GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​“Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da…” - DEPUTATLARDAN SƏLİM MÜSLÜMOVA İRAD

​“Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da…” - DEPUTATLARDAN SƏLİM MÜSLÜMOVA İRAD

Tarix: 16-11-2017, 15:35 Bölmə :Cəmiyyət Baxış: 468
​“Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da…” - DEPUTATLARDAN SƏLİM MÜSLÜMOVA İRAD


Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.

gundemxeber.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edən millət vəkili Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var.
Deputat iddia edib ki, bir çox şəxsə bu status qeyri-qanuni verilib və bunun qarşısı alınmalıdır: “Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil”.
Bundan başqa, Y. Mahmudov bildirib ki, bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları var və bu cür halların qarşısı alınmalıdır.
Deputat Aytən Mustafayev də əlillərlə bağlı narahatlıq olduğunu və bu məsələyə ciddi yanaşılmasının vacibliyini bildirib: “Əlillərin müavinətləri artırılmalıdır. Bundan başqa, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır. Əlillərə 50 manat müavinət verilir. Bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bu kimi hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astaradan ailə müraciət edib. Bu ailənin bütün üzvləri lal və kardır. Amma orada oxumağa məktəb yoxdur. Lal və ya kardır deyə işləyə bilməzmi? Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Birinci özümüzdən başlamalıyıq”.
Deputatlara cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov etiraf edib ki, əksər qurumlarda bu cür şərait yoxdur: “Özümü tərifləmirəm, mən özüm nazir gələnə qədər heç Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə də əlillərin girişi və çıxışı üçün şərait yox idi. Dərhal göstəriş verdim və bu artıq həll olundu. Bütün orqanlara, təşkilatlara da məktub göndərmişik ki, binaların giriş-çıxışında əlillər üçün xüsusi şərait yaradılsın. Bununla bağlı qanunvericiliyə dəyişiklik də hazırlanıb və hazırda baxılması üçün Prezident Administrasiyasına təqdim olunub”./apa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat naziri dəstəklədi: “İnqilabi addımlar atılmalıdır”

    Deputat naziri dəstəklədi: “İnqilabi addımlar ...

    7-11-2013, 11:29

  • 
  • “Azərbaycanda III qrup əlillərin müavinəti kəsilə bilər” - Nazir müavini

    “Azərbaycanda III qrup əlillərin müavinəti kəsilə ...

    31-10-2013, 10:59

  • 
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Mirşahin Səlim Müslümova cərrah dedi (VİDEO)

    Mirşahin Səlim Müslümova cərrah dedi (VİDEO) ...

    15-12-2013, 23:26

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu