Təqaüddə olan keçmiş polis işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Bakı şəhər Bakıxanov qəsəbəsi, 4090/94 ünvanında yaşayan Fərhadov Aydın İslam oğlu rastlaşdığı haqsızlıqla bağlı Azinforum.az İnformasiya Portalına şikayət edib. Sabiq pols işçisi iddia edir ki, o, Sabunçu rayon İcra Hakimiyyətinin rəhbər işçiləri tərəfindən aldadılıb. Onun bu məzmunda şikayətini təqdim edirik:
“Yaşadığımız ərazıdə olan boş yerdə qanuni əsaslarla, dövlətin bütün rüsumlarını ödəmək şərtilə özümə daşdan qaraj tikdirmişdim. Mənimlə yanaşı həmin yerdə başqa qonşuların da qarajları vardı. Tikilən qarajların ətrafında isə uşaqların oynaması üçün balaca meydança olub. İki il bundan əvvəl , Sbunçu rayon İcra Hakimiyyətinin müavinləri əraziyə gələrək, qarajların sökülməli olduğunu bizə bildirdilər. Onlar rayonun icra başçısı Adil Vəliyevin adından mənə dedilər ki, sökülən ərazidə abadlıq işləri aparıldıqdan sonra, park salınacaq. Mən bütün qanuni sənədlərimi onlara göstərsəm də, xeyiri olmadı. Dedilər ki, bu dövlət layiəsidir, mütləq icra olunmalıdır. İcra hakimiyyətinin rəhbərliyi mənə bildirdi ki, sənədlərim tam qaydasında olduğu üçün, tez bir zamanda mənim qaraj problemimi həll edəcəklər. Sonradan mənə məlum oldu ki, deyilən ərazi hansısa pullu bir adama satılıb. Qarajları dağıdandan sonra, ətrafdakı ağacları kəsməyə başladılar. Hansı ki, həmin ağacları mən öz əllərimlə əkib ərsəyə gətirmişdim. Hazırda Sabunçu İcra Hakimiyyətinin park salmaq adı ilə təmizləyərək satdığı yerdə nəhəng bir şəxsi obyekt tikilib. Sən demə, İcra Hakimiyyətinin bütün canfəşanlığı bununla bağlı imiş. Hətta vəziyyət o həddə çatıb ki, ətrafda qalan tək-tük ağacalar da bir-bir kəsilir. Əlimdə deyilənləri sübut edəcək kifayət qədər fkt, foto və videolar var. Mən ömrümü cinayətkarlıqla mübarizəyə, asayış qorunmasına həsr etmişəm. Nümunəvi polis işçisi olmuşam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Görün, səlahiyyətlərindən istiafdə edən Adil Vəliyev mənim başıma hansı oyunları gətirir? Sizin sayt vasitəsilə ölkə başçısı İlham Əliyev cənablarına müraciət edirəm. Cənab Prezident! Sabunçu rayonunda özbaşınalıq baş alıb gedir. Rayon rəhbərliyin haqsızlığı və qanunsuzluğundan yalnız mən əziyyət çəkmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim başıma açılan zülümlə bağlı məsələnin obyektiv araşdırılmasına göstəriş verəsiniz”. Azinforum.az deyilən şikayətə aydınlıq gətirmək üçün, Sabunçu rayon İcra Hakimiyyətilə əlaqə saxlayıb. İcra Hakiyyətinin rəsmi saytında göstərilən bir neçə telefon nömrəsini yığsaq da, dəstəyi götürənlərin hər biri sualdan yayınmağa çalışdı. Nəhayət, özünü ümumi şöbənin işçisi kimi təqdim edən, lakin adının çəkilməsini istəməyən bir şəxs bizə bildirdi ki, rayon ərazisində aparılan söküntü və tikintilər qanunun tələblərinə uyğun həyata keçirilir. Şikayəti olanlar İcra Hakimiyyətinin müvafiq şöbələrinə yenidən müraciət edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?