İstanbul Cümhuriyət Ali Məhkəməsi hazırda ABŞ-da həbsxanada olan Rza Zərrabın qızı Alara ilə 22 yaxının bütün mülkünə əl qoyulması ilə bağlı qərar qəbul edib.
Bu hadisədə Ebru Gündeşi ailə qurmazdan əvvəl imzaladığı müqavilə xilas edib. Müqavilədə hər kəsin öz mülkünün öz adına olması və Ebrunun qazandıqlarının Rzaya heç bir aidiyyatı olmadığı yer alıb. Buna görə də Ebru qərardan canını qurtara bilib.
Zərrabın vəkili açıqlamasında "Bizə verilən siyahıda Ebru Gündeşin adı yoxdur, səbəbini bilmirik. Qızı Alara olsa da, müğənni özü yoxdur. Bildiyimiz qədəriylə Ebru heç boşanmaq üçün məhkəməyə müraciət də etməyib" sözlərini demişdi.
Ailə qurmazdan əvvəl Rza və Ebru siyahı hazırladıb öz sahib olduqlarını müəyyənləşdiriblər. Amma Rza bəzi mülklərini qızı Alaranın adına keçirib.
Sorğu
Yeni dizaynımız necədir?