Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində 58 istehsal sahəsi mövcuddur.
Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərin sualının cavabında bildirib.
Nzirin sözlərinə görə, nazirliyin zavodlarının sayı 18-dən 28-ə çatdırılıb. 2007-ci illə 2017-ci ili müqayisə etdikdə ümumi məhsul həcmi 6,7 dəfə artıb. Müdafiə təyinatlı məhsullar isə 42 dəfə çoxalıb.
O qeyd edib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Müdafiə Nazirliyinə və digər qurumlara verilən müdafiə təyinatlı məhsulların həcmi 7,1 faiz artıb.
Nazir bildirib ki, keçən il ixrac olunan məhsullar kooperasiya ilə birlikdə əvvəlki illərə nisbətən 2,7 dəfə artıb, bu gün Azərbaycan 10-dan çox ölkəyə öz məhsullarını ixrac edir.
“Bu ilin iyun ayında Silahlı Qüvvələr Günü ərəfəsində Şirvan şəhərində 2 zavodun açılışı olacaq”, nazir deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?