GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Tarix: 8-08-2017, 17:55 Bölmə :Cəmiyyət Baxış: 397
Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]


Ərəb şahzadələrinin sevimli oyuncağı kimi tanınan "Gelandewagen" - Mercedes-Benz G-Class avtomobilləri, görünür, bəzi azərbaycanlı məmur övladları Bakı küçələrində bir-birləri ilə ötüşmək üçün üstünlük verirlər.


AzadlıqRadiosu-nun yerli media və Daxili İşlər nazirliyinin gündəlik kriminal xronikası əsasında apardığı qısa araşdırmadan belə olur ki, qəzalar zamanı məmur övladları əsasən bu markalı avtomobili idarə ediblər.

Avqustun ilk bir həftəsində 2 qəza...

6 avqust 2017-ci il: Lent.az saytının yazdığına görə Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu 11 yaşlı piyadanı vurub.

7 avqust 2017-ci il: dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Hökumətə yaxın saytlar öncə bu xəbəri versələr də sonradan saytlardan yığışdırıblar. Sürücünün kimliyi isə hələki açıqlanmır.

3 avqust 2017-ci il: Bakıda Nərimanov rayonu ərazisində “Geländewagen” kimi tanınan markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır qəza baş verib. Rəsmi məlumata görə bu qəzanı törədən Nail Allahverdiyev olub. 22 yaşlı Nail Allahverdiyev isə baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Əli Həsənov özü bunu inkar etməyib, yerli mediaya müsahibəsində sadəcə onu deyib ki, hüquqi dövlətdə heç kim qohumuna görə məsuliyyət daşıya bilməz.

“Amerikanın səsi” Nail Allahverdiyevin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kürəkəni olduğu haqda məlumat verib.

Amma hələlik Elçin Quliyevin nə özündən, nə də təmsilçilərindən bu barədə hər hansı reaksiya səslənməyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı orada yüksək sürətlə hərəkət edən «Mazda» markalı avtomobilin sürücüsü Bakı sakini, 22 yaşlı Mirməhəmməd İsmayılov da saxlanıb. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Maqa” ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Onun qardaşı Rauf İsmayılov isə Nəsimi RPİ-nin 20-ci polis bölməsinin serjantıdır. Sayt yazır ki, Əlövsət İsmayılov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.

Adı çəkilən şəxslər hələlik bu iddiaları nə təkzib, nə də təsdiq ediblər.

“ŞƏRTİ AZADLIĞA ÇIXAN “MƏMUR OĞLU” BU DƏFƏ DƏ...”

2017-ci iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydüyü haqda məlumat yayıldı. Hadisədən bir neçə gün sonra Novruzəli Orucov tutduğu vəzifədən uzaqlaşdırıldı. O yerli mediaya müsahibəsində bildirdi ki, “prezident onu bu dəfə bağışlamadı”.

Bu hadisə Rüstəm Orucovla bağlı ilk hadisə deyildi. Bir neçə il öncə o, bir piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı iddia olunur. Buna görə 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

"12 İLLİK CƏZANIN 3 İLİNİ ÇƏKƏNDƏN SONRA ƏFV"

Bunlar təkcə son 1-2 ayda baş verənlərdir. Yerli media isə zaman-zaman “məmur övladlarının” səbəbkarı olduğu yol qəzalarından yazıb. Bu hadisələrdən bəzilərinə qısa nəzər salaq:Qaynarinfo.az saytının yazdığına görə, Kürdəmir rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu - 16 yaşlı Rahim Sadıqzadə idarə etdiyi “Hyundai Santafe” markalı maşınla 65 yaşlı bir qadını vurub. Qadın hadisə zamanı ölüb.

Yerli medianın ən çox müzakirə etdiyi qəzalardan biri 2014-cü ilin martında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovla bağlı olub. İdarə etdiyi “Geländewagen” markalı avtomobillə törətdiyi qəza nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilsə də 3 ildən sonra əfv olunub.

“QƏZALARDA TƏKCƏ CANLAR ALINMAYIB, HƏM DƏ...”

2014-cü ilin sentyabrın 27-də Türkan-Zığ yolunda Bakının Səbail rayonunun keçmiş, Nəsimi rayonunun isə hazırkı icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi «Mercedes S500» markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşını ilə toqquşub. Nəticədə həmin vaxt «Mercedes»də olmuş, «McDonald's»ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Yük maşının sürücüsünün atası isə məhkəmənin qərarından göz yaşları ilə danışıb. Oğlunun heç bir günahı olmadığını, qəzadan qurtulmağın mümkünsüz olduğunu deyib. Oğlunun yaralıları maşından çıxarmasına, təcili yardım çağırmasına baxmayaraq, kimsəsiz olduğundan ən ağır cəzanı aldığını vurğulayıb.

Sonradan Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər heyəti hökmü İlham Əsgərli ilə bağlı hissədə dəyişərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb.

“İÇƏRİDƏ QIZLAR OLAN MAŞINA AÇILAN ATƏŞ”

Keçmiş deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun adı isə idarə etdiyi “Geländewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açması ilə hallanıb. Qızların yaxınlarını AzadlıqRadiosu-na danışıblar ki, hadisənin araşdırılması üçün üz tutmadıqları qurum qalmayıb. Amma bir tədbir görülməyib.

Bu məlumatlar yerli mediada getmiş, konkret məhkəmə işləri və zərərçəkənləri olan işlər əsasında hazırlanıb. Lakin bütün məlumatların mediaya sızmadığı hallarının da olması ehtimalı var./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur oğlu maşınla uşaq vurdu

    Məmur oğlu maşınla uşaq vurdu ...

    6-08-2017, 12:55

  • 
  • Piyadanı öldürən “AA” seriyalı avtomobil sahibinin qanunsuz əməli ortaya çıxdı

    Piyadanı öldürən “AA” seriyalı avtomobil ...

    8-08-2017, 11:00

  • 
  • Piyadanı vuran sürücü qaçdı

    Piyadanı vuran sürücü qaçdı ...

    10-04-2016, 12:44

  • 
  • Avtomobil 50 yaşlı kişini vurub

    Avtomobil 50 yaşlı kişini vurub ...

    22-03-2017, 23:06

  • 
  • Şirvanda avtomobil piyadanı vurub

    Şirvanda avtomobil piyadanı vurub ...

    6-03-2017, 01:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu