Ağcabədi rayonu ərazisində Qarabağ su kanalında batan şəxsin kimliyi məlum olub.
gundemxeber.az-ın APA-ya istinadən xəbərinə görə, kanalda batan şəxsin Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü İsmayılov Tofiq Cəlil oğlu olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxs özünü kanala atıb.
Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşan şəxsin psixoloji problemlərinin olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?