GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yunusların və “azərbaycanlı” separatçıların Rusiyadan təlimat aldıqlarına dair şok iddia

Yunusların və “azərbaycanlı” separatçıların Rusiyadan təlimat aldıqlarına dair şok iddia

Tarix: 18-12-2017, 23:19 Bölmə :Cəmiyyət Baxış: 410
Yunusların və “azərbaycanlı” separatçıların Rusiyadan təlimat aldıqlarına dair şok iddia



Azərbaycana qarşı məkrli planlar icra edən “sapı özümüzdən olan baltalar” Rusiya “KQB”sinin kadrı olan Qannuşkina ilə Hollandiyada toplantı keçiriblər; ölkəmizə qarşı Avropadan təşkilatlananların Kremldən idarə olunmasına dair məlumatlar var...

Azərbaycana qarşı separatçılıqla məşğul olan “siyasi qaçaq” Ataxan Əbilov dekabrın 17-də facebook səhifəsində özünü və Avropadakı digər separatçıların Kremldən təlimatlandırıldığını ifşa edən şəkil paylaşıb. Fotodan görünür ki, A.Əbilov, Leyla və Arif Yunuslar, həmçinin separatçılığa görə məhkum olunmuş və həbsxanada ölmüş, təxribatçı Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru olmuş Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova rus hüquq müdafiəçisi (?), sovet KQB məktəbinin yetişdirməsi Svetlana Qannuşkina ilə Hollandiyada görüşüb müzakirələr aparıblar. Müzakirələrin detalları haqda təbii ki, açıqlama verməyiblər. Amma bu fotoşəkilin özü bütün detalları açıb ortaya qoyur.

Məsələ ondadır ki, Svetlana Qannuşkina Kremlin Avropadakı dayaqlarının, təxribatçı sosialist qruplaşmalarının təlimatçılarından biridir və zaman-zaman Azərbaycan dövlətinə qarşı yön almış proseslərdə adı hallanıb. A.Əbilov, Leyla və Arif Yunuslar isə var gücləri ilə Azərbaycana qarşı “vuruşan” şəxslərdir. Separatçı “Talış Muğan Respublikasının” rəhbəri Əlikram Hümmətovun müavini olmuş, habelə Rusiyanın və İran xüsusi xidmət orqanlarının ikili agenti olduğu iddia edilən Ataxan Əbilov Hollandiyada açıq şəkildə separatçılıqla məşğuldur. Ötən il Azərbaycandan Ermənistana qaçan Şahin Mirzəyevin düşmən ölkəyə sığınması üçün danışıqları da Avropa üzərindən Ataxan Əbilov aparmış və faktiki olaraq onu “verbovka” edib Ermənistana göndərməyə müvəffəq olmuşdu.

Leyla və Arif Yunuslar da faktiki olaraq Azərbaycana qarşı olan ən qorxunc planlarda həvəslə iştirak edirlər.

L.Yunus Avropa institutları ilə əlaqəli görünsə də, faktiki olaraq onun hələ 90-cı illərin əvvəllərindən - Müdafiə Nazirliyində işlədiyi vaxtlardan Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqları olmasına dair iddialar var.

Son vaxtlar Hollandiyada bir araya gələrək Azərbaycana qarşı təxribatlarla məşğul olan “azərbaycanlılar”dan ibarət qruplaşmanın Svetlana Qannuşkinanın maraq dairənə düşməsi heç də təsadüfi deyil.

Qeyd edək ki, Leyla Yunusla Qannuşkina ilə çoxdan rəfiqədirlər. Qannuşkina hüquq müdafiəçisi donuna girsə də, daha çox Rusiyanın müxtəlif Avropa təsisatlarında ələ aldığı funksionerləri təlimatlandıran çekistlərdən biridir.

Burada bir haşiyə çıxaq: Hər dəfə Azərbaycanın Avropa institutları ilə yaxınlaşması müşahidə olunanda, müəyyən bir razılaşma, protokol imzalanmasına doğru addımlar atılanda Avropa Şurasında, Avropa Parlamentində ölkəmizə qarşı bir qanun layihəsi ortaya atılır və qalmaqal yaranır, münasibətlər gərginləşdirilir. Bu, əlbəttə ki, təsadüfi deyil və ifşa olunub ki, Avropada Azərbaycana qarşı olan qüvvələr məhz Kremldən idarə olunan solçu qüvvələrdir. Onların ifşasına dair xeyli öncələr “Yeni Müsavat”da “Avropadan Azərbaycana edilən təzyiqlərdə rus barmağı”, “Azərbaycana qarşı Avropa və Asiya üzərindən solçu hücumu” sərlövhəli yazılar dərc olunub. Həmin materiallarla aşağıdakı linklərdə tanış ola bilərsiniz - (http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html http://musavat.com/ru/author-news/avropadan-azerbaycana-edilen-tezyiqlerde-rus-barmagi_395280.html, http://musavat.com/news/azerbaycana-qarsi-avropa-ve-asiya-uzerinden-solcu-hucumu_439804.html)...

Kreml birmənalı şəkildə Azərbaycanın Avropa ilə yaxınlaşmasına qarşıdır. Rusiya Azərbaycanla Avropa arasında nifaq salmaq, gərgnliklər yaratmaq üçün hər zaman öz solçu agentlərindən istifadə edib. Faktiki olaraq Avropa Şurası, Avroparlamentdə ölkəmizə qarşı layihələr hazırlayanlar, müzakirəyə verənlər də onlardır. Məqsəd münasibətləri davamlı şəkildə korlamaqdır.

İndi də Avropa Birliyi ilə Azərbaycanın arasında böyük əməkdaşlıq saziş imzalanması üçün danışıqlar gedir. Belə bir dönəmdə bəlli qüvvələr həm siyasi məhbus məsələsini xüsusi qabardır, habelə Avropadakı separatçıların əli ilə ölkəmizə qarşı növbəti təxribatlar düşünürlər. Nəzərə alsaq ki, 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir, onda Kremlin agentlərinin daha çox əl-ayağa düşməsinin səbəbləri bir az da aydınlaşmış olur.

Ekspertlər hesab edirlər ki, Yunuslar və separatçı Əbilovla Qannuşkinanın görüşündən sonra ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti və daha böyük təxribatları gözləniləndir. Ehtimal olunur ki, ilk növbədə bu təxribatçı qrup Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı növbəti dəfə beynəlxalq qurumlara müraciətlər etməyə hazırlaşır. Çünki belə bir həssas dönəmdə - Avropa Şurası ilə gərginlik mühitində bu müraciət “effekt” verə bilər.

Bütün hallarda Azərbaycanın aidiyyəti qurumları və diaspor təşkilatları bu məsələni diqqətə almalı, önləyici tədbirlər görməlidir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kremldən Ərdoğana xəbərdarlıq: "Qarışıqlıq yaradırsınız"

    Kremldən Ərdoğana xəbərdarlıq: "Qarışıqlıq ...

    21-07-2014, 12:51

  • 
  • Leyla və Arif Yunuslar Avropada milyonçu oldular

    Leyla və Arif Yunuslar Avropada milyonçu oldular ...

    28-07-2017, 14:16

  • 
  • “Sapı özümüzdən olan baltalar”

    “Sapı özümüzdən olan baltalar” ...

    25-03-2013, 19:47

  • 
  • Azərbaycanlı separatçıların basdırdığı minaya düşdü

    Azərbaycanlı separatçıların basdırdığı minaya ...

    24-08-2017, 14:38

  • 
  • HOLLANDİYADA türklərə qarşı POLİS VƏHŞİLİYİ!

    HOLLANDİYADA türklərə qarşı POLİS VƏHŞİLİYİ! ...

    12-03-2017, 18:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (400)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu