GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanı iş, təhsil və daimi yaşayış üçün seçənlər nə düşünür?

Azərbaycanı iş, təhsil və daimi yaşayış üçün seçənlər nə düşünür?

Tarix: 9-09-2017, 23:55 Bölmə :Cəmiyyət Baxış: 457
Azərbaycanı iş, təhsil və daimi yaşayış üçün seçənlər nə düşünür?


Statistikaya görə son beş ildə Azərbaycana xarici ölkələrdən toplam 119 mindən artıq miqrant gəlib.

Onlar Azərbaycana iş, təhsil və daimi yaşayış yeri üçün üz tutublar.

İş məqsədilə ölkəyə gələnlərin sayı ümumi miqrant sayının 66 faizini təşkil edib. Daha 22 faiz təhsil, qalan 12 faiz isə daimi yaşamaq üçün müraciət edənlərdir.

Siyahıda hər üç göstərici üzrə Türkiyə liderlik edib. Belə ki, 2012-2016-cı illər ərzində Türkiyəli miqrantların ümumi sayı 45.006 nəfər olub.

Azərbaycanda yaşayan müxtəlif ölkələrin nümayəndələrilə Gülər Abbasova söhbət edib.

Azərbaycana Qərbdən ən çox iş üçün gələnlər Birləşmiş Krallıq, Almaniya, ABŞ və Kanada nümayəndələridir. Sabiq sovetlər arasında daha çox Gürcüstan, Rusiya və Ukrayna vətəndaşlarınə görmək olar. Azərbaycanda iş yerləri həmçinin İran, Çin, Hindistan, Pakistan, Filippin və Misir nümayəndələrini cəlb edir.

Təhsilə isə İran, İraq, Çin, Gürcüstan və Rusiya vətəndaşları daha çox maraq göstərir.

Daimi yaşayış yeri kimi Azərbaycana üstünlük verənlər siyahısında həmsərhəd və bir neçə postsovet ölkəsi ilə yanaşı Pakistan və Əfqanıstan sakinlərini görmək olar.

Hikmət Əmiri 2016-cı ildən bəri ailəsi ilə birgə Bakıda yaşayan miqrantlardandır. 23 yaşlı əfqan mühacir Azərbaycanda özünü rahat və "təhlükəsizlikdə hiss edir".

"2 yaşımdan mühacir həyatı yaşayıram. 1996-cı ildə Vətəndaş müharibəsi zamanı bir çoxları kimi biz də Əfqanıstanı tərk etdik, Pakistana köçdük. Amma orada yaşayış rahat olmadığından sonradan İrana gəldik. Dilimiz və adət ənənəmiz eyni olduğundan düşünürdük İrandan dəstək alacağıq. Belə olmadı,özümüzə qarşı xoş rəftar görmədik və təxminən il yarımdan sonra yenidən Pakistana qayıtmalı olduq", - Əmiri mühacir həyatından danışır.

Əmiri ailəsi ilə uzun müddət Pakistanda yaşasa da yerli rəsmilər və polislər tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Nəhayət ailə Azərbaycana gəlməyi qərarlaşdırır.

"Biz öncə Əfqanıstana oradan isə təyyarə ilə Azərbaycana gəlməli idik. Əfqanıstana geri dönmək çox təhlükəli idi. Hər an insan oğurluğu, təhdidlə üz-üzə idik. Bir həftə ərzində çalışırdıq ki evdən çölə çıxmayaq. Mən avtomobilimi satmışdım. Həmin pulla nəhayət viza və bilet işlərini tamamlayıb yola çıxdıq. Azərbaycanda təyyarədən enəndə yoxlama məntəqəsindəki xanımın təbəssümü və "Xoş gəlmisiz!" sözləri mənim üçün çox şey ifadə edirdi. Anladım ki necə bir ölkəyə gəlirəm",- Əmiri əlavə edir.

Hikmət Azərbaycanda özünü güvənli hiss etsə də təhsil almaq və işləmək hüququndan məhrumdur. Müxtəlif şirkətlərdən iş təklifi gəlsə belə hazırkı mühacir statusu işləməyə imkan vermir. Dediyinə görə Dövlət Miqrasiya xidmətinə müraciət etsə də ona müsbət cavab verilməyib.

"Rəsmi olaraq işçi kimi heç bir yerə işə qəbul edə bilmirlər, çünki buna izn verilmir. Eyni zamanda qardaşlarım və mən təhsilimizi davam etdirə bilmirik. Maddi cəhətdən bizi hazırda təkcə xaricdə yaşayan qardaşlarım təmin edir",- o bildirir.

Əmiri deyir ki indi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından cavab gözləyir. Əgər imkan yaradılsa ailəsi ilə birgə üçüncü ölkəyə keçəcək. Yalnız bu halda o sənədləri ilə bağlı problemləri həll edib, gələcək həyatını qura bilər.

"Azərbaycanda gənclərin çoxu iş və təhsil üçün xaricə gedir. Bizdə isə gənclər daha çox yerli universitetlərdə təhsil alır, işi də asanlıqla tapırlar." - 23 yaşlı Hilde van der Val deyir.

Hilde "Beynəlxalq Torpaq və Su Ehtiyatlarının İdarə Olunması" ixtisası üzrə Niderlandda magistr təhsili aldıqdan sonra müxtəlif ölkələrin təcrübə proqramlarına qatılır. Hilde bildirir ki, öz sahəsində yaxşı iş tapmaq üçün bu praktika çox vacibdir. O Azərbaycana iki aylıq təcrübə proqramında iştirak etmək üçün gəlib.

"Dost-tanışa deyəndə ki, Azərbaycana gedirəm, hamı elə bilirdi bu ölkə Rusiyanın bir hissəsidir. Azərbaycanın adını təkcə "Eurovison-2012" müsabiqəsindən xatırlayırdıq. Bakıya yeni gəldiyimdə modern, müasir tikililərə görə burada daha çox qərb mühitinin olduğunu düşünürdüm. Zaman keçdikdən sonra gördüm ki, yalnız xarici görünüşü qərb ab-havasındadır, daxili isə şərqdir. Amma ümumiyyətlə mənim üçün burada yaşamaq çox rahatdır", - Hilde bildirir.

"Mən Hindistanda buradakı qazancımın dörddə biri qədər maaş ala bilərəm. Bu gəlir günlük xərclərə yetir. Bakıda isə kifayət qədər yüksək məvacib alıram. Buradakı qazancımla beş ilə Hindistanda özümə ev ala bilərəm", - hindli Edvard Prakaş deyir.

38 yaşlı Prakaş Hindistanın Cənub bölgəsindən, Çenay şəhərindəndir. O 2012-ci ildən əməkdaşlıq etdiyi Sinqapur şirkəti vasitəsiylə Azərbaycana işləmək üçün gəlib. Boru xətləri mühəndisi kimi Bakı Gəmiqayırma zavodunda beş ilə yaxındır ki çalışır.

"Bundan öncə Dubayda və Sinqapurda işləmişəm. Dubayda sutkada demək olar 12 saat və istirahət etmədən hər gün işləyirdim. Sinqapurda eyni olmasa da, iş şəraitim çox gərgin idi. Orada 1000 dollar qazanırdım", - Prakaş əlavə edir.

Hindli immiqrant Bakıda normal 8 saatlıq rejimdə çalışır və qalan vaxtını istirahətinə, ailəsinə sərf edə bilir.

"İlk dəfə Azərbaycana iş təklifi gələndə ehtiyat edirdim, düşünürdüm bura çox geridə qalmış, konservativ ölkədir. Bakının müasirliyini görən, hər bir hindli kimi, mən də təəccübləndim. İnsanlar da çox mehribandır. Özümü burada təhlükəsiz və rahat hiss edirəm", - Edvard bildirir.
Perulu Alexandra Vendi Bakıda maliyyə ixtisası üzrə bakalavr təhsili alır. O, pul qazanmaq üçün, dərslərindən əlavə, həftə sonlarında xarici dil kursunda işləyir.

"Həftədə minimum 50, bəzən 100 manat xərclərim çıxır. Ekstra həyat yaşamaq niyyətim yoxdur. Universitetin təhsil haqqından azadam. Amma günlük xərclərimi və kirayə haqqını qarşılamaq üçün işləməli oluram. Hazırda ingilis və ispan dilindən dərs deyirəm", - 19 yaşlı Vendi deyir.

Perulu gənc deyir ki, onun kimi tələbələrə işləyib pul qazanmaq olduqca çətindir. Çünki leqal şəkildə tələbə olduğu müddətdə buna icazə verilmir. Yeganə çıxış yolu saat hesabı işləyib pul qazanmaqdır. Vendi bakalavr təhsilindən sonra da Azərbaycanda bir müddət qalıb işləməyi düşünür.

"Öz ölkəndə olanda daha rahatsan, hər kəs səni tanıyır. Burada isə mənə hələlik bir qədər çətindir. Demək olar çox az adam tanıyıram və yalnız vaxt tapanda harasa gəzməyə gedirəm", - Vendi bildirir./BBC
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36

  • 
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Dünyanın ən güclü ordularının reytinq cədvəli - Siyahıda Azərbaycan neçəncidir?

    Dünyanın ən güclü ordularının reytinq cədvəli - ...

    7-09-2015, 17:26

  • 
  • Türkiyədə ilin əvvəlindən 50 mindən çox qeyri-qanuni miqrant saxlanılıb

    Türkiyədə ilin əvvəlindən 50 mindən çox ...

    10-03-2016, 23:48

  • 
  • Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ARAŞDIRMA

    Ərəb ölkələrindən Azərbaycana niyə gəlirlər?- ...

    9-04-2017, 16:55


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu