GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"

Tarix: 10-12-2017, 14:13 Bölmə :Cəmiyyət Baxış: 304
Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"


Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılan 28 yaşlı gənc cinayət əməlinin səbəbini danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib. O, Zakir Məmmədovu bıçaqlamasının səbəbini danışıb. Şəhriyar Abdulov əvvəlcə bildirib ki, bıçaqladığı şəxslə daha əvvəldən məhəllə sakini kimi münasibəti olub. Hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib.

Ş.Abdulov daha sonra hadisə günü yaşananları belə danışıb: "Axşam evdən çıxıb çayxanaya getdim. Çayxananın qarşısında 10-15 nəfər var idi. İçəri keçmək istəyəndə tanımadığım bir nəfər mənə dedi ki, “İçəri olmaz. Zakir içəridə söhbət edir”. Ona görə də içəri heç kimi buraxmırlar. Sonra da dedi ki, “Artıq adamların hamısı dağılışsın”. Mübahisə etməyə başladıq. Səs-küyə Zakir çıxdı. İçkili idi. Qışqırdı ki, nə olub? Dedim ki, Zakir, qıraqdan gələnlər bizə, öz kəndimizdə yer göstərirlər. Zakir də qayıtdı ki, "Onlar qıraq adam deyil, mənim qardaşlarımdır". Həmin adamları tanımırdım. Mənim üstümə gəldilər. Onları qorxutmaq üçün bıçağı çıxardım ki, görsünlər".

Şəhriyar Abdulov ifadəsinin davamında qeyd edib ki, Zakir Məmmədovu bıçaqla vurmaq niyyəti olmayıb: "Bıçaq sol əlimdə idi. Fikirləşdim ki, birdən mənə əl-qol atarlar. Zakiri vurmaq niyyətim yox idi. Sağ əlimi bir neçə il əvvəl laqonda kəsib. 3-cü qrup əliləm. Tam hərəkət etdirə bilmirəm. Bıçağı sağ əldə tutmuşdum. Əgər vurmaq niyyətim olsaydı, işləməyən əlimdə tutmazdım. Mübahisə yarananda bıçağı sol əlimdən sağ əlimə keçirmişdim. Mübahisə başlayanda, onlar üstümə gələndə necə oldusa bıçaq Zakirə dəydi".

Ş.Abdulov ifadəsində həmçinin onu da göstərib ki, bıçaqladığı Zakir Məmmədov həmin gün kənddə ağsaqqallara hörmətsizlik edib. Onun bu hərəkətlərinə etiraz edən kənd sakini Fazil Məmmədovu isə döydürmək istəyib.

"Zakir həmin gün kənddə Rafael adlı ağsaqqalı maşının qapı arasında qoyub, sıxıb. Aralarında nəsə söhbət olub. Kənd sakini Fazil Məmmədov da bunu görüb və etiraz edib. Zakir Farizi yanına çağırıb, ona deyib ki, "Mənimlə söhbət edəndə papağı çıxarmaq lazımdır". Bu söhbət zamanı Zakir içkili olub. Axşam da Fazili axtarmaq üçün kəndə adamlar göndərib", - deyə təqsirləndirilən Şəhriyar söyləyib.

Dövlət ittihamçısı Şəhriyar Abdulova sual verib və çayxanaya getməsinin səbəbini soruşub. Şəhriyar deyib ki, məqsədi tanışları ilə domino, nərd oynamaq, istirahət etmək olub.

Prokuror Şəhriyara növbəti sualında qeyd edib: "Siz çayxanaya getməzdən əvvəl orada kriminal aləmə yaxınlığı ilə tanınan şəxslərin söhbət etmələri barədə məlumatlı olubsunuzmu?"

Şəhriyar cavabında belə bir məsələdən xəbərsiz olduğunu, kafeyə sadəcə çay içməyə getdiyini söyləyib.

Ş.Abdulov üzərində bıçaq gəzdirməsinin səbəbini isə belə izah edib: "Kənd yeridir. 4 ayaqlı itlərdən çölə çıxmaq olmur. Bir əlim də işləmir. Qaçmaq, harasa qalxmaq imkanım yoxdur. Ona görə də bıçaq götürürəm".

Məhkəmədə o da məlum olub ki, bıçaqlanan Zakir Məmmədov istintaqa ilk ifadəsində yıxılaraq xəsarət aldığını bildirib.

Şəhriyar isə deyib ki, əgər özü könüllü olaraq polisə təslim olmasaydı, bıçaqladığı Zakir Məmmədov yenə də bu cür ifadə verəcəkdi: "Mən özüm təslim oldum. Polislər də bilirdi ki, mən vurmuşam. Özüm də gedib təslim oldum".

Cinayət əməlini törətdiyini etiraf edən Şəhriyar ona qarşı irəli sürülən ittihamla razılaşmır: "Heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə adam vurmamışam. Səbəb olmasaydı, Zakir o hərəkətləri etməsəydi, onu vurmazdım. Maddə düzgün verilməyib".

Hadisənin baş vermə səbəbi kimi təfərrüatlardan biri də belədir ki, bıçaqlanan Zakir Məmmədov kənd kafesində oturarkən ağsaqqallar gələn zaman ayağa durmayaraq onlara hörmətsizlik edib. Elə mübahisələr də bundan başlayıb. Amma Şəhriyar Abdulov bu səbəbi rədd edib.

Məhkəmədə Şəhriyar Abdulovun adını çəkdiyi Fazil Məmmədov da ifadə verib. F.Məmmədov deyib ki, Şəhriyar Abdulovun günahı yoxdur. Hadisəyə səbəb Zakir Məmmədovun hərəkətləridir: "Zakir ağsaqqallara, kənd sakinlərinə qarşı hörmətsizlik edirdi. Mən də işə gedəndə yolda mənə söz atdı. Mübahisə elədik, içkili idi deyə mən çıxıb getdim. Sonra zəng edib məsələni aydınlaşdırmaq istədim. Amma mənimlə kobud danışdı”.

Zərərçəkmiş Zakir Məmmədov məhkəmə proseslərində iştirak etməyib.

Qeyd edək ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəllər adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında

    14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında ...

    14-01-2017, 00:45

  • 
  • Azərbaycanlı müğənninin atasının məhkəməsi oldu

    Azərbaycanlı müğənninin atasının məhkəməsi oldu ...

    1-09-2017, 16:47

  • 
  • Kafedə cinayət törədən məhkəmə qarşısında

    Kafedə cinayət törədən məhkəmə qarşısında ...

    29-03-2015, 12:55

  • 
  • Suriyada döyüşməkdə təqsirləndirilən Quba sakini məhkəmə qarşısında

    Suriyada döyüşməkdə təqsirləndirilən Quba sakini ...

    3-08-2017, 11:57

  • 
  • Fikrət Qocanın oğlunu öldürən məhkəmə qarşısına çıxarıldı

    Fikrət Qocanın oğlunu öldürən məhkəmə qarşısına ...

    31-07-2017, 15:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu