İmişlidə yaşayan yazıçı Mətbuat Şurasına müraciət etdi
İmişli şəhər sakini, yazıçı Usub Usubov (Yusif Cəfərli) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənova şikayət məktubu ünvanlayıb. O, məktubun surətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına, Mətbuat Şurasının sədri Əflatun Amaşova da göndərib. "Gündəm Xəbər"in redaksiyasına da daxil olan məktubda şikayətçi bunları yazıb: "İmişli məhkəməsinin 3 hakimi - Qurban Hacıyev, Ülvi Qənbərov və Aqşin Əfəndiyevin qanuna uyğun gəlməyən hərəkətlərindən şikayətçiyəm. Eləcə də hüquqi ünvanı Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə - “Azərbaycan" nəşriyyatı kimi göstərilən, lakin icarəçi kimi bir gün də olsun, nəşriyyatda oturub fəaliyyət göstərməyən, yalnız İmişlidə guya bir ofis tutub fəaliyyətini davam etdirən “Həqiqət və reallıq” qəzetinin qəzəbinə tuş gəlmişəm. Məhkəməyə verdiyim şikayət və iddialarımı ayrı-ayrı hakimlərə verib məni get-gələ salır, şikayətimə obyektiv baxmırlar. Adını çəkdiyim şəxslər məni psixoloji cəhətdən çox ağır duruma salıblar. Onsuz da ürəyimdən cərrahiyyə əməliyyatı olunmuşam, II qrup əliləm. İndidə bu qrup üstümə hücuma keçərək məni İmişlidən didərgin salmaq fikrindədir".
Şikayətçi yazır ki, Mətbuat Şurasına göndərdiyi şikayətləri baxılmamış saxlayırlar: "Onu əsas gətirirlər ki, guya iş məhkəmədədir. İdarə Heyəti üzvlərinin sayını bilməsəm də, onu bilirəm ki, Mətbuat Şurasında oturub oranı idarə edənlər jurnalistikanın qaymaqlarıdır. Məhkəmənin onlara nə dəxli var, bilmirəm. “Həqiqət və reallıq” qəzetində mənim haqqımda yalan, böhtan yazır, şərəf və ləyaqətimi alçaldırlar. Mənə böhtan atılması bir yana, haqq dünyasında olanlarımı da
az qala qəbirdən çıxarıb təhqir və tənqid atəşinə tutur, onların ruhlarını incidən yazılar yazır, lağ obyektinə çevirirlər. Ancaq mən Azərbaycanda “Həqiqət və reallıq” qəzetinin baş redaktoruna cəza yox, heç olmasa, məsləhət verən adam tapa bilmirəm". Şikayətçi yazır ki, heç olmasa, Mətbuat Şurasına göndərdiyi qəzetləri oxuyub İsrafil Quliyevə jurnalist etikasına uyğun gəlməyən hərəkətlər etməməyi tövsiyyə etsinlər: "Bu baş redaktorun mənim ölülərimlə nə işi var?"
Şikayətçi yazır ki, qəzet onun ailə üzvlərini də təhqir edir, onları lağ obyektinə çevirir: "Qəzet yazdığı yazıda gənc oğluma məsələhət görür ki, dünyasını dəyişmiş ana baban, məhşur xanəndə Eynulla Cəbrayılovun nəvəsi kimi öz adını hallandırma, denən ki, Pənah (atam) kişinin nəvəsiyəm! Bu cür yersiz məsləhətlə mənim oğlumun ürəyinə ləkə salırlar. “Həqiqət və reallıq” Eynulla Cəbrayılovun nəvəsi barədə "əgər babası Xan Şuşinski, Bülbül, Şövkət Ələkbərova (qadından baba olmaz, nənə olar) olsaydı, görən, Usubun oğlu Tural nələr edərdi?" sözlərini işlədib. Baş redaktor qanunları da qulaqardına vurub. O, çıxardığı qəzeti buraxılış tarixini 15.09.2017-15.10.2017 kimi qeyd edib 09.09.2017-ci il tarixdə paylayır.Bu necə olur? Ayin 15-də "işıq üzü görən" qəzet həmin ayın 9-da necə paylanıla bilər? Bunu sübut etmək üçün mən bu faktı Mətbuat Şurasının katibi Vüqar Rəhmzadəyə poçt vasitəsilə göndərmişəm. Çünki "Həqiqət və reallıq" qəzeti ayda bir dəfə çıxır, bundan əvvəlki sayında tarixi 15 avqust 2017-15 sentyabr 2017-ci il kimi göstərib. Hər ay tarixi aylıq göstərilir. Hüquqi ünvanın Yasamal rayonunda olduğunu bilən hakimlər hansı haqla mənim iddia ərizələrimə münasibət bildirirdilər. Mən bu hüquq qaydasını sonradan bildim. Deməli İmişli məhkəmələri iddia ərizələrinə əlavə edilmiş qəzet və ya digər faktları oxumurlar". Daha sonra şikayətçi Mətbuat Şurasının rəhbərliyinə xitab edir: "Hörmətli Mətbuat Şurasının üzvləri, kimdir günahkar? Niyə mənim şikayətlərimi məhkəmədən sonraya saxladınız? Axı mən cibimdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü vəsiqəsini gəzdirirəm. Öözü də 1995-ci ildən. Bəlkə mən sonuncu məhkəmə instansiyasına qədər yaşamadım? Guya mən bilmirəm ki, məhkəmələrin işinə heç kim qarışa bilməz? Məhkəmələrdən sizə nə? Guya siz İmişli məhkəmələrinin məzhəkələrini bilmirsiniz? İndi mən özüm üçün kitab yazıram: “Yollar əsiri Usub Usubov”. İsrafil Quliyev İmişli-Şirvan-Bakı yollarında 9 sentyabrda payladığı, tarixi isə 15 sentyabr 2017-15 oktyabr 2017-ci il kimi göstərdiyi qəzetində mənim haqqımda yazır: “Gözü çıxan qardaşından” ibrət dərsi götür". Bu qəzet yazısına görə 5 ay müddətinə azadlıqdan məhrum edilmiş Məhbub Zülfiqarlını nəzərdə tutur. Arxadaşlarına güvənib məni qorxudur. Yaddan çıxarır ki, həmən Məhbub onu Ali Məhkəməyə qədər sürükləyib onu Məhbub (ə) adlandırdığı üçün "Həqiqət və Reallığ"a təkzib verdirmişdi və təzminatdan imtina etmişdi. İndi 15.08.2017-15.09.2017-ci il sayında yenə də Məhbub Zülfüqarlını təhqir edir, ona işarə edərək, "Məhbubə yalqızam gəl" və s. başlıqlı şerlər verir. Bəli, qolu qandallıya savaşmağın Allah yanında günah olduğunu hamı bilir. O mahnı, şerdən sonra qəzetin redaktoru “Mən bir nömrəli İmişlidəyəm” yazısını verir.
Mən yazılarımda həmişə oliqarxlardan və ya oliqarxdan qorxduğumu qeyd etsəm də, ad çəkə bilmirəm və bilmərəm. Çünki vaxtında mən pullulardan həmişə uzaq olmuşam. Amma İsrafil Quliyev o oliqarxın adını özü yazır. Saleh Mehralı oğlu Səmədov. Mən onu yanlız sifətdən tanıyıram və eşitdiyimə görə idarə rəisidir. Amma İsrafil Quliyev 09.09.2017-ci i ldə payladığı qəzetində Saleh Səmədovun mənə 200 dollar pul verdiyini yazır. Bu günədək mənim əlimə nəinki onun pulu, ümumiyyətlə, dollar dəyibsə, mənə lənət! Özünə aid sirri özü açır, ondan götürdüyü müsahibələrin qarşılığında... Mən nakərəyəm ki? Mən heç bilmirdim ki, o şəxs məmur oliqarxdır, o cür kişinin adını hallandırım. Yolum ordan olduğundan mən hər gün İsrafili onun idarəsinin qarşısında görürəm. Sadəcə, mən İsrafil Quliyevin müəyyən adamlardan götürdüyü müsahibələrindən sitat gətirirəm. Müsahibələrinə mənfi obrazlardan “ötürmə” verən İsrafil Quliyev bilir nə edir. O yazıq müsahibə verənlər də bilmirlər ki, ictimai rəydə onlar öz statuslarını korlayırlar. Bu da rayonda ikitirəlik yaradır. Mənim şəhidlər haqqında yazdığım kitaba lağ edən baş redaktora xatırəladıram ki, İcra Hakimiyyət başçısının 19 yanvar 2006-cı il tarixli sərəncamı ilə bir parkı satmaq üçün 3 hektarlıq parkın çox hissəsi Şəhidlər Xiyabanına köçürülüb və Şəhidlər parkı" Mədəniyyət və Turizm Nazirliyinin istirahət parkının filialı" adlandırılıb. Bax mən onda ürək xəstəliyinə tutuldum. Bunu edənlər pullular idilər. Rayonda ictimai rəyi dəyişənlər idilər. İsrafil Quliyev onda “Həqiqət və reallığ”ın baş redaktoru kimi fikrini bildirməli idi". Daha sonra İmişlidəki oliqarx-komitə sədrindən bəhs edən şikayətçi yazır: "Ümumiyyətlə vəzifəli şəxs, pullu sahibkarlar müsahibələr verib özünü təbliğ etməzlər. Onlar dövlət və dövlətçiliyin sirrini qorumalı, gəlirlərini kasıbların başında çatlatmamalı, dövlətin varlığı üçün öz varidatlarından belə keçməlidirlər. Müstəqil ölkədə hamı-hamını tanıyır. Müsahibələr verib mənfi enerjilərini paylamaqdansa, öz işlərini qurmalıdırlar. Çünki istər dövlət, istərsə də adi vətəndaş hamını tanıyır, yerini bilməyənləri gec-tez susdurur". Sonda şikayətçi müraciət etdiyi orqanlardan İmişli məhkəmlərinin ona qarşı etdiyi ədalətsizliyin, eləcə də böhtan və təhqirə edilməsi barədə sifarişin kimlər tərəfindən verildiyinin tam, obyektiv, hərtərəfli araşdırılması üçün göstəriş vermələrini xahiş edir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?