Hazıda iqtisadi vəziyyət insanları xərclərinə qənaət etməyə və əlavə xərcləri azaltmağa vadar edir. Ailə xərclərinə qənaət etməyin ən yaxşı yollarından biri də gözlənilməyən əlavə riskləri sığortalamaqdır.
Buna xüsusilə də ev sığortası, tibbi sığorta ilə yanaşı, ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortasını misal göstərmək olar. Hazırda Azərbaycan avtomibil sığorta bazarında 15-dən artıq sığorta şirkəti fəaliyyət göstərir. Sığorta qiymətləri isə bazar qiyməti 10 min manat olan avtomobil misalı üzərində müəyyən edilib. Bir avtomobilin sığorta qiyməti isə 200-500 manat arasında dəyişir. Lakin təəssüf ki, bəzən sığorta şirkətləri ilə avtomobil sahibləri arasında problemlər yaşanır. Avtomobilini sığorta etdirən şəxslər qəza və ya hər hansı səbədən ziyana düşdükdə sığorta şirkətləri onlara lazım olduğundan az pul ödəyir. Bu da haqlı narazılıqlara səbəb olur. Redaksiyamıza daxil olan növbəti şikayt də elə bununla bağlıdır. Ucar rayonu, Alpout kənd sakini Məmmədov Məhəmməd Mirzəfər oğlu yazır ki, "Standard İnsurance" sığorta şirkəti onu aldadıb və pulunu ədalətli şəkildə vermək istəmir: "Belə ki, 18 avqust 2017-ci il tarixdə təxminən saat 11.00 radələrində Ucar rayonunun, Azərbaycan küçəsi ərazisində oğlum Elçinin idarə etdiyi 61 VS 207 dövlət nömrə nişanlı VAZ- 2107 markalı avtomobil Ucar rayonu, Ramal kənd sakini İsmayılov Süleyman Allahverdi oğluna məxsus 03 BE 730 nömrəli VAZ-2107 markalı maşınla toqquşub. Avtoqəza nəticəsində təqsir Süleyman İsmayılovda olduğundan onun avtomobilinin sığorta edən "Standard İnsurance" sığorta şirkəti oğlumun avtomobilinə dəymiş zərərin əvəzini ödəməlidir. Hadisə baş verən zaman biz dərhal "Standard İnsurance" sığorta şirkətinə zəng edib məlumat verdik. Şirkətin Göyçay filialının nümayəndələri hadisə yerinə gəlib oğlumun avtomobilinin şəkillərini çəkdilər. Ucar Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsindən avtoqəza barədə sənədi alıb söğorta şirkətinə təqdim etdik". Şikayətçi yazır ki, Avtomobillərə Texniki Xidmət salonunda onun oğlunun avtomobilinə avtoqəza nəticəsində dəymiş zərərin məbləği hesablanıb: "Dəymiş ziyanın 1735 manat təşkil etdiyi mütəxəssislər tərəfindən müəyyən olundu və buna dair rəsmi sənəd verildi. Həmin qanunu sənədi "Standard İnsurance" sığorta şirkətinə təqdim edib pulu ödəməlirini xahiş etdikdə, bizə 900 manat pul verə biləcəklərini qeyd etdilər. Ancaq oğlumun avtomobilinə dəymiş zərərin məbləğinin nə üçün 900 manat etməsini əsaslandra bilmirlər. Bizə ancaq onu deyirlər ki, onlar dəymiş zərəri fotoşəkillərlə hesablayıblar. Fotoşəkillərlə avtomobilin qəza nəticəsində alt hisssədə yerləşən detallarına dəymiş zərəri müəyyən etmək qeyri-mümkünmdür. Bu isə "Standard İnsurance" sığorta şirkətinin özbaşınalığını, saxtakarlığını tam subut edir".
Şikayətçi yazır ki, belə saxtakarlıqlarla "Standard İnsurance" sığorta şirkəti vətəndaşları aldadıb onların pulunu mənimsəyir: "Biz kasıb bir ailəyik və hazırda avtomobilimizi təmir etdirə bilmirik. İnanıb pul ödəyib avtomobillərimizi sığorta edirik, məqamında isə belə özbaşınalıqlarla, saxtakarlıqlarla üzləşirik. Ona görə də mətbuat vasitəsi ilə isə müraciət edib vətəndaşlardan xahiş edirəm: saxtakarlıqla vətəndaşları aldadıb pullarını mənimsəyən "Standard İnsurance" sığorta Şirkətinə inanmayın! Diqqətli olun və belə dələduzlarla sığorta müqaviləsi bağlamayın. Onlar belə kələkbazlıq, saxtakarlıq yolu ilə vətəndaşların cibini soyurlar. Xahiş edirəm, diqqətli olun ki,bizim kimi aldanmayasınız". Şikayətçi məktubunun sonunda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının direktoruna müraciət edərək, saxtakarlıq, özbaşınalıq yolu ilə onu aldadıb pulunu mənimsəmək istəyən "Standard İnsurance" sığorta şirkətinin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görməyə kömək göstərilməsini xahiş edib.
Sorğu
Yeni dizaynımız necədir?