Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib. Belə ki, Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi 99-LC-158 dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə onu vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ölən S.Qənbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?