Daha bir jurnalistə saxta ittihamlarla cinayət işi qaldırıla bilər. Bu sözləri Realliq. info - ya hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, 30 günlük inzibati həbs müddəti bu gün başa çatan Kanal 13 internet televiziyasının redaktoru Əziz Orucovu Republika prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar. Məsələni diqqətdə saxlandığını bildirən Oqtay bəy media nümayəndələrini də baş verənlərə biganə qalmamağa çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?