Müxalifət fəalı, Çexiyada yaşayan siyasi mühacir Zamiq Məmmədli Rusiya aktivisti Aleksey Navalnı ilə müqayisə edilə bilər. Amma Navalnıdan fərqli olaraq Məmmədli hökumətdəki yox, belə demək mümkünsə, "hüquq müdafiəsi müxalifətindəki" oliqarxları ifşa edir.
Məlum olub ki, Azərbaycanı tərk etmiş və yayılan məlumatlara əsasən, onlarla bank kartına malik olan, "hüquq müdafiəçisi" adlandırılan ailə cütlüyü - Leyla və Arif Yunuslar Avropada özlərinə çox yaxşı güzəran qurublar.
Z.Məmmədli bildirib ki, onlar artıq Amsterdamda, Antalyada və Praqada istirahət etməyə vaxt tapıblar. Hətta Praqada Bechlinska 705/4, Praha 9 ünvanında iki mənzil almağı da bacarıblar.
Z.Məmmədli özü Praqada 12 ildir yaşayır, ancaq kirayə tutduğu mənzildə. "Təhdid olunan" hüquq müdafiəçiləri isə "qəfildən" orada özləri üçün ev əldə ediblər, özü də birini yox...
Yeri gəlmişkən, bundan əvvəl Z.Məmmədli digər fəal Emin Millini Azərbaycanın milli maraqlarına xəyanətdə ittiham etmişdi. Bu, "Meydan TV"nin rəhbəri Emin Millinin Avropa Parlamentində erməni yönümlü deputatlarla birlikdə çıxış edəndə olmuşdu.../virtualaz/org
Sorğu
Yeni dizaynımız necədir?