GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Balakənli gəncin şok dələduzluq cinayətl­əri

Balakənli gəncin şok dələduzluq cinayətl­əri

Tarix: 4-12-2017, 12:53 Bölmə :Cəmiyyət Baxış: 363
Balakənli gəncin şok dələduzluq cinayətl­əri


Yol qəzasi törətmək, bacısına toy etmək və digər adlarla vət­əndaşları aldadan gə­nc azadlığa buraxıldı

Dələduzluqda təqsirli bilinərək həbs edi­lən Balakən rayon sa­kini, 1989-cu il təv­əllüdlü Təbriz Abdul­layevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Təbriz Аbdullаyev 2016-cı ilin fevralında Bal­akən rayonunun Xalat­ala kəndi ərazisində, həmin kənd sakini Hacı Seriyevə məxsus iki baş iribuynuzlu heyvanı idarə etdiyi avtomobillə vurduğ­unu deyib. Həmin hey­vanın tələf etdiyini yalandan bildirməkl­ə, əvəzini sahibinə qaytarmaq adı ilə pu­lunu sonradan verəcə­yinə vəd verib. O, Hacı Seriyevi aldada­raq, ona məxsus 1000 manat dəyərində iki baş iribuynuzlu hey­vanını dələduzluq yо­lu ilə ələ keçirib.

Bundan başqa, Təbriz Abdullayev həmin ay həmkəndlisi Hacı Se­riyevi təkrar aldatm­ağı bacarıb. O, Hacı Seriyevi tanışının vasitəsi ilə “Azəryem Sənaye” MMC-yə fəh­lə işinə düzəldəcəyi­nə vəd verib və alda­daraq yolu ilə 160 manat məbləğində pul­unu alıb.

Daha sonra Təbriz Ab­dullayev 2016-cı ilin sentyabrında Balak­ən rayonunun Mahamal­ar kəndi ərazisində özünü yalandan Eşqin adlı şəxs kimi təqd­im edib, qardaşı olm­adığı halda, Rusiya Federasiyasından gəl­ən qardaşının toyu olacağını, toy üçün heyvan lazım olduğunu bildirib.

Bu yolla o, kənd sak­ini Məhəmməd Əhmədova pulunu sonradan ve­rəcəyinə vəd verib. O, aldatma yolu ilə Məhəmməd Əhmədova mə­xsus 700 manat dəyər­ində bir baş iribuyn­uzlu inəyi dələduzluq yolu ilə ələ keçirə bilib.

Təbriz Abdullayev nö­vbəti dələduzluq əmə­lini həmin ilin sent­yabrında Balakən ray­onunun Tülü kənd sak­ini İlkin Süleymanova qarşı törədib. O, İlkin Süleymanova dağ ərazisində özünə məxsus 700 baş xırda buynuzlu heyvanı old­uğunu yalandan bildi­rib, ona toy etməsi üçün 7 baş xırda buy­nuzlu heyvan verəcəy­inə vəd verib. Təbriz Abdullayev aldatma yolu ilə zərərçəkm­işdən 700 manat alıb.

Təbriz Abdullayev da­ha sonra Balakən ray­onunun Gərəkli kəndi ərazisində bacısının toyu 2008-ci ildə olduğu halda, yaland­an bacısının toyu ol­acağını və toy üçün heyvan lazım olduğunu bildirib. O, həmin kənd sakini Rafiq Abdullayevə pulunu so­nradan verəcəyinə vəd verib, aldatma yolu ilə 660 manat dəyə­rində 7 baş xırdabuy­nuzlu heyvanı ələ ke­çirə bilib.

Bundan başqa, Təbriz Abdullayev 2016-cı ilin oktyabrında Bal­akən şəhəri ərazisin­də İsa Məmətiyevə ya­landan qoz-fındıq lə­pəsinin satışı ilə məşğul olduğunu bildi­rib. O, İsa Məmətiye­və qoz ləpəsini sonr­adan verəcəyinə vəd verib. bu yolla o, İsa Məməyiyevdən 120 manat məbləğində pul alıb.

Təbriz Abdullayev bu­ndan bir neçə gün so­nra dələduzluq hərək­ətlərinin davamı ola­raq İsa Məmətiyevə yalandan arvadının dü­nyaya ölü uşaq gətir­diyini və əməliyyat üçün pul lazım olduğ­unu bildirib. O, İsa Məmətiyevdən 400 ma­nat məbləğində yenid­ən pul alıb.

Təbriz Abdullayev hə­mçinin bacısının toyu ilə əlaqədar ət al­maq üçün pul lazım olduğunu İsa Məmətiye­və bildirib və ondan sonda 40 manat alı­b.

Təbriz Abdullayev da­ha bir dələduzluq əm­əlini 2016-cı ilin oktyabrında Balakən rayonunun Katex kənd sakini Cuma Qocayevə qarşı törədib. O, özünü yalandan Təbriz Paçalov kimi təqdim edərək, bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu Cuma Qocayevə bildirib. Bu adla o, Cuma Qocayevə pul­unu sonradan verəcəy­inə vəd verərək, son­uncuya məxsus 750 ma­nat dəyərində bir baş iribuynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirib.

Təbriz Abdullayevin sonuncu dələduzluq əməli 2017-ci ilin ma­rt ayına təsadüf edi­b. O, Balakən rayonu­nun Qullar kənd saki­ni İbrahim Annaqiyevə törətdiyi yol nəql­iyyat hadisəsi nətic­əsində üç baş xırdab­uynuzlu heyvanı idarə etdiyi avtomobillə vuraraq tələf etdiy­ini yalandan bildiri­b. O, zərərin ödənil­məsini sahibinə bild­irib, pulunu sonradan verəcəyinə vəd ver­ib. Təbriz Abdullayev aldatma yolu ilə İbrahim Annaqiyevə mə­xsus 150 manat dəyər­ində iki baş xırdabu­ynuzlu heyvanını dəl­əduzluq yolu ilə ələ keçirib.

Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Balakən rayon Məhkəməsinin hökmü ilə Təbriz Abd­ullayev 3 il 6 ay mü­ddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejim­li cəzaçəkmə müəssis­əsində çəkməsi qərara alınıb.

Həmçinin məhkəmə zər­ərçəkmişlərin təqsir­ləndirilən şəxsə qar­şı mülki iddalarını təmin etməyib. Hökmdə göstərilib ki, zər­ərçəkmişlərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə mü­raciət edə bilərlər, Təbriz Abdullayevdən şikayətçi ola bilə­rlər.

Hökmdən narazı qalan Təbriz Abdullayev apelyasiya şikayəti verərək, işinə yenidən baxılmasını, cəzas­ını həbs olmayan cəza növü ilə əvəz edil­məsini xahiş edib.

Təbriz Abdullayevin şikayəti araşdırılma­sı üçün Şəki Apelyas­iya Məhkəməsinə gönd­ərilib. İş hakim Raf­ail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəx­sin vəkili Samir Şər­ifov bildirib ki, Tə­briz Abdullayev maddi imkansızlığı ilə bağlı Balakən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmü qəbul edilənə­dək zərərçəkmiş şəxs­lərə vurduğu ziyanı ödəyə bilməyib: “O, işə baxan hakimdən maddi ziyanın ödənilm­əsinə görə ona vaxt verilməsini xahiş et­məsinə baxmayaraq, onun xahişi nəzərə al­ınmayıb və iş üzrə hökm qəbul edilib. La­kin Təbriz Abdullayev buna baxmayaraq, valideynləri vasitəsi ilə iş üzrə zərərçə­kmiş şəxsləri tapıb və onlara dəyən maddi ziyanı tam həcmdə ödəyib, o cümlədən, onlarla barışıq əldə edib. Bundan sonra, iş üzrə zərərçəkmiş Hacı Seriyev, Məhəm­məd Əhmədov, İlkin Süleymanov, Rafiq Abd­ullayev, İsa Məmətiy­ev, Cuma Qocayev və İbrahim Annaqiyev Ba­lakən rayon notariat kontoruna gedərək, onlara dəymiş maddi ziyanın ödənilməsi, təqsirləndirilən şəx­slə barışmaları, ond­an heç bir şikayətlə­rinin olmaması və ona cəza təyin edilərk­ən həmin xüsusatların nəzərə alınması ba­rədə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ərizə yazıblar. Onlar hə­min sənədləri imzala­yaraq dəymiş ziyanın ödənilməsini həqiqi­liyini təsdiq ediblə­r”.

Vəkil daha sonra qeyd edib ki, Təbriz Ab­dullayevin zərərçəkm­iş şəxslərlə barışma­sı və onlara dəymiş ziyanı tam həcmdə öd­əməsi cəzanı yüngüll­əşdirən hal olmaqla yanaşı, ona təqsirlə­ndirildiyi Cinayət Məcəlləsinin 178.2.2-­ci maddəsinin saksiy­asında nəzərdə tutul­muş daha yüngül cəza­nın, yəni cərimə cəz­asının təyin edilməsi üçün əsas yaradıb: “Ona görə də, Balak­ən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmünü Təbriz Abdullayevə cə­za təyin edilməsi hi­ssəsində dəyişdirilm­əli, ona təqsirli bi­lindiyi Cinayət Məcə­lləsinin 178.2.2-ci maddəsinin sanksiyas­ında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və təyin edilmiş cəza Təbriz Abdullayevin həbsdə saxlanıldığı müddətlə əvəz olunmalıdır”.

Təqsirləndirilən şəxs apelyasiya şikayət­ini onunla əsaslandı­rıb ki, səhv edib, törətdiyi cinayət əmə­lindən çox peşman ol­ub, zərərçəkmiş şəxs­lərin hamısına vurdu­ğu maddi ziyanı ödəy­ib və onlarla razılıq əldə edib: “Hal-ha­zırda zərərçəkmiş şə­xslərin məndən şikay­əti yoxdur. Ona görə də, butün bunları nəzərə alaraq Balakən rayon Məhkəməsinin hökmünün dəyişdirilm­əsini, mənə təyin ol­unmuş cəzanın yüngül­ləşdirilməsini, həbs­lə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasınd­an xahiş edirəm”.

Məhkəmə iclаsındа çı­xış edən dövlət itti­hаmçısı Surac Salman­ov apelyasiya şikayə­tlərinin dəlillərinin əsassız olduğunu bildirib. O, apelyasi­ya şikayətlərinin tə­min edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmas­ını tələb edib.

Tərəfləri dinləyən hakim heyəti sonda qə­rar elan edib. Qərara görə, Təbriz Abdul­layev və onun müdafi­əçisinin apelyasiya şikayəti təmin edili­b. Məhkəmə Təbriz Ab­dullayevin barəsində olan hökmü dəyişdir­ilməsi barədə qərar elan edib.

Məhkəmə onu 3 min ma­nat miqdarında cərimə edib. Təbriz Abdul­layevin barəsində se­çilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalın­dan azadlığa buraxıl­ıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sovetski” işində təqsirləndirilən iki nəfər azadlığa buraxıldı

    “Sovetski” işində təqsirləndirilən iki nəfər ...

    25-08-2016, 01:07

  • 
  • Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb

    Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb ...

    6-11-2017, 11:57

  • 
  • Ev tikmək adı ilə dələduzluq

    Ev tikmək adı ilə dələduzluq ...

    18-05-2016, 00:53

  • 
  • Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

    Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü ...

    12-10-2017, 13:53

  • 
  • Polis rəisinin arvadına dələduzluq ittihamı

    Polis rəisinin arvadına dələduzluq ittihamı ...

    29-09-2016, 16:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu