Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyasını dəyişmş azərbaycanlı dünya şöhrətli alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi çox sərt etirazlar doğurub.
Üstəlik, ardınca onun ardınca özünə bəraət qazandıraraq “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş?” söyləməsi social şəbəkələrdə hiddətlə qarşılanıb və A.Əlinin ünvanına sərt təpkilər gəlib. Xüsusilə də dövlət başçısının Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladığı, vəsiyyətinə uyğun olaraq onun Azərbaycanda dəfn olunmasına hazırlıq görüldüyü bir vaxtda hökumət sözçüsünün bu cür davranış sərgiləməsi heyrətamiz olay kimi qarşılanıb. Hətta A.Əlinin vəzifədən çıxarıla biləcəyi ehtimalları səslənir.
Bütün bunlardan sonra Akif Əli social şəbəkə vasitəsilə səhvini etiraf edib və üzrxahlığını bildirib. Xidmət rəhbəri yazıb:
“Hörmətli FB istifadəçiləri!
ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”
Sorğu
Yeni dizaynımız necədir?