Sabunçu rayonunun eyniadlı qəsəbəsində bir məhəllədə uzun müddətdir istifadəsiz qalan quyudan anidən neft çıxmağa başlayıb. Ancaq bu sakinlərin narahatlığına səbəb olub
Çünki ətrafa dağılan və üstü açıq qalan neft quyusunu sakinlər özləri üçün təhlükə hesab edirlər. Aidiyyatı qurumlar məsələyə bağlı xəzər xəbərə danışıb.
Hadisə Bakı şəhəri Sabunçu rayonunun eyni adlı qəsəbəsində, 6 saylı peşə məktəbinin həyətində qeydə alınıb. Sakinlər indiyə kimi burda hansısa köhnə neft quyusunun olduğunu bilməyiblər. Çünki fəaliyyətsiz quyunun üstü torpaqla örtülübmüş. Yerdən neftin püskürdüyünü görən sakinlər təşvişə düşüb.
Ətrafda 50 yaxın məcbur köçkün ailəsi yaşayır. Sakinlər hər an baş verəcək adi partlayışla evlərinin uçaraq dağılacağından narahatdırlar. Ərazidə yaşayanlar bildirirlər ki, bir neçə qurumdan gəlib quyuya baxış keçiriblər, ancaq quyunu bağlamadıqları üçün onların narahatlıqları davam edir.
Məsələ ilə bağlı Sabunçu qəsəbəsinin icra nümayəndəliyi ilə əlaqə saxladıq. Bildirdilər ərazi Azneft İstehsalat Birliyinə məxsusdur və tədbir görülməsi üçün bu quruma müraciət edilib. Həmin idarənin işçiləri bir neçə gün ərzində əraziyə baxış keçirərək mühəndis qaydalarına uyğun olaraq lazımı tədbiri görəcəklər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?