GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qonşumuz məni zorlamaq istəyirdi” deyən 21 yaşlı Kamran niyə yalan danışdı?

“Qonşumuz məni zorlamaq istəyirdi” deyən 21 yaşlı Kamran niyə yalan danışdı?

Tarix: 12-11-2017, 20:02 Bölmə :Cəmiyyət Baxış: 449
“Qonşumuz məni zorlamaq istəyirdi” deyən 21 yaşlı Kamran niyə yalan danışdı?


Qonşusunu bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, ötən prosesdə hadisəyə səbəb kimi göstərmişdi ki, qonşusu onunla cinsi əlaqədə olmaq istəyibmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü İslamov Kamran Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib. Zərərçəkmiş şəxs Kamran İslamovun qonşusu Murad Həsənovdur.

Murad Həsənov Kamrandan fərqli olaraq hadisənin baş vermə səbəbi kimi 50 manata görə başlayan mübahisəni göstərib.

O deyib ki, Kamranın atası onların evində usta kimi işləyib. Bu işdən sonra ona 50 manat borclu qalıb: "Biz qonşuyuq. Uzun illərdir bir-birimizi tanıyırıq. Ailəvi gediş-gəlişimiz var. Çox yaxşı münasibətlərimiz olub. İndi də var. Kamran həmin gün məni çağırdı. Dedi ki, səninlə söhbət etmək istəyirəm. Mən də getdim. Atasına borclu olduğum pulu istədi. Bir az mübahisə elədik. Cibindən alma bıçağını çıxarıb vurdu".

M.Həsənov bildirib ki, Kamranı əsəbi uşaq kimi tanıyıb və hadisə vaxtı da əsəbi olaraq onu bıçaqlayıb: "Uşaqdır əsəbi olub. Mənim ondan şikayətim yoxdur. Hadisədir olub".

Məhkəmədə suallara cavab verən zərərçəkmiş hadisənin başqa bir səbəbdən baş verməsi ilə bağlı deyilənlərin doğru olmadığını söyləyib.

Zərərçəkmişin bu ifadəsindən sonra məhkəmədə hər kəsi təəccübləndirən hal baş verib. Belə ki, ötən prosesdə qonşusu Vüqarın onu zorlamaq istədiyini, etiraz etdikdə isə yaxınlarının ünvanına təhqirlər işlətdiyi üçün onu vurduğunu deyən Kamran bu dəfə fərqli fikirlər bildirib.

O, ötən məhkəmədə yalan danışdığını və yalnız qoşusunun dediklərinin həqiqət olduğunu söyləyib.

Hakim və dövlət ittihamçısı təqsirləndirilən şəxsə fikrini hansı səbəbdən dəyişməsi ilə bağlı suallar verib. K.İslamov sadəcə "mən yalan demişdim" deməklə kifayətlənib

Prosesin davamında təqsirləndirilən şəxsi atası Arif İslamov da dindirilib.

O da hadisənin baş vermə səbəbi kimi qonşusunun ona 50 manat borclu olmasını göstərib. Oğlunun əsəbi olduğunu deyən ata qonşusu ilə barışıq əldə etdiklərini deyib və məhkəmədən də Kamranı bağışlanmasını xahiş edib.

Arif İslamov oğlunun hadisədən cəmi 3 ay əvvəl əsgərlikdən qayıtdığını söyləyib.

Qeyd edək ki, ittihama görə, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə Murad Həsənovun Kamran İslamovun atasına 50 manat borclu olması olub.

Hadisə ilə bağlı ittihamda yazılır ki, Kamran usta işləyən atasının 50 manatını Muraddan tələb edib. Amma Murad pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. Kamran cibində olan bıçaqla Murada zərbə endirərək oradan qaçıb.

Amma məhkəmədə bu ittiham elan edilərkən Kamran İslamov özününü qismən təqsirli bilmişdi. Söyləmişdi ki, Muradı bıçaqlamasına səbəb 50 manat olmayıb. O, istintaq zamanı müstəntiq tərəfindən belə bir səbəb yazıldığını demişdi. K.İslamov iddia edirdi ki, müstəntiq Murad Həsənovun ona qarşı etdiyi zorakılıq hərəkətini gizlətmək üçün belə bir ittiham yazıb.

K.İslamov istintaqda da ziddiyətli ifadələr verib. O, istintaqdakı ilk ifadəsində hadisənin əsas səbəbini başqa şəkildə danışıb.

K.İslamov həmin ifadəsində deyib ki, M.Həsənov ona zəng edərək görüşmək istəyib: "Murad Həsənov özü zəng edib məni görüşə çağırıb. Məqsədi isə onunla cinsi əlaqədə olmaq idi. Mən etiraz elədim. Dedi ki, "əgər istəmirsənsə, get ananı, bacını gətir". Cibimdə olan bıçağı çıxarıb onu vurdum".

K.İslamov istintaqda da ifadəsini dəyişib və hadisəyə səbəb 50 manata görə mübahisə olub.

Cinsi azlıq nümayəndəsi olduğunu etiraf edən K.İslamov M.Həsənovla görüşə getmək istəməsinin səbəbini belə izah etmişdi: "Əvvəlcə razı idim. Sonra fikrimi dəyişdim. Təkid elədi ki, onunla cinsi əlaqə olum. Şalvarı aşağı çəlkdim. Amma sonra fikrimi dəyişdim. Etiraz edəndə məni hədələdi və təhqir elədi".

O da məlum olub ki, K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb.

Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Bu onun ilk məhkumluğudur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi

    Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi ...

    2-02-2017, 23:05

  • 
  • Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - 5 il həbs

    Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - ...

    4-11-2014, 12:49

  • 
  • Hamilə qadına işgəncə verən gəncə ağır cəza

    Hamilə qadına işgəncə verən gəncə ağır cəza ...

    16-06-2016, 21:33

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- "Yaşa Bakinski"ni öldürən şəxsin məhkəməsi

    "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- ...

    1-11-2017, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (85)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu