GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədovun ətrafında müəmma - "yeznəsi ölkədən 10 milyonla qaçıb" iddiası

Fazil Məmmədovun ətrafında müəmma - "yeznəsi ölkədən 10 milyonla qaçıb" iddiası

Tarix: 15-12-2017, 11:10 Bölmə :Cəmiyyət Baxış: 362
Fazil Məmmədovun ətrafında müəmma - "yeznəsi ölkədən 10 milyonla qaçıb" iddiası


Sabiq nazir hesab edir ki, işdən çıxarılmasında etimad göstərdiyi adamların rolu olub

Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Sayt yazır ki, Şəmkir rayonunda inşa edilmiş “Şəmkir Aqropark” Logistika Mərkəzi Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olub. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.

İddialara görə, “Şəmkir Aqropark” kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır.

Məlumata görə, Qüdrət Seyfullayev “Şəmkir Aqropark”ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd isə ayrılan pulların yeyintisini ört-basdır etmək olub. “Şəmkir Aqropark” kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur. Digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş “Snerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar. Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Şəmkir şəhər icra nümayəndəsi Çingiz Həsənov Fazil Məmmədov işdən çıxarılmazdan əvvəl ölkədən gedib. Onun özü ilə 10 milyon manat apardığı da iddia olunur. Bildirilir ki, həmin pullar Şəmkirdə mücərrəd bir layihənin gerçəkləşməsi üçün Çingiz Həsənova ötürülüb. Büdcə vəsaiti olan həmin məbləğin nəğdləşdirilərək götürüldüyü də gələn məlumatlar sırasındadır. Həmin məbləği Ç.Həsənov konkret hesaba köçürməli olub, lakin bunu etməyib və ölkədən həmin pullarla bərabər çıxıb.

Bildirilir ki, hazırda Fazil Məmmədov həm də kadrlarına görə gərginlik içindədir. O hesab edir ki, işdən çıxarılmasında ətrafında olan və etimad göstərdiyi kadrların ona qarşı fəaliyyətdə olmaları əsas rol oynayıb. Vergi Nazirliyinin arxa kabinetlərində cərəyan edən gizli sövdələşmələr haqda məlumatlar hakimiyyətdəki müxtəlif çevrələrə sızıb. Böyük məbləğlərin ölkədən çıxarılması zamanı yol verilən yeyintilər haqda məlumatlar kənara çıxıb. Fazil Məmmədov hələ 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində Vergilər Nazirliyində əcinnələri müəyyən etmək üçün o dövrdə vəzifədə olan Eldar Mahmudova üz tutmuşdu. Həmin vaxt Eldar Mahmudovun xəfiyyələri Vergilər Nazirliyində çalışan hər kəsi nəzarətə götürmüş, bütün şübhələr nazirlikdə çalışan Fazil Məmmədovun qohumlarının üzərində cəmlənmişdi. Həmin günlərdən birində xəbər yayılmışdı ki, Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi Samir Qurbanov işdən çıxarılıb. Bundan qəzəblənən Samir Qurbanov nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutmuşdu. Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, "ATA-Holdinq"in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. O dövrdə belə xəbər də vardı ki, Samir Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” də (qeyri-rəsmi maaş) alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. Bu hadisədə gizlində qalan bir ad-soyad da vardı - Rafael Qurbanov! Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş. Fazil Məmmədov hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər...

Fazil Məmmədovun Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə etdiyi də bildirilir. Qeyd olunur ki, Samir Qurbanov Vergilər Nazirliyində “qoçuluq” edəndən sonra Fazil Məmmədov onu həbsə aldırılıb. Amma onu çox da həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı, əmisi Fazil Məmmədovu və Binəqədinin İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atdı, Samir Qurbanovu həbsə yollayan Fazil Məmmədov özü onu oradan xilas etdi. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun.

Hazırda Fazil Məmmədovun qubernatorluğuna daxil olan rayonlarda - Şəmkir, Gədəbəy, Binəqədi, Yardımlıda icra hakimiyyəti başçıları da çıxılmaz durumdadır. Fazil Məmmədovun qəfil işdən çıxarılması ona arxalanıb qanunsuzluqlara qol qoyan icra başçılarının durumunu kəskin şəkildə ağırlaşdırıb. Bu gün bu rayonlardan istənilən birinə prokurorluğun yoxlama qrupu göndərilsə, çoxsaylı qanunsuzluqların müyyən olunacağı şübhəsizdir. Gədəbəydən aldığımız son məlumatlara görə, icra başçısı Ramiz Yediyarov qeyri-müəyyənlikdən istifadə edərək idarə və təşkilatlardan pul yığdırır. Başçı pulun hansı məqsəd üçün yığıldığını demir, tələsik şəkildə pul yığımı ilə bağlı tapşırığının icra olunmasını istəyir. Bu tələskənliyin nə ilə əlaqəli olmasını isə bilən yoxdur. Belə xəbərlər var ki, R.Yediyarov patronu Fazil Məmmədiov kimi qəfildən işdən çıxarılacağını ehtimal etdiyindən tələskənliyə düşüb. Bu həm də onu göstərir ki, Fazil Məmmədovun kadrları olan icra başçıları çamadan ab-havasındadırlar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədov icra başçısından imtina etdi

    Fazil Məmmədov icra başçısından imtina etdi ...

    29-10-2013, 10:51

  • 
  • Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası

    Sabiq vergi nazirinin işdən çıxarılması ilə bağlı ...

    12-12-2017, 12:15

  • 
  • Fazil Məmmədov da futbol bossu olacaq

    Fazil Məmmədov da futbol bossu olacaq ...

    2-12-2013, 17:04

  • 
  • Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik alıb?

    Fazil Məmmədovun yaxınları Almaniyada 2 fabrik ...

    25-07-2013, 12:33

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu