Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Aksiyada Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər. Aksiya insidentsiz başa çatıb. *** Mitinqdə diqqət çəkən məqamlardan biri qaldırılan bayraqlardır.
Iştirakçılar Azərbaycan bayrağı və AXCP-nin bayrağı ilə yanaşı Avropa İttifaqının da bayrağını qaldırıb. Bu isə mitinqin Avropadan sifariş verildiyinə dair iddiaları gündəmə gətirir.
Hazırda AXCP sədri Əli Kərimli çıxış edir. Mitinq Milli Şuranın olsa da, ilk sözün Cəmil Həsənliyə yox, Əli Kərimliyə verilməsi də maraqlıdır.
Əli Kərimli çıxışında iqtidarı tənqid edib, yolumuzun Avropa olduğundan danışıb. *** Milli Şuranın rəhbərliyi mitinqin başlanmasından 25 dəqiqə sonra stadiona gəliblər.
Hazırda tribunada AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli dayanıb.
Lakin çıxışlar hələ də başlamayıb. Tribunadakılar kənarda dayanan insanları stadiona dəvət edir. Bu çağırışa dəstək verən iştirakçılar isə “meydana gəl” deyə qışqırırlar. *** Mitinqdə Türkiyədə məşhur olan “Diriliş Ertuğrul” serialının musiqisi səsləndirilir.
Bu musiqi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın seçki kampaniyasının musiqisi olub.
İştirakçılar bu musiqinin səsaları altında “Əli bəy” şüarlarını səsləndirir. *** Milli Şuranın “Məhsul” stadionunda mitinqi başlayıb.
Milli Şuranın rəhbərliyi hələlik stadiona gəlməyib.
Azsaylı insanın toplaşdığı stadionunda mahnı səsləndirilir.
Hələlik iştirakçılar bayrağı harada dalğalandırmaq və stadionda necə yerləşməklə bağlı mübahisə edir./publika.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?