Keçmiş millət vəkili Gülər Əhmədova aktrisa Pərvin Abıyevanı tənqid edib.
gundemxeber.az-ın məlumatına görə, Abıyevanın Türkiyə mediasında azərbaycanlı kişiləri tənqid etməsi Gülər Əhmədovanı qəzəbləndirib. O yazıb: Bu pərvinlər göydən düşmür, onlar bütün dünyada və ölkələrdə var. Bu əyalət pərvinlərinin böyük meqapolislərdə yaşadıqları "uğur" eyforiyasının xarakterik xüsusiyyətləridir. Əgər zamanında bu pərvinləri öz xalqı, milli mənsubiyyəti, dili, mədəniyyəti, adət-ənənləri ilə fəxr etməyi öyrətsəydik, o da osmanlı kultu qarşısında əyilib əzilməzdi. Əslində, o özü də hiss etmədən böyüdüyünü düşündüyü vaxtda "Hürriyət" yazarı tərəfindən çox pis əzilir, kiçildilir. Əlbəttə ki, o bunu çox az müddətdən sonra heyran olduğu şəhərdə heyran olduğu şəxslər tərəfindən hiss edəcək və eşıdəcək. Amma,maləsəf( türkün sözu))). Sonrakı peşmançılıq fayda verməyəcək.
P.S. "Москва слезам не верит" filmi yadınızdadır. Əyalətdə Moskvaya gələn qızların ( лимитчица) həyatı...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?