GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​Qocanın qaçdığı qatarda Fədayə ilə görüş xəbəri… – Vəkil

​Qocanın qaçdığı qatarda Fədayə ilə görüş xəbəri… – Vəkil

Tarix: 27-11-2017, 20:28 Bölmə :Cəmiyyət Baxış: 486
​Qocanın qaçdığı qatarda Fədayə ilə görüş xəbəri… – Vəkil


Aktrisa Pərvin Abıyevanın Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir etməsi ictimai mühitdə böyük narazılığa səbəb olub.
Aktrisanın Azərbaycan kişilərini “kobud və köhnə fikirlidirlər” və “kişi olmayanlar da indi ayağa qalxıb” deməsi sosial şəbəkə istifadəçilərini onun üzərinə qaldırıb.


gundemxeber.az bildirir ki, AzNews.az Pərvin Abıyevanın Azərbaycan kişiləri barədə işlətdiyi aşağılayıcı ifadələrə tanınmış şəxslərin münasibətini öyrənib.
Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov:

“57 ildir kino mühitindəyəm. Kino, sənətlə məşğul olan adamlar əxlaqsız, mənəviyyatsız söhbətlər etmirlər. Bəziləri kiminsə hesabına yaşayanları, kiminsə hesabına qadın olanları gətirib efirə çıxaranda axırı belə olur. Küçənin adamları kiminsə qucağında, kiminsə yatağında olandan sonra gəlib güya sənətlə məşğul olurlar, belələri nəinki Azərbaycan kişisini hətta xalqını da təhqir edir... Görün o, nə qədər əxlaqsız, mənəviyyatsız, savadsız qadındır. Başa düşmür ki, bizim hamımız türkük. Hansısa özü kimi səviyyəsiz bir gədəyə rast düşübsə o, Azərbaycan kişisinin obrazı deyil... İkincisi, o, Azərbaycanı təmsil edə bilməz. Üçüncüsü, mən onu tanımıram, orada kiməsə xoş gəlmək üçüb deyibsə, bunu da özü bilər. Bu onun həyat tərzidir. Mən belə bir aktrisa tanımıram, özü üçün karyera yığır. İnanıram ki, sabah o, bu axtarışla, əxlaq və ağılla Ermənistana getsə, orada erməni kişilərini tərifləyəcək. Gərək insanlar mütləq milli-mənəvi dəyərlər ruhunda qiymət alsınlar və yerini bilsinlər. Küçədə qalanları millətin başına çıxardanda o, nə istəsə deyəcək. Çünki ondan başqa heç nə gözləmək mümkün deyil. Bunu nə kinonun, nə də türkün adına bağlamayın. Türk dünyasının gözü, tarixi də bizimlə, yəni Azərbaycanda yaşayan azəri türkləri ilə bağlıdır. “Dəliyə yer ver əlinə bel ver”, - deyiblər. Ən böyük faciə belə həşaratları ortaya çıxaranlardadır. Bunların hamısı geni, qanı qarışdırılmış insanlardır. Azərbaycan kişisinin kim olduğunu min illərdir dünya bilir. O, özünə əgər başqa şey axtarırsa Allah işini avand eləsin. İnanmıram ki, ona Türkiyə dəstək versin. Yenə sıxılmış limon kimi suyu süzülə-süzülə gəlib qapımızda yatacaq. O da qələt edir, onun düşüncələrində olanlar da”.
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət:

“Pərvin Abıyeva? O kimdir ki? Nəsə bu adı ilk dəfə eşidirəm. Üzrlü sayın, bəlkə kim olduğunu deyəsiniz? Aktrisadır? Açığı, Azərbaycan filmlərinə sevə-sevə baxan birisi kimi bizdə bu adda aktrisa olduğunu sizdən eşidirəm. Başa düşmədim, bu xanım bu gənc yaşında bütün kişiləri necə yoxlaya bilib? Yəni şəxsən mən onu tanımıram və təbii ki, o da məni tanımır. Eləcə də minlərlə, milyonlarla başqa kişini. Belə olan halda bizim kobud və köhnə fikirli olmağımız haqqında qəti qərarı necə verə bilib? Hər halda belə bir fikir səsləndiribsə, yaxşı etməyib. Ola bilsin, bu xanımın hansısa azərbaycanlı kişi və ya kişilərlə problemi var. Yəni şəxsi çevrəsində dediyi xarakterli kişilər var. Ona görə də kompleksə qapılıb, elə sanıb ki, bütün kişilərimiz elədir. Əvəzində isə deyir ki, Türkiyə kişiləri romantik olur... Allah, Allah! Lap bu qədər yəni? Anlamadım, əgər o xanımın Türkiyədə hansısa bir kişi ilə şəxsi əlaqə qurmaq planı varsa, niyə bunu ədəb çərçivəsində etmir? Türkiyənin də, Azərbaycanın da həm romantik, həm də kobud və gerizəkalı kişiləri istənilən qədərdir. Amma bu özəllikləri ümumiləşdirib hamıya aid etmək olmaz axı. Bu xanımın sizdən eşitdiyim fikri tısbağanın qınından çıxıb qınını bəyənməməsini xatırlatdı mənə. Şəxsən özüm yeri gələndə hər kəsin qibtə edəcəyi qədər romantik adamam. Amma bundan adını çəkdiyiniz və aktrisa olduğunu dediyiniz xanımın əsla xəbəri yoxdur, ola da bilməz. Çünki, mənim və mənim kimi milyonlarla Azərbaycan kişisinin romantikliyinin öz xanımlarımıza, sevgililərimizə dəxli var. İndi bu xanımın bəxtinə də, görünür, kobud olanlarımızdan kimsə düşüb. İstənilən halda ölkə xaricində ümumiləşdirmə apararaq belə fikir səsləndirmək həm də o xanımın dünyagörüşünün məhdudluğundan xəbər verir. Bizə isə sadəcə o cür düşünən və davrananlara təəssüflənmək qalır...”
Qeyd edək ki, aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir edib. Aktrisa sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanla bağlı suala belə cavab verib:
“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”. Bundan sonra o, “kişi olmayanlar da indi ayağa qalxıb” - deyə Azərbaycan kişilərini ikinci dəfə təhqir edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 300 manata kişilərlə görüşürsən -Azərbaycanlı aktrisalar bir-birini biabır etdi

    300 manata kişilərlə görüşürsən -Azərbaycanlı ...

    27-11-2017, 11:32

  • 
  • Pərvin Abıyeva hansı məşhurla sevgilidir? - FOTO

    Pərvin Abıyeva hansı məşhurla sevgilidir? - FOTO ...

    23-09-2017, 13:38

  • 
  • "Nömrəsi də yoxdur ki, zəng edəm" - Vaqif Əsədovdan Pərvin Abıyeva açıqlaması

    "Nömrəsi də yoxdur ki, zəng edəm" - ...

    6-10-2017, 13:43

  • 
  • Pərvin Abıyeva: "Belə insanlıqdansa, it olub hürmək yaxşıdır!"

    Pərvin Abıyeva: "Belə insanlıqdansa, it olub ...

    4-09-2017, 23:33

  • 
  • Keçmiş millət vəkili də Pərvin Abıyevanı biabır etdi: "Pərvinkimilər hər ölkədə var"

    Keçmiş millət vəkili də Pərvin Abıyevanı biabır ...

    26-11-2017, 17:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu