiş siyasi məhbus Asif Lətifovun yaxınları çatdırıblar. Adı çəkilən şəxs günəgün cəzasını çəkərək 28 fevral 2017-ci il tarixdə azadlığa çıxsa da, hal-hazırda onun səhhətinin olduqca ağır durumda olduğu bildirilir. İndiki halda onun sağlamlığının yüz faiz bərpa olunacağını düşünmək olduqca müşkül məsələdir. Asif Lətifovun sağlamlığının 70-80 faiz səviyyəsində bərpa olunması, yəqin ki, onun yaxınlarının xoşbəxt olmasına da səbəb olar. Bu şəxs xəstəliyi cəza çəkdiyi həbsxanada tapıb. O, cəza çəkərkən vəziyyəti 2015-ci ilin oktyabr ayında olduqca ağırlaşır və çox keçmir ki, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirirlər.
Ümumiyyətlə, xəstə olan hər kəsin durumunu açıqlamaq, müzakirə mövzusuna çevirmək olduqca ağır məsələdir. Yaxşı olar ki, Asif Lətifov da hər ay müayinə olunsun və təyin olunan dərman preparatlarını qəbul etsin ki, sağlamlıq durumu az-çox bərpa oluna bilsin. Bunun üçün Asif Lətifov təmiz havada çox olmalıdır və ona müntəzəm sistem də qoşulmalıdır. Onun hər ay klinikada müayinə və analizlərinə üstüstə 110 AZN-dən çox pul tələb olunur. Sifarişli həbsin nəticəsi olaraq və Asif Lətifovun xəstə ola-ola dəfələrlə karsa (cərimə təcridxanasına) salınması, onun belə bir duruma düşməsinə də səbəb olub. Cəza çəkdiyi doqquz il ərzində səhhətindəki çoxsaylı problemlərin varlığına baxmayaraq, müəssisəsinin rəisi müxtəlif bəhanələrlə onun bir neçə dəfə soyuq karsa salınması haqda göstərişlərini də verir. Karsda ona həkim tərəfindən təyin edilmiş dərman preparatlarının qəbuluna qadağa da qoyulur. Ona qarşı atılan haqsız addımlardan Ombudsmana və yuxarı təşkilatlara şikayət etmək üçün, kağız və qələm belə vermirlər və KİV-i ilə vasitəsilə informasiya əldə etmək hüququna da məhdudiyyət qoyulur. Bundan əlavə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi Asif Lətifova “əgər cəza qərarından digər qurumlara şikayət edərsənsə, o halda Müəssisə Kollektiv Şurasının məhkumları bir-bir sənin üzünə duracaqlar” deyir. Bu barədə Asif Lətifov dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsi üzrə kuratoruna ərizə ilə müraciət etsə də, onun problemi heç bir halda həllini tapmır. Yalnız ona “DTX-nin kuratoru səni qəbul etmək istəmir” deyə cavablar çatdırılır. 30 oktyabr 2016-cı ildə və 31 oktyabr 2016-cı il tarixlərdə yazdığı ərizələr isə, Asifin özünə qaytarılmır. 11 oktyabr və 20 avqust 2015-ci il tarixlərdə 9 saylı cəzaçəkmə müəssisəsinə məxsus yeməkxananın ərazisində yerləşən və Asif Lətifova məxsus olan soyuducunun qıfıl taxdığı petlələrin küt alətlə sındırılması və içərisindəki ərzaqların oğurlanması, çox keçmir ki, müəyyən problemə də çevrilir. Bu barədə Asif Lətifov 9 saylı cəzaçəkmə müəssisəsinin rəisinə və müavininə ərizə ilə müraciət etsə də, son anda heç nəyə nail ola bilmir. Bunu danmaq üçün ya kar, ya da ki, kor olmalısan. Son anda da Asifin özü borclu çıxarılır.

Asif Lətifov cəza çəkdiyi müddət ərzində müxtəlif vaxtlarda, yəni 14 avqust 2014-cü il tarixdə beş sutka, 01 oktyabr 2015-ci il tarixdə xəbərdarlıq elan edilərək 6 saat, 19 sentyabr 2016-cı il tarixdə isə 14 saat müddətində karsda saxlanılır. Karsda saxlandığı vaxtlarda Asif Lətifov haqsız və sifariş əsasında karsa salındığına görə, hətta qida qəbulundan da imtina edir. O, 19 sentyabr 2016-cı il tarixdə isə, on gün su və şəkərdən başqa heçnə qəbul etmir, eyni zamanda tətbiq olunan cəzaya da etiraz edir. Hətta, 26 sentyabr 2016-cı ildə keçirilən referendiumda onun iştirakına müxtəlif səbəblər üzündən qadağa qoyulmasını, keçmiş siyasi məhbus özü də təsdiq etdi. Onun özü “Gündəm Xəbər”in əməkdaşı ilə söhbətində bildirir ki, “9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi mənə qatı cinayətkar kimi baxırdı”. Asif Lətifov 17 mart 2017-ci il tarixdə başına gətirilənlərlə bağlı aidiyyəti qurumlara şikayət məktubları ünvanlasa da, son anda heçnə dəyişmir və günahkarlar da cəzalandırılmır.
Xatırladaq ki, Asif Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin “BETA”-dəstəsində zabit olub. Dəfələrlə “Qüsursuz xidmət”lərinə görə müxtəlif orden və medallarla da təltif olunub. 2014-cü ilin may ayında xidmət vaxtı gizlədilmiş odlu silahı ayıq-sayıqlığı sayəsində tapıb rəhbərliyə təqdim etdiyinə görə, general V.Ə.Axundov tərəfindən pul mükafatına da layiq görülür.
“BETA” dəstəsinin rəisi polkovnik Rzayev Fikrət Əşrəf oğlunun qeyri-qanuni hərəkətlərini, onun korrupsioner əməllərini, həmçinin səriştəsizliyini XDMX-nin rəhbərliyi qarşısında sübuta yetirdiyinə görə, çox keçmir ki, Asif Lətifov işindən də kənarlaşdırılır. O, belə bir qərarla razılaşmayaraq işə bərpa və məcburi işə buraxılmamağa görə, məhkəməyə müraciət etməli olur. Hüquqları uğrunda mübarizəyə başladıqdan sonra, 1(bir) il 3 (üç) aydan sonra onun barəsində sifarişli qərar çıxarılmasına start verilir. 06 mart 2011-ci ildə XDMX-nin Müfəttiş-Təşkilat İdarəsinin rəis müavini polkovnik Müşfiq Məmmədova təqdim etdiyi sübutlar, çox keçmir ki, Asif Lətifovun əksinə yönəldilir. Maddi sübutlar saxtalaşdırılaraq uydurma ittihamlarla ona 5 il 6 ay müddətinə cəza təyin olunur. Ali Məhkəmə onun cəzasını bir il yüngülləşdirərək, cəza müddətini 4 il 6 aya endirir. Fransada mühacir həyatı yaşayan MTN-i İstintaq Baş İdarəsinin sabiq zabiti Ramin Nağıyev və Müdafiə Nazirliyinin sabiq zabiti Ələkbər Məmmədov, hələ xeyli vaxt bundan Asif Lətifovun sifariş əsasında həbs olunduğunu və onun günahsız olduğunu açıqlamışdılar. Hal-hazırda Asif Lətifovun həbsi ilə bağlı cinayət işi Avropa Məhkəməsinin icraatında olduğu bildirilir. BMT, Fredium House, Amnesty İnternational, Human Right Vateh və digər nüfuzlu təşkilatlar Asif Lətifovu “Siyasi məhbus” elan etmişlər. 14 noyabr 2012-ci ildə işə bərpa və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi tələbi ilə, onun Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayət təmin olunmur. 14 mart 2013-cü il tarixdə Strasburqdan gələn № 99001 nömrəli cavab məktubunda Azərbaycan nümayəndələri qeyd edirlər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi işə bərpa və əmək haqlarının ödənilməsi tələbinə əsaslanan şikayətə baxılmır. İddiaçı tərəf isə, Avropa Məhkəməsinin 14 mart 2013-cü ildə göndərdiyi məktuba şübhə ilə yanaşır və tətbiq olunan qərarları ədalətli qərar hesab etmir.
Mövzu diqqətimizdədir.

Rəsafil

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Asif Lətifova qarşı qanunsuzluq davam edir

    Asif Lətifova qarşı qanunsuzluq davam edir ...

    13-08-2016, 10:10

  • 
  • Vaqif Axundovun işçisindən prezidentə şok şikayət

    Vaqif Axundovun işçisindən prezidentə şok şikayət ...

    5-04-2014, 13:46

  • 
  • "Oğlum Vaqif Axundovun sifarişilə həbs edilib"

    "Oğlum Vaqif Axundovun sifarişilə həbs ...

    10-02-2013, 11:43

  • 
  • Generalların susdurmaq istədiyi zabit

    Generalların susdurmaq istədiyi zabit ...

    15-05-2013, 13:20

  • 
  • “Zəfəran” klinikasının həkimi aldığı rüşvəti qaytarmır

    “Zəfəran” klinikasının həkimi aldığı rüşvəti ...

    11-04-2017, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu