3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb. Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.
*****
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.
Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır./APA
Sorğu
Yeni dizaynımız necədir?