GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Əvvəl yoxlama aparmalı, fakt ortaya qoya bildikdən sonra cinayət işinə başlamalı idilər”

“Əvvəl yoxlama aparmalı, fakt ortaya qoya bildikdən sonra cinayət işinə başlamalı idilər”

Tarix: 15-08-2017, 18:56 Bölmə :Cəmiyyət Baxış: 337
“Əvvəl yoxlama aparmalı, fakt ortaya qoya bildikdən sonra cinayət işinə başlamalı idilər”


Mehman Əliyev: “Biz 15 ildir ki, böhranlı durumdayıq”


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəni “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik:

- Mehman bəy, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti avqustun 7-də rəhbəri olduğunuz Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Eyni zamanda, həmin departament avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Fakta münasibətiniz nədən ibarətdir?

- Faktın özünü ciddi qiymətləndirirəm.

- Hansı mənada?

- O mənadakı ictimaiyyət, beynəlxalq aləm, cəmiyyətimiz görür k, bizim vergi qurumları nə işlə məşğul olur. Yəni qanun pozuntuları göz qarşısındadır və bu danılmaz durumdur. Mən uşaqlara deyirəm ki, Allah bizi o qədər sevir ki, bundan öncədə bu kimi hallar baş verib, amma sonda səhv tərəf kimi həmin vergilər qurumu çıxıb. Bundan əvvəl bizə 3 min cərimə yazdılar, sonra hesabdan 5 minə həbs qoydular, sildilər və s. Bununla bağlı Vergilər Nazirliyi özü bu qərarı ləğv edir, yüksək səviyyədə yoxlama aparır, az qala bizdən də üzr istəyirlər. Biz deyirik ki, bizdən nə istəyirsiniz, bunu kim edibsə onu cəzalandırın. Lakin cəzalandırmadılar. Əgər cəzalandırsaydılar indi bu hal baş verməzdi. Amma fakt odur ki, bu hal indi baş verdi. Belə bir biabırçı qərarın vertilməsi nonsensdir.
İkincisi, bu onu göstərir ki, Vergilər Nazirliyi daxilində bilmirlər ki, kim nə qərarı verib, kim nə yoxlayıb.
Üçüncüsü, elə tapşırıq verilib ki, həmin Vergilər Nazirliyinin müvafiq orqanı birinci səhv etmişdi, ancaq ikinci səhvi üçqat edib. Yəni məcburiyyət qarşısında. Bu anormal haldır. Bu Vergilər Nazirliyinin və onun strukturlarının nə gündə olduğunu göstərir. Mənim üçün vacibi odur ki, bu hal göründür.

- Necə düşünürsünüz, bu Vergilər Nazirliyinin müvafiq idarələrinin şəxsi qərarıdır, yoxsa sifariş verənlər olub?

- Vergilər Nazirliyi ilə bizim aramızda 2008-ci ildə və 2013-cü ildə buna oxşar hadisə olub. Hər ikisində də prezident seçkiləri keçirilirdi. İndi də biz yenidən keçid dövrünə düşmüşük. Məlumat üçün qeyd edim ki, 2013-cü ildə biz məhkəmələr yolu Vergilər Nazirliyini udduq. O zaman bizdə törəmə müəssisə olan Turan-Servisi iflic vəziyyətə salmışdılar və 8 min manat pul silmişdilər. Mən bir il ərzində məhkəmələrdə oldum və qarşı tərəfi uddum. Çünki ortaya bir fakt çıxara bilmədilər. 2008-ci ildə də buna oxşar hal yarandı, nəticədə ortaya yazışmalar çıxdı, sonda məcbur olub bizdən əl çəkdilər.
Mən sonuncu işlə bağlı müstəntiqin yanında olanda açıq dedim ki, bu siyasi sifarişdir, qərəzli yanaşmadır və bizə qarşı yönələn bu hərəkətin arxasında fakt yoxdur. Bizə deyirlər ki, sizə qərar göndərmişik, filan illərdə vəsait göstərilməyib. Özü də, göndərəndən bir gün sonra sual edir ki, araşdırma aparmısınızmı? Mən də deyirəm ki, yoldaş, siz bizə tezis formasında göndərmisiniz və yazmısınız ki, belədir. Deyirəm siz ortaya sübut qoyaraq deməlisiniz ki, ortada olan bu faktlardır, onu təsdiq edirsiniz, ya etmirsiniz?. İndi mənə göstər ki, hansı qanunu pozmuşam, ortaya fakt qoy?. Üzümə baxır. Nə göstərəcək mənə, bəyəm özünün xəbəri var ki?

“Əvvəl yoxlama aparmalı, fakt ortaya qoya bildikdən sonra cinayət işinə başlamalı idilər”


- Açılan cinayət işi ilə bağlı siz İnzibati-İqtisad Məhkəməsinə müraciət etmisiniz. Perspektivdən nə gözləyirsiniz?

- Mən başa düşürəm ki, məhkəmələr də asılı durumdadır. Bunu özüm qənaətim əsasında deyirəm. Nəzərə alın ki, mən korrupsiya faktları ilə bağlı dövlət orqanlarını məhkəmələrə vermişəm. Misal kimi Azərsunu, Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı prosesim olub. Məhkəmələrdə gedən proseslər onu göstərir ki, tapşırıqdan kənara çıxmırlar. Biz ictimaiyyətə məhkəmə çərçivəsində nələrin baş verdiyini də göstərəcəyik. Bizim üçün bu məqam da vacibdir ki, məhkəmədə baş verənləri ictimaiyyət görsün bə bilsin.

- Yerli məhkəmələri uduzduqdan sonra hansı addım ata bilərsiniz?

- Bilirsinizmi, yerli məhkəmələrin və lap sonda Avropa İnsan Hüquqları Məhkəməsinin hansı qərarlar çıxaracağı mənim üçün texniki məsələlərdir. Biz Turan İnformasiya Agentliyi olaraq illər boyu təzyiq altında olmuşuq. Görün mətbuat hansı günə düşüb ki, jurnalistlər özlərinə mənzil ala bilmirlər. Belə vəziyyətdə gəlib sənin üzərinə düşürlər ki, vergi verməmisən və s. Mən onlara dedim ki, görün mətbuat hansı günə salınıb ki, jurnalist özünə ev ala bilmir və dövlət jurnalistə ev verir. Götürün bu gün mətbuat orqanlarını, baxın görün onların gəliri var ya yoxdur?. Bizim medianın reklam bazarı faciəvi dərəcədədir, reklam bazarı ümumiyyətlə yox dərəcəsindədir. Biz beynəlxalq standartlara heç yaxın da deyilik. Dedim, anlayıram, sizə deyiblər və siz də edirsiniz, Ancaq başqa məsələlərə baxmaq lazımdır. Söhbət bundan gedir.

- Bəlkədə Azərbaycan mediasında ən intizamlı vergi ödəyicisi Turan İnformasiya Agentliyidir. Siz daima bu haqda danışmısınız. Nədən qəfildən belə probleminiz yarandı?

- İş ondadır ki, bizdə hər il yoxlama gedir. Amma ortaya heç nə çıxmayıb. Başqa sözlə, heç bir problem çıxmayıb. Ola bilər ki, bunlar 7 min yazıblar, bəlkə min çıxdı. Amma heç buna da inanmıram. Söhbət ondan gedir ki, bizə qarşı bu cür münasibət sadəcə olaraq təzyiqdir. Başqa məsələ yoxdur. Onlara deyirəm ki, əgər sizdə Turana qarşı bir şübhə varsa, birinci bizi dəvət edib deməli idiniz ki, təqdim edilən sənədlərdə ki, rəqəmlər üst-üstə gəlmir. Bu halda mən yenidən sizə rəqəm göstərməliyəm, sizdə yoxlama aparmalısınız. Yoxlamadan sonra əgər fakt varsa cinayət işi aça bilərsiniz. Orada dedim ki, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti səhv edib və sonradan onun qərarı da ləğv edilib. Ancaq sən onun qərarı əsasında cinayət işi aça bilmərsən. Əvvəlcə yoxlama aparmalısan, sonra nəticəyə baxıb cinayət işi aça bilərsən. Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti heç bizi dəvət edib deməyib ki, gəlin sənədi göstərin. Bu da faktdır.
İkincisi, səyyar yoxlama təyin ediblər. Çox gözəl! Səyyar yoxlama aparılmalıdır ki, onun nəticəsi əsasında sən qərar verə bilərsən. Cinayət olmaya-olmaya, sübut olmadan necə cinayət işi açıblar? Şəxsən mən bunu anlamıram. Bu nə deməkdir? Bunlar necə işləyirlər?
Üçüncüsü, səyyat yoxlama aparan vergi məmuru deyir ki, sənədlərinizi gətirin idarəyə. Deyirəm ki, sizin işiniz səyyar yoxlama aparmaqdır. Bu o deməkdir ki, siz Turan-ın ofisinə gəlib əyləşməli və sənədləri yoxlamalısınız. İndi mən onlara verdiyim sənədlərin sürətini çıxarıram, möhür vurub verirəm ki, sabah deməsinlər ki, belə sənəd yoxdur. Anormal durumdur. Deyirəm əgər səyyar yoxlamadırsa, gəl əyləş yanımda işlə. Əks halda bu yoxlamanın adını dəyişin. Bunlar vacib proseslərdir və biz məhkəmədə Vergilər Nazirliyinin hərəkətlərini göstərəcəyik.

- İndi başlanan prosesin sonunda Turan üçün problemlərin yaranması, fəaliyyətin dayandırılması ehtimalı varmı?

- Bilirsinizmi, mənim qarşı tərəflə yüksək səviyyədə müzakirəm olub. Əməkdaşlıq təklifi veriblər və s. Mən də açıq demişəm ki, biz necə işləyiriksə, elədə işləyəcəyik. Yox, əgər işləmiriksə, bağlanacaq və gedib başqa işlə məşğul olacağıq. Bunun başqa yolu yoxdur. Odur ki, bu məsələlər bizim üçün problem deyil. Şəxsən mən bu vəziyyətə çoxdandan hazıram.

- Əgər cinayət işi açılırsa deməli avtomatik olaraq sizin ölkədən çıxışınıza yasaq qoyula bilər. Bu halda siz ölkəni tərk edə bilməyəsdiniz...

- Lap gözəl. Qoysunlar. Bəyəm mən ölkədən getmək üçün canfəşanlıq edirəm? Mən ömrümdə bir dəfə də olsun xaricə istirahətə getməmişəm. Çünki cibimdə pulum yoxdur. Bu illər ərzində bir dəfə də olsun ailəmi xaricə istirahətə apara bilməmişəm, çünki elə bir imkanlara sahib deyiləm. Mən xaricə ancaq beynəlxalq təşkilatların və xarici dövlətlərin dəvəti ilə gedib tədbirlərdə iştirak etmişəm. Mən öz puluma heç vaxt xaricə getməmişəm. Ailə üzvlərimi, övladlarımı nəinki xaricə, hətta Azərbaycan hüdudları çərçivəsində gəzməyə aparmamışam. Mənə bu iradaları ailə üzvlərim belə bildirir, deyirlər ki, bizi bir dəfə də olsun istirahətə aparmamısan. Mənim bu problemim də var. Odur k, xaricə getməyimə qadağa qoyulması mənim üçün düşündüyünüz qədər də ciddi problem deyil. Mən onsuz da həmin iclaslara getməkdən, orada boş-boş və nəticəsiz çıxışlara qulaq asmaqdan bezmişəm. 1998-ci ildən mediaya təzyiqlər başlayıb. O vaxtdan da mən bu prosesə hazır olmuşam. Hər gün düşünəsi deyiləm ki, Turan bağlanar, problem yaranar və s. Düşünürəm ki, qatar gedir və yol var. Yol yoxdursa, qatar da dayanacaq. Başqa nə problem var ki?

- Turan fəaliyyətini dayandırsa ölkə nə itirəcək?

- Bilmirəm ki, ölkə nə itirəcək. İnanmıram ki, böyük bir şey itirsin. Onsuz da böhrandır, günü-gündən vəziyyət pisləşir. Devalvasiya yeni başlayanda məndən soruşurdular ki, necəsiniz? Məndə gülərək deyirdim ki, yaxşıyam. Deyirdilər ölkədə böhran var, sən necə yaxşısan. Cavab verirdim ki, mən onsuzda 15 ildir böhrandayam. Bu vaxta qədər siz kef edirdiniz, bizim kimi adamlara da deyirdiniz ki, dəlidirlər, düşüblər ortaya. İndi hamı düşüb bu vəziyyətə.

HÜSEYN ABBASOĞLU
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Turan agentliyinə cinayət işi açılıb

    Turan agentliyinə cinayət işi açılıb ...

    10-08-2017, 15:27

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  • 13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” yaradır?

    13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” ...

    3-02-2016, 14:01

  • 
  • Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib”

    Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı ...

    2-08-2013, 18:12

  • 
  • “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə çəkişməsi: ifadələr fərqlənir

    “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə ...

    24-01-2014, 15:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu