GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanda “fitil” çəkildi - düşmən ölkə qarışır

Ermənistanda “fitil” çəkildi - düşmən ölkə qarışır

Tarix: 16-11-2017, 15:24 Bölmə :Cəmiyyət Baxış: 291
Ermənistanda “fitil” çəkildi - düşmən ölkə qarışır



Parlament kütləvi etirazlara rəğmən, qalmaqallı qanun layihəsini qəbul elədi; İrəvanın mərkəzində üsyançı tələbələrlə polis qüvvələri toqquşdu; daşnak təhsil naziri ən fəal gəncləri nəzarətə götürmək göstərişi verdi; Sərksiyan qanunu imzalayacaqmı?

Dünən Ermənistan parlamenti tələblərin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” ziddiyyətli və ictimai qınağa tuş gələn qanun layihəsini ikinci oxunuşda və bütünlüklə qəbul edib. “Yeni Müsavat”ın proqnoz elədiyi kimi, gənclərin günlərdir davam edən kütləvi etiraz aksiyalarına rəğmən, sənəd təsdiqlənib. Çünki bunu labüd edən əsas səbəb orduya çağırışçı probleminin getdikcə daha kəskin xarakter almasıdır.

Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, 86 deputat qalmaqallı qanun layihəsinin leyinə, 6 deputat isə əleyhinə səs verib. Sonuncular müxalifətçi “Yelk” (“Çıxış”) blokunun üzvləridir. Blokun deputatı Ararat Mirzoyan səsvermə öncəsi çıxışında xatırladıb ki, tələbələrə möhlət hüququnun ləğvinə etiraz olaraq 4 tələbə aclıq aksiyasına başlayıb. O, 120 elmi tədqiqatçının da tələbə aksiyalarına qoşulduğunu deyərək həmkarlarını sənədin əleyhinə səs verməyə, qısa zamanda yeni qanun layihəsi hazırlamağa çağırışa da, nəticə olmayıb. Aydındır ki, yerdə qalan deputatlar hakimiyyətin diktəsinə tabe olduqları üçün sənədi müdafiə ediblər. Bu sırada özünü müxalıfətçi kimi göstərməyə çalışan “Tsarukyan” blokunun üzvləri də var (Real müxalifət parlamentdə, demək olar, təmsil olunmayıb).

Xatırladaq ki, birinci səsvermədə qanun layihəsinin lehinə 89, əleyhinə 9 deputat səs vermişdi. Tələbə aksiyalarının təşkilatçılarından biri olan Vaqan Kostanyan qanunun qəbulunu şərh edərkən deyib ki, bununla da parlament tələbə-gənclərin səsini eşitmədiyini nümayş etdirib. “Parlament bizim səsimizi eşitmədiyi üçün biz parlamentin binası qarşısında sükut aksiyasına başlayırıq”, - deyə o bəyan edib.

*****

Qanun layihəsi təsdiqlənəndən sonra tələbələr İrəvanın mərkəzi Baqramyan küçəsinə - parlamentin yerləşdiyi ünvana axışıblar, parlamentə girişi və yolu bağlayıblar. Vəziyyətin gərginləşdiyini görən polis qüvvələri isə etirazçılardan yolu açmağı tələb edib. Ancaq fəallar imtina edib. Bundan sonra etirazçılarla asayiş keşikçiləri arasında ilk toqquşma baş verib.

Baş verənlərlə bağlı “Joxovurd” qəzeti yazıb: “Bizim məlumatlarımıza görə, tələbələrin artıq ikinci həftədir davam edən və hərbi xidmətdən möhlət hüququnun ləğvinə qarşı olan aksiyaları hakimiyyətin ən yuxarı eşelonunda ciddi narahatlıq yaradıb. Belə ki, bu ərəfədə təhsil və elm naziri Levon Mkrtçyan bütün ali məktəblərin rektorlarını yığaraq iclas keçirib. İclasda nazir hər bir rektordan öz ali məktəblərində situasiyaya nə dərəcədə nəzarət etdiyini və kütləvi tətillərin qarşısını almaq üçün hansı tədbirləri gördüyünü soruşub. Aldığımız bilgilirə əsasən, ”Daşnaksütyun"ün üzvü olan təhsil naziri rektorlara ciddi şəkildə tapşırıb ki, öz müəllimlərini dərslərə gəlməyən bütün tələbələri qeydə almaq üçün təlimatlandırsınlar. Ancaq bu zaman onların ali məktəbdən xaric ediləcəyi barədə qətiyyən söhbət salmasınlar".

Erməni nəşrinin bu qeydləri tələbə fəallara qarşı repressiv tədbirlərin anonsu da sayıla bilər.

*****

Beləliklə, Ermənistan parlamenti faktiki şəkildə “fitili” çəkib. Nəzərə alsaq ki, istənilən ölkədə ən fəal kəsim tələbə-gənclər hesab olunur, o zaman situasiyanın qarşıdakı günlərdə daha da gərginləşəcəyini, yeni etiraz formalarının tətbiq olunacağını proqnoz eləmək olar.

Son sözü təbii ki, qanunu imzalamalı olacaq Ermənistan prezidenti Serj Sərkisyan deməlidir. Bəs, Sərksiyan sənədi imzalayacaqmı?

Ehtimal ki, yeni insidentlərdən qaçmaq üçün Serj Sərkisyan bunu ən azı, Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammitinə qədər uzadacaq - hansı sammitə ki, onun özü də qatılmağa hazırlaşır. Sammitdə təşkilatla Ermənistan arasında çərçivə sazişinin taleyinə aydınlıq gəlməlidir.

Təbii ki, bu ərəfədə erməni prezident ölkədaxili situasiya, təməl insan haqları ilə bağlı əlavə problemlərlə üzləşmək istəməz. Lakin tələbə hərəkatını zəiflətmək və gözdən salmaq üçün hakimiyyətin hansısa addımlar atacağı da gözləniləndir. Ancaq “dəyənəyin ikinci ucu” da var. Başqa sözlə, gizli repressiv tədbirlər tələbələri daha radikal addımlara sövq edə, cəmiyyətin digər təbəqələri də onlara qoşula və ölkə qarışa bilər. Yəni, Sarksiyana sürpriz məsələsi.

O da maraqlıdır ki, etiraz doğuran qanun layihəsi S.Sərksiyan ölkədə deyil, Moskvada olarkən qəbul edilib. Bu da əslində ona tələbələr qarşısında müəyyən manevr imkanı yaradır. O anlamda ki, guya baş verənlərdən bixəbər olub. Hər necə olmasa, yeni qanun məhz onun imzasından sonra qüvvəyə minəcək - əgər qüvvəyə minəcəksə.

Bir şey dəqiqdir ki, tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi gənclər də daxil, ölkədən kütləvi köçü sürətləndirəcək. Bunu kim bilməsə də müharibə şəraitind olan işğalçı ölkənin əhalisini 2040-ci ilədək 4 milyona çatdırmaq xülyası ilə yaşayan ölkə prezidenti hamıdan yaxşı bilməlidir.

*****

Qəzet çapa gedərkən məlum oldu ki, 14 noyabrdan İrəvan Dövlət Universitetinin auditoriyalarından birində aclıq aksiyasına başlayan 5 tələbə də olduqları yeri tərk edərək parlament istiqamətində - Baqramyan küçəsində - toplaşan etirazçılara qoşulublar. Musavat.com-un məlumatına görə, onlar bildiriblər ki, sağlamlıqları yerindədir və aksiyanı davam etdirməkdə qərarlıdırlar.

Aclıq edən tələbələr bəyan ediblər ki, parlament tələbələri təhsildən ayıran qanunu qəbul etdiyi üçün onlar su qəbulundan da imtina etməklə bağlı qərar veriblər. Etirazçıların sayı isə artmaqdadır. İrəvan Dövlət Universitetinin tələbələrinin aksiyasına İrəvan Dövlət Konservatoriyasının tələbələri də qoşulub. Onlar aksiyaya musiqi ifaları ilə dəstək verirlər. Tələbələr polisə xitabən “Bizə qoşulun!” çağırışları edirlər. Gənclərin etirazları davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan parlamenti tələbələrin etirazına məhəl qoymadı

    Ermənistan parlamenti tələbələrin etirazına məhəl ...

    15-11-2017, 15:23

  • 
  • ​Ermənistanda tələbə qiyamı: işğalçı ölkəni qarışdıran 3 səbəb

    ​Ermənistanda tələbə qiyamı: işğalçı ölkəni ...

    11-11-2017, 11:46

  • 
  • Reklam qanunu dəyişdi

    Reklam qanunu dəyişdi ...

    15-05-2015, 12:40

  • 
  • İran yeni hicab qanununu rədd edir

    İran yeni hicab qanununu rədd edir ...

    4-01-2015, 22:37

  • 
  • Ermənistanın taleyi həll edilir - Ölkə yeni qanlı toqquşmalar astanasında

    Ermənistanın taleyi həll edilir - Ölkə yeni qanlı ...

    15-11-2017, 00:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu