GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)

"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)

Tarix: 15-11-2017, 00:27 Bölmə :Cəmiyyət Baxış: 335
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)


Dünən Bakı şəhər, Binqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir hissəsini, daha dəqiq desək 10 ailəni yeni mənzillərə köçürmək üçün "Qaçqınkom” işə başlayıb. Ancaq köçürülmə biabırçılıqla nəticələnib.

gundemxeber.az bildirir ki,Hadisə haqqında daha dəqiq məlumat almaq üçün "Ölkə.Az" saytının əməkdaşı Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə olub.

Ərazi sanki cənnətlə cəhənnəmin kəsişməsi, qovuşması, qonşuluğunu xatırladır. Bir tərəfdə göstərişli, milyonluq villalar, digər tərəfində isə üfunət, zir-zibil içərisindəki sınıq-salxaq daxmalar. Dünən "Qaçqınkom”un nümayəndələri, polislər əraziyə gələrək ailələrin köçürülməsinə start verildiyini bildirib. Ailələr qaçqın və məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə yox, Xətai rayonu, Tellov küçəsində tikilmiş çoxmərtəbəli binaya köçürüləcəyi deyilib.

Zəruri qeyd, qaçqın və məcburi köçkünlərin köçürüləcəyi binanı "Şərur" MTK tikib, ancaq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünləri evlərlə təmin etmək üçün həmin binanı satın alıb.

Cəhənnəmdən cənnətə köçənlər

Köçürülmə xəbəri sevinclə qarşılanıb. Niyə də sevinməsinlər? Artıq ciyərləri təmiz hava qəbul edəcək, gözləri zir-zibilsiz yer görəcək, ayaqları palçığa həsrət qalacaq. Orada yaşayan ailələrin dili ilə desək cənnətə gedəcəklər. Cənnətdən çox danışdıq, bəs cəhənnəm hardan çıxdı?

Gələk cəhənnəmə. 10 ailə əşyalarını "Qaçqınkom”un ayırdığı maşınlara yükləyərək üz tuturlar cənnətə. Maşınlar dayanır, əşyalar boşaldılır, evlərə getmək istəyəndə binanın komendantı belə desək deyir ki, cənnətin qapıları bağlıdır.
Sən demə, ailələri köçürən "Qaçqınkom” binadakı digər məsələləri həll etməyibmiş. Komendant hətta bildirib ki, sizin buraya köçməyinizdən xəbərimiz belə yoxdur. Köçən ailələrə tək köməklik kimi əşyalarını binanın bloklarına yığmaq olub.

İndi irad tutmağa çalışacaqsınız ki, bəs oraya yerləşə bilmirdilərsə niyə geri qayıtmayıblar? Əla iraddır. Amma və lakin köçürülmə başlayan kimi yanğından mal qaçırırmışcasına ekskavatorlar boşalmış evləri uçurmağa başlayıblar. Nə geriyə dönüş var, nə də binaya buraxılış. Bakı şəhərində qohumları olanlar qohum evinə gedir, qohum evi olmayan 8 ailə isə binanın qarşısındakı çardağın altında gecələməli olurlar.

Gecəni binanın qarşısında keçirənlərdən biri Nazilə adlı xanım bildirir ki, 8 ailədən biri körpə uşaqlı idi, uşaq soyuqdan ağlayırdı, binada yaşayanlardan birinin rəhmi gəlib körpə uşaqlı ailəni öz evinə dəvət edib. Digərləri isə səhəri çardaqda açıblar. Səhər açılar açılmaz ailələr üz tutublar "Qaçqınkom”a. "Qaçqınkom”da ailələri qarşılayanlar öz məsuliyyətsizliklərini boyunlarına alıb, üzr istəyiblər və bildiriblər ki, gün sonuna qədər bina rəhbərliyi ilə aralarındakı problemi həll edəcəklər.

Köçürülən ailələrlə söhbət zamanı məlum olur ki, onlar "Qaçqınkom”da olarkən komendant zəng edib və axşam saatlarına qədər məsələ həll olunmasa binanın bloklarına yerləşdirilmiş ailələrin əşyaları küçəyə atılacaq.

Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində olarkən "Qaçqınkom”dan qayıdan ailə rəhbərləri gəlib keçmiş, uçurulmuş daxmalarına baxırlar. Baxışlarda bir həsrət sezilir. Heç biri danışmaq istəmir. Əsəblər tarıma çəkilib, başlarına nə gələcəyini bilmirlər. Sözün əsl mənasında ortalıqda qalıblar.

Qaş düzəltmək yerinə göz tökən "Qaçqınkom" ailələri yerləşdirə biləcəkmi? Bəlkə də hə, bəlkə də yox. Həyatdır, hər şey ola bilər. Ancaq dəqiq bilinən bir şey var ki, digər 500-ə yaxın ailə dəqiqləşmə olmadan buradan köçməyəcək.

"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
"Qaçqınkom”un məsuliyyətsizliyi 10 ailəni küçədə gecələməyə məcbur edib — Cənnət görmək istəyənlərin cəhənnəm əzabı (FOTOLAR)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək

    Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək ...

    8-01-2014, 18:29

  • 
  • Əli Həsənov: "Yanğından zərər çəkən ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq"

    Əli Həsənov: "Yanğından zərər çəkən ...

    29-11-2016, 20:15

  • 
  • Qazax rayonunda  “Qaçqınkom” maxinasiyası

    Qazax rayonunda “Qaçqınkom” maxinasiyası ...

    6-12-2012, 14:41

  • 
  • ​Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər 49,5 faiz artırılır

    ​Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR: xərclər ...

    13-11-2017, 17:45

  • 
  • 11 ailəni qarajda saxlamağın səbəbi nədir?

    11 ailəni qarajda saxlamağın səbəbi nədir? ...

    20-12-2016, 00:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (113)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu