GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ölkədə ailə münaqişəsi zəminində qətllər adiləşir - TƏHLÜKƏ

Ölkədə ailə münaqişəsi zəminində qətllər adiləşir - TƏHLÜKƏ

Tarix: 19-08-2017, 11:23 Bölmə :Cəmiyyət Baxış: 323
Ölkədə ailə münaqişəsi zəminində qətllər adiləşir - TƏHLÜKƏ


Ekspert: “Cəmiyyətdə maddi dəyərlər aparıcı rol oynadıqca, hər gün daha çox eybəcər hallar ortaya çıxacaq”

Son zamanlar ölkədə ailə münaqişəsi zəminində baş verən qətllərin sayı xeyli dərəcədə artıb. Demək olar ki, hər gün mətbuat səhifələrində oğulun ananı, atanın balanı, ərin arvadı öldürməsi, yaralaması, son zamanlar hətta arvadın ərini qətlə yetirməsi, bıçaqlaması ilə bağlı xəbərlər oxuyuruq.

Cinayət hadisələrinin monitorinqini aparan qurumların açıqlamalarına görə, xüsusilə də son iki ildə ailədaxili münaqişələr daha da genişlənib. Təəssüf doğuran hal budur ki, tendensiya artan xətt üzrə davam edir. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər ailələrdə hər hansı bir problem üstündə kiçik mübahisələr olurdusa, hazırda kiçik mübahisələr böyük qətllərlə nəticələnir. Özü də yayılan xəbərlərdən görünür ki, münaqişə tərəfləri daha çox bir-birilərini xüsusi amansızlıqla öldürmək yolunu tuturlar.

Məsələn, ölkədə ailə münaqişəsi zəminində baş verən son hadisələrə diqqət yetirək. Belə ki, Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

Hadisə rayonun Kotanarx kəndində baş verib. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
Daha bir xəbər, Göygölün Qızılca kəndində Əliyev Zaur Adil oğlu həyat yoldaşı 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayəni qətlə yetirib. Qatil həm də mərhumun bacısı oğludur.

Ölkədəki durumla bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirib ki, problemin əsas səbəbi mənəvi dəyərlərin maddi dəyərlərin kölgəsində qalmasıdır: “Bir var od, bir də var ocağın tüstüsü. Konkret olaraq odun özü barəsində danışmaq lazımdır. Məsələ burasındadır ki, çalışmaq lazımdır cəmiyyətdə mənəvi dəyərlər daha aparıcı rol oynasın. Maddi dəyərlər isə köməkçi rolda olsunlar ki, mənəvi dəyərlərə nail olmaq üçün imkanlar yaransın. Ancaq təəssüf ki, dünyada hazırda əks proses baş verməkdədir. O cümlədən Azərbaycanda da belədir. Yəni günbəgün insanların həyatında mənəvi amillərin rolu azalır və nəticədə cəmiyyətdə eybəcər hallar artır. Bu, qaçılmaz bir tendensiyadır. Elə ki, mənəvi dəyərlər zəiflədi ağıla gəlməz, eybəcər hallar ortaya çıxmalıdır. İnsanların bir-birilərini öldürməyib, qanuni formada məhkəməyə müraciət etməsi də mümkün görünmür. Çünki Azərbaycan kişisində bir psixoloji kompleks var. Bu psixoloji durum isə qısa bir zamanda dəyişə bilməz. Kütləvi informasiya vasitələrində, seriallarda və ya sosial şəbəkələrdə sürətlə dəyişikliklər baş verir. Psixoloji durum isə həmin sürətlə dəyişə bilməz. Qadınlarımızda da bir həssaslıq var. Cəmiyyətdə qadınlar bir çox şeyləri dırnaqarası azadlıq hesab edirlər və düşünürlər ki, onlar nə istəsələr edə bilərlər. Kişilərdə isə psixoloji durum ətaləti davam edir. Bəs bu gerilikdirmi? Xeyr, gerilik də deyil. Burada ciddi elmi əsaslarla təhlillər aparılmalıdır. Ancaq bundan da öncə birmənalı olaraq çalışmalıyıq ki, cəmiyyətdə get-gedə mənəviyyat daha da güclənsin. Bu gün telefon ola bilər, kompüterdə yazışma baş verə bilər. Bütün bu kimi məqamların kökü hələ Adəm və Həvvanın qadağan olunmuş qidaları yeməsi hadisəsinə gedir çıxır. Yəni hər zaman cəmiyyətdə elə şeylər olub ki, onlara əl vuranda ayıb şeylər ortaya çıxır. Quranda da yazılıb ki, Adəm və Həvva qadağan olunmuş qidaları yeyərkən, ayıb yerləri göründü. Əslində burada çox böyük fəlsəfə var və deyilənlər rəmzi xarakter daşıyır. Bu o deməkdir ki, insanlar qadağan olunmuş işləri görən zaman ortaya biabırçı hallar çıxır. Ona görə də biz bu gün hansısa şeyin qarşısını almaqla heç nəyə nail ola bilmərik”.

Ekspert SOS təbili çalaraq bildirib ki, qısa zamanda ciddi fəaliyyət proqramı hazırlayıb, ölkədə onu həyata keçirməliyik ki, mənəvi dəyərlər artsın:

“Çalışmaq lazımdır ki, insanlar bir-biri ilə həyatda mənəvi dəyərlərə görə yarışsınlar. Qudurğanlığa, qanunsuz əməllərə görə yarışmağın qarşısı alınmalıdır. Cəmiyyətdə belə meyllər azalarsa bu, ailələrə də təsir edəcək. Yarışmaq insanın xarakterindədir. Bir var yüngül həyat tərzi, qudurğanlıqla yaraşsınlar, bir də var ki, mənəvi dəyərlərlə, ailəyə sədaqət, bir-birilərinə hörmət qoymaqla rəqabət aparsınlar. Bu, böyük - kompleks işdir. Belə işləri aparmaq da mümkündür. Çünki Azərbaycanın 10 milyona yaxın əhalisi var, onun da bir hissəsi xaricdə, digər bir hissəsi isə qoca və uşaqlardır. Fəal əhali isə bir neçə milyondur. Sadəcə olaraq bu işlərə başlamaq lazımdır. Təəssüf ki, hələ belə bir addım atılmır, işlər görülmür. Nəticədə isə cəmiyyətin immunitet sistemi dağılıb. Bədənin özündə immunitet sistemi dağılanda hər cür xəstəliklər orqanizmi yaxalayır. Cəmiyyətdə də immunitet sistemi dağılan zaman eybəcər hallar baş verir. Kimi körpə uşağı zorlayır, başqası arvadının başını kəsir və sair. Bu işlər qaçılmaz bir şeydir. Maddi dəyərlər cəmiyyətdə aparıcı rol oynadıqca, hər gün daha çox eybəcər hallar ortaya çıxacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arvad ərini hər iki ayağından bıçaqladı

    Arvad ərini hər iki ayağından bıçaqladı ...

    22-01-2016, 13:44

  • 
  • Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı niyə artır?

    Azərbaycanda İŞİD örnəyi: Baş kəsənlərin sayı ...

    27-01-2015, 23:06

  • 
  • Azərbaycanda ailə-məişət zəminində törədilən cinayətlərin sayı artıb

    Azərbaycanda ailə-məişət zəminində törədilən ...

    20-09-2013, 23:54

  • 
  • Daha bir ailə faciəsi

    Daha bir ailə faciəsi ...

    30-12-2012, 12:01

  • 
  • Ağır qətllərin səbəbi nədir?

    Ağır qətllərin səbəbi nədir? ...

    14-04-2015, 23:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu