GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib

158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib

Tarix: 30-07-2017, 14:30 Bölmə :Cəmiyyət Baxış: 504
158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib


Özəlləşdirmə prosesində yaradılan və səhmləri bütövlükdə və ya qismən dövlətə məxsus səhmdar cəmiyyətləri bu ilin 6 ayı ərzində dövlətə 900 manat dividend ödəyib. Bu məbləğ 2016-cı ilin nəticələrinə görə qazanılan mənfəətdən ödənib. Hər SC-nin payına, orta hesabla, 5 manat 70 qəpik düşür.


Əmlak Məsələləri Dövlət Komitəsi illik hesabatlarında, bir qayda olaraq, idarəetməsində olan səhmdar cəmiyyətlərinin təsərrüfat fəaliyyətinin nəticələri haqda məlumat vermir. Əvəzində dövlət əmlakının yönəldilməsinə nəzarət edən Hesablama Palatası hesabatlarında bu məsələyə aydınlıq gətirir.
Palatanın 2016-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatında deyilir ki, ƏMDK-nın sərəncamında özəlləşdirilməsinə məhdudiyyət olmayan və tam özəlləşdirilməmiş 157 səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin ümumi dəyəri 131,6 milyon manatdır. Səhmlərinin nəzarət zərfinin, yaxud məhdudlaşdırıcı hissəsinin dövlətdə saxlanılması barədə qərar qəbul olunmuş bir səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətin 4 milyon 428,6 min manat payı var. Əvvəlki ildə komitənin sərəncamında 196 SC vardı. Müşahidələrə əsasən, əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin bir çoxu fəaliyyətsizdir və müflis vəziyyətdədir.
Hesablama Palatasının məlumatına görə, 2016-cı ildə bu müəssisələr dövlət büdcəsinə 41,7 min manat, 2015-ci ildə – 40 min manat, 2014-cü ildə isə 50,3 min manat dividend ödəyiblər.
Bu il ƏMDK-nın fəaliyyəti hökumətin «planı» ilə üst-üstə düşməyə bilər.
Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərin icrası da yaxşı vəziyyətdə deyil. Hərçənd, ƏMDK bu ilin altı ayında özəlləşdirmədən 2016-cı ildəkindən 21 milyon manat daha artıq vəsait əldə edə bilib. Bu il komitənin qarşısında özəlləşdirmədən 200 milyon manat, əvvəlki ildə nəzərdə tutulandan iki dəfə çox vəsait etmək vəzifəsi qoyulub. Bu vəsait dövlət büdcəsinin kəsirinin bir hissəsini ödəmək üçün nəzərdə tutulub.
Palatanın hesabatına görə, hələlik, ƏMDK özəlləşdirmədən 52 milyon 324,4 min manat əldə edə bilib. Bunun 17,7 milyon manatı «kiçik özəlləşdirmədən» (dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınmaz dövlət əmlakının hərracda və əmək kollektivinə birbaşa satışı) əldə olunub. Bundan iki dəfə artıq vəsait, yəni 34,2 milyon manat isə özəlləşdirilmiş müəssisələrin yerləşdiyi torpaq sahələrinin satışından götürülüb.
ƏMDK-nın Hesablama Palatasına təqdim etdiyi başqa bir məlumatda isə deyilir ki, dövlət əmlakını almış şəxslərin müqavilə üzrə vaxtı keçmiş 8 milyon 387,1 min manat borcu yığılıb qalıb. Qanunvericiliyə əsasən, kiçik müəssisələrin, torpaq sahələrinin və pul hərraclarında səhmlərin satışı üzrə müqavilənin bağlanmasından keçən 10 gün ərzində beh çıxılmaqla yerdə qalan məbləğ tam ödənilməlidir. İnvestisiya müsabiqələrinin qaliblərinə isə daha çox vaxt verilir.
Əmək kollektivi üzvlərinə güzəştli ödəmə müddəti 2 ilədək çəkə bilər. Bu müddətdə ödəniş aparılmazsa, müqavilə ləğv edilir, beh geri qaytarılmadan əmlak yenidən hərraca çıxarılır. Bəzi hallarda ƏMDK bu vasitəyə əl atır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41

  • 
  • Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

    Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir? ...

    27-02-2014, 16:32

  • 
  • Kərəm Həsənovdan "Baku Steel"ə qadağa

    Kərəm Həsənovdan "Baku Steel"ə qadağa ...

    10-04-2013, 10:32

  • 
  • Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları

    Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları ...

    27-12-2012, 08:50

  • 
  • Kərəm Həsənovun qaranlıq işləri

    Kərəm Həsənovun qaranlıq işləri ...

    10-01-2013, 10:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu