Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) “at oynadan” Xanım və Sevinc Hüseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, onların özlərini apara bilməməsi haqda olay ictimailəşəndən sonra AFFA prezidenti Rövnəq Abdullayev məsələyə qarışıb və o, həmin bacıların işdən azad olunması ilə bağlı göstəriş verib. Bacılarla bağlı xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb. AFFA rəsmisi Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib: “Öncə onu qeyd edim ki, Xanım və Sevinc bacılarının AFFA-dan çıxarılmasına heç bir əsas yoxdur. Onlar çox tərbiyəli, əxlaqlı və işlərinə məsuliyyətli insanlardır. Heç biri də işdən azad olunmayıb. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”. Görünən odur ki, AFFA-da nüfuz sahibi olan bacılar qurumun prezidenti Rövnəq Abdullayevin göstərişini geri oxutdura biliblər. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da “at oynatdığı” barədə geniş məlumatlar yer almışdı. Xanım və Sevinc Hüseynova bacılarının qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA sanki bu hadisələr olmayıb kimi davrandı./modern.az
Sorğu
Yeni dizaynımız necədir?