Qobustan həbsxanasında cəza çəkən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun haqqında yeni cinayət işi başlanıb.
T.Bağırova Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması ) maddəsi ilə ittiham verilib.
Məlumata görə, Taleh Bağırovun üzərindən kəsici-deşici əşya tapılıb.
Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?