İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə axşam saatlarında rayonun Gövhərli kəndində qeydə alınıb. Belə ki, Naxçıvan sakini Vüsal Vidadi oğlu İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini qarşıdakı ekskavatorun arxa hissəsinə çırpıb. Nəticədə “Hyundai” avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?