Dələduzluqda və vergi ödəməkdən yayınmada təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nəsib Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nəsib Həsənov “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib.
O, Arif Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21 min 700 manat və 14 min ABŞ dolları alıb. Pulu alanda bildirib ki, “Karqo terminal”da ticarət mərkəzinin adına Çin Respublikasından gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə Arif Hacıyevə borcunu qaytaracaq. Amma həmin pulu qaytarmayıb.
Nəsib Həsənov “Binə” Ticarət Mərkəzində “Karqo Terminal”da işləyib.
Cinayət işində ümumilikdə 4 zərərçəkmiş var.
Həmçinin qeyd olunub ki, Nəsib Həsənov sahibkarlıqla məşğul olub, “Binə” Ticarət Mərkəzində mağaza işlədib. Nəsib Həsənov vergi ödəməkdən yayınmada təqsirli bilinib. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.
Nəsib Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq mühafizə orqanları biznesmeni axtarışa verib.
Sonra Nəsib Həsənov Azərbaycan ərazisində saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?