Rusiyanın Federal Antiinhisar Xidmətinin “Yandex.Taksi” online taksi sifarişi xidməti ilə ABŞ-ın qlobal “Uber” xidmətinin bizneslərinin birləşdirilməsinə dair müraciəti təmin edib.
İki şirkət əməkdaşlıq barədə bu il iyulun 13-də razılaşma imzalayıblar.
Müqavilənin şərtlərinə əsasən “Yandex.Taksi” və “Uber” Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda online taksi sifarişləri biznesini birləşdiriblər. Müqaviləyə əsasən göstərilən ölkələrdə online taksi sifarişi biznesi ilə məşğul olmaq üçün ortaq şirkət yaradılır, bu şirkətə “Uber” 225 milyon dollar, “Yandex.Taksi” 100 milyon dollar yatıracaq.
Sövdələşməni Belarusun antiinhisar xidməti artıq təsdiqləyib. Qazaxıstan müqaviləni nəzərdən keçirir. İndi isə Rusiya bu biznes sövdələşməsinin inhisarçılıq yaratmadığı qənaətnə gəlib. Azərbaycana gəldikdə isə online taksi xidməti biznesi faktiki olaraq qeyri-leqal fəaliyyət göstərir və bu səbəbdən birləşmənin inhisarçılığa qarşı mübarizə aparan müvafiq orqanının icazəsi olmadan da baş tutduğunu demək olar. Hazırda Azərbaycanın vergi orqanları online taksi sifarişi xidməti ilə məşğul olan şirkətlərin vergiyə cəlb edilməsi üzərində baş sındırır.
“Yandex.Taksi” xidmətinə gəldikdə isə bu şirkətin başında dayanan Tiqran Xudaveerdiyan adlı ermənidir. O, 2006-cı ildə “Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə “Yandex Taksi”yə rəhbərlik edir. Onun 15 yaşı olanda ailəsi Rusiyaya köçüb. Buna baxmayaraq Xudaverdiyan qatı erməni millətçisi kimi qalır. O, rəhbərlik etdiyi “Yandex Taksi” xidmətindən gələn vəsiat hesabında Ermənistanda şagirdlər üçün pulsuz məktəblər də açır.
Bundan əvvəl Bakı Nəqliyyat Agentliyi bildirmişdi ki, “Yandex.Taksi” və “Uber” şirkətlərinin Azərbaycanda ortaq biznes aparması əngəllənəcək, sürücülər erməni biznesmenlə ortaq olan “Uber”lə əlaqəni kəsməyə çağırılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?