GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı - Ondan necə qorunaq? - YENİLƏNİB

Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı - Ondan necə qorunaq? - YENİLƏNİB

Tarix: 12-06-2017, 14:49 Bölmə :Cəmiyyət Baxış: 555
Sumqayıtda zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı - Ondan necə qorunaq? - YENİLƏNİB


14:46

Səhiyyə Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində əhali arasında iyunun 7-dən qeydə alınan mədə-bağırsaq infeksiyası ilə bağlı apardığı laborator müayinələrin nəticəsini açıqlanıb.

gundemxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus aşkar edilib:

"Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsinin olduğu ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb, aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir".

Bundan əvvəl "Azərsu" ASC-dən Trend-ə bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur. "Azərsu" ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.

ASC-dən qeyd ediblər ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.

L.Bayramova bildirib ki, son 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri aşkar olunub. Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir, onların vəziyyətləri kafidir və yaxın vaxtlarda evə buraxılacaqlar.

L.Bayramovanın sözlərinə görə, infeksiya baş vermiş ərazidə tibbi profilaktik tədbirlər davam etdirilir.

Qeyd olunan ərazidə əhali arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin aparıcı mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin araşdırılmasını və aidiyyəti qurumlarla birgə kompleks əksepidemik tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edək ki, 2 gün əvvəl Sumqayıt şəhərində azyaşlı uşaqlar arasında kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına çox sayda müraciət daxil olub.

14:23

Sumqayıt şəhərində sudan zəhərləndiyi iddia edilən uşaqlarda "Rotavirus" aşkarlanıb.

gundemxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev lent.az-a açıqlamasında bildirib ki, iyun ayının 9-10-da uşaqlardan götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələrinə görə, onlarda "Rotavirus" infeksiyası aşkar edilib: ""Rotavirus" infeksiyası azyaşlı uşaqlar arasında baş verən bir xəstəlikdir və əsasən sudan keçir. Bu nümunələrin laboratoriya nəticələrindən aşkarlanan törədici sübut edir ki, infeksiya sudan keçib".

İ.Abdullayev deyib ki, 4 gün ərzində 136 uşaqda belə infeksiya əlamətləri müşahidə edilib: "Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir. Onların vəziyyəti kafidir və yaxın vaxtda evə buraxılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

İ.Abdullayev əlavə edib ki, "Rotavirus"un yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın səbəbinin su şəbəkəsi olduğu ehtimal edilir: "Bu qeyd olunanlarla əlaqədar olaraq, suyun təmizlənməsi istiqamətində tədbirlər ciddi nəzarətə götürülüb. Aparılan laborator müayinələrin sayı da artırılıb. Bu gün də biz həmin ərazidən su nümunələrinin götürülməsini davam etdiririk. Hazırda ayın 9-10-da götürülmüş su nümunələrinin nəticələrinə görə, suyun tərkibi bütün standartlara cavab verir. Amma hadisə ayın 7-də baş verib və o gün suyun tərkibində nəyin olub-olmadığına dair nə isə demək mümkün deyil. Çünki ayın 7-dən sonra suda xlorlama işləri aparılıb.

"Azərsu" ASC-nin əməkdaşları ilə birgə infeksiyanın yayıldığı həmin ərazilər xəritələşdirilib və bizə təqdim olunub. Həmin xəritə üzrə bütün nöqtələrdən bir neçə gün ərzində müqayisəli şəkildə su nümunələri götürüləcək. Bu məsələnin gündəlikdə saxlanması məqsədilə 10 gün ərzində işlər davam etdiriləcək. Bu proses tamamilə nəzarət altındadır. Problem aradan qaldırılana qədər gücləndirilmiş rejimdə işlər davam etdiriləcək".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə Lent.az-a bildirib ki, "Rotaviorus" infeksiyası əsasən çirkli əllər vasitəsilə keçir.

Bu infeksiyanın uşaqlar arasında geniş yayıldığını deyən A.Əliyeva bildirib ki, infeksiya çiy sudan da keçə bilər: ""Rotavirus" infeksiyasına qarşı peyvənd var, amma ölkəmizdə bu virus geniş yayılmadığı üçün buna qarşı peyvənd tətbiq edilmir. Ola bilsin, gələcəkdə bu məsələ müzakirə edilsin".

A.Əliyeva bildirib ki, virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır: "Əlləri tez-tez yumaq lazımdır. Meyvə-tərəvəzləri yaxşı yumamış yemək olmaz".

13:42

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

gundemxeber.az xəbər verir kİ, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən report-a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir:

"Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

Qeyd edək ki, Rotavirus fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir. Rotavirus 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı ətrafında onlarla uşağın "yoluxmasının" səbəbi nədir?

    Bakı ətrafında onlarla uşağın ...

    11-06-2017, 21:25

  • 
  • Azərbaycanda infeksiya yayıldı: 119 uşaq xəstəxanaya yerləşdirildi

    Azərbaycanda infeksiya yayıldı: 119 uşaq ...

    10-06-2017, 22:30

  • 
  • Kolbasada “bağırsaq çöpü” aşkarlandı

    Kolbasada “bağırsaq çöpü” aşkarlandı ...

    3-02-2014, 16:07

  • 
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • “Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı

    “Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama ...

    11-06-2017, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu