GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

Tarix: 8-01-2018, 11:34 Bölmə :Cəmiyyət Baxış: 367
İki dost arasında sıxılan Azərbaycan - çətin seçim


Bakının balans siyasəti üçün qəfil təhdidlər; 2018-lə bağlı ilginc iddia; türkiyəli ekspert: “Bakının İsraillə yaxınlaşmağa davam etməsi iki qardaş ölkənin münasibətlərinə problem yarada bilər”; yanvarın 19-da ABŞ-ın açıqlayacağı hərbi strategiyanın Azərbaycana da dəxli var, çünki...

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, ağır Qarabağ yükü olan Azərbaycan üçün 2018-ci ilin daha məsuliyyətli və ziddiyyətli bir il olacağı gözlənilir. Daxil olduğumuz ildə dost-müttəfiqlər və rəqiblər təzədən səf-nəzər ediləcək. “Yeni Müsavat”a görə, Bakı geosiyasi mahiyyət daşıyan bəzi sınaqlarla da üzləşə bilər. Bu isə böyük ölçüdə Rusiya-ABŞ, Türkiyə-ABŞ, Türkiyə-Rusiya və ABŞ-İran münasibətlərinin xarakterindən qaynaqlanacaq.

Azərbaycanın İsraillə münasibətlərinin də növbəti çətin testlə üzləşəcəyi istisna edilmir - ilk növbədə də qardaş Türkiyənin yəhudi dövləti ilə davam edən qeyri-müəyyən münasibətləri fonunda. Siyasi analitiklərin bu yöndə fikir və proqnozları maraq doğurmaqla yanaşı, bəzi mühüm gözləntilərə yol açır.

*****

“Azərbaycanın İsraillə inkişaf edən əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir ilginc iddia ilə türkiyəli tanınmış politoloq, “Ankara-Moskva” analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer rusdilli Vesti.az saytına açıqlamasında 2017-ci ilin yekunları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildə həyata keçirdiyi klassik balans siyasətini 2018-ci ildə də davam etdirəcək. “Rəsmi Bakı öz əlaqələrini Rusiya və ABŞ-la balanslaşdırmağa çalışır. Bu, izah edilən və məntiqli bir strategiyadır. Lakin Azərbaycanın İsraillə əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər” - ekspert bildirib.

Türkiyəli politoloq hesab edir ki, prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi və ABŞ səfərliyini Qüdsə köçürmək barədə sərəncamı Türkiyə-ABŞ münasibətlərinə zərbə vuran qərar olub. “ABŞ prezidentinin bəyanatı Türkiyə-ABŞ münasibətlərindəki çatı dərinləşdirdi. Məlumdur ki, Ankara BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu da bütün ölkələrə öz mövqeyini nümayiş etdirmək imkanı yaradıb. Çox mühümdür ki, Azərbaycan məsələdə aydın və dəqiq mövqe tutdu”, - deyə o qeyd edib.

Analitikin qənaətincə, ötən il regional aktyorlar kimi, Azərbaycan, Türkiyə və Rusiya nümayiş etdirdilər ki, təşəbbüs göstərməklə regiondakı problemləri həll edə bilərlər. “Mövcud rəylərə rəğmən, Türkiyə bu xüsusda Avrasiya Birliyinə inteqrasiya eləməməklə və Avropaya daha yaxın olmaq səylərindən uzaqlaşmamaqla istədiyi nəticələrə nail ola bildi. Regional əməkdaşlığa üstünlük - Ankaranın yeni strategiyasının əsasında dayanır. Bu mənada 2017 gerçəkdən də dəyişikliklərin başlanğıcı sayıla bilər”.

*****

Azərbaycanın İsraillə dinamik münasibətlərinin nə vaxtsa Azərbaycan-Türkiyə qardaşlığına problem yarada biləcəyi fikri ilginc olduğu qədər diqqət çəkməyə bilməz. Belə çıxır ki, rəsmi Bakının bir seçimi də məhz strateji tərəfdaş ölkə olan İsraillə qardaş Türkiyə arasında olacaq?

Suala cavab tapmazdan öncə vurğulayaq ki, əslində Azərbaycan hazırda münasibətləri gərgin olan İsraillə Türkiyə arasında “bufer” rolu oynaya, hətta vasitəçi qismində çıxış edə bilər. Necə ki, məlum təyyarə insidenti üzündən Rusiya-Türkiyə münasibətləri böhrana girəndə Bakı bu missiyanı uğurla yerinə yetirmişdi. Eyni uğurla o, lazım gələrsə, qardaş ölkə ilə İsrailin də “arasına” girə bilər. Yəni Bakı-Təl-Əviv əlaqələrinin isti qalması strateji olaraq, Ankaranın da maraqlarına uyğun görünür.

Başqa yandan, rəsmi Ankara yaxşı bilir ki, İsraillə əməkdaşlığımız öncəliklə Qarabağ konfliktinə görədir. Bununla biz həm silahlı qüvvələrimizi müasir silah-sursatlar və hərbi texnologiyalar hesabına daha da modernləşdiririk, həm də nüfuzlu beynəlxalq yəhudi lobbisinin imkanlarına çıxış əldə eləməklə konfliktin ədalətli həlli üçün əlverişli beynəlxalq rəyin hazırlanmasına çalışırıq. Bu gün Azərbaycanın hətta Rusiya üçün əlçatmaz olan yüksək dəqiqlikli PUA-lara (pilotsuz usan aparatlar) sahib olması ən əvvəl İsrailin hesabınadır. “Dəmir günbəz” müasir raketdən müdafiə sisteminin yaratdığı üstünlük də öz yerində.

İnsafən, İsrail tərəfi də Azərbaycanla əlaqələrə böyük dəyər verir və Ermənistanı “bort arxasında” saxlamaqda davam edir. Məsələn, Qüdslə bağlı Trampın qərarından sonra İsrail-Türkiyə münasibətləri təzədən gərginləşəndə İsrailin müdafiə naziri Avidqor Liberman öncə Ankara əleyhinə açıqlama verərək dedi ki, İsrail öz qazını Türkiyə ərazisindən Avropaya daşınmasına razılıq verməməlidir, çünki onun fikrincə, o halda qazın “açarı” Ərdoğanın əlində olacaq. Lakin ardınca bildirdi ki, uydurma erməni soyqırımının İsrail Knessetində (parlament - red.) tanınması həm də Azərbaycanla isti əlaqələr səbəbindən mümkün deyil.

*****

Başqa sözlə desək, bu gün Bakı-Təl-Əviv əlaqələri eyni zamanda ən böyük erməni yalanının rəsmiləşməsini əngəlləməklə Türkiyənin də maraqlarına xidmət edir. Lakin çox şey yəhudi dövlətinin özündən, onun yaxın və orta perspektivdə yürüdəcəyi xarici siyasət kursundan asılı olacaq. Söhbət həm də Türkiyəyə qarşı Qərbin bəzi çevrələrində hazırlanan məkrlin planlarda iştirakdan gedir. Belə planlarda İsrailin yer alması həqiqətən də Bakını qardaş ölkə qarşısında rahatsız duruma sala bilər. Bəzi iddialara görə, Türkiyəyə, Ərdoğan iqtidarına qarşı ABŞ-ın belə planları hər halda mümkündür.

Yeri gəlmişkən, yanvarın 19-da ABŞ-ın yeni Hərbi Strategiyası açıqlanacaq. “Yeni Müsavat” bildirir ki, bu haqda Pentaqon başçısı Ceyms Mettis bildirib. Onun sözlərinə görə, ictimaiyyət sənədin yalnız özəti ilə tanış olacaq. Yada salaq ki, ötən ilin sonunda ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlamışdı. Həmin sənəddə Birləşmiş Ştatlara əsas təhlükə kimi Rusiya, İran və Şimali Koreya göstərilir. Ötən həftə sonu isə ABŞ-ın dövlət katibi Reks Tillerson İranla nüvə anlaşmasının ləğv ediləcəyinin, demək, Tehranla münasibətlərin bir qədər də kəskinləşəcəyinin anonsunu verib.

Şübhə yox ki, ABŞ-ın Hərbi Strategiyasında da Milli Təhlükəsizlik Strategiyasındakı kimi İran və Rusiya ön hədəflər sırasında olacaq. Bu iki dövlət isə bizim üç böyük qonşumuzdan ikisi, üstəgəl, ortaq iqtisadi layihələr (“Şimal-Cənub” dəhlizi) içində olduğumuz tərəfdaş ölkələrdir. Üçüncü böyük qonşumuz - qardaş Türkiyəyə qarşı iddia edilən planlar, habelə İsrail-İran və İsrail-Türkiyə münasibətlərinin qəliz xarakteri nəzərə alınarsa, 2018-in Azərbaycan üçün sınaqlar və seçim ili olacağı ilə bağlı qənaət daha inandırıcı görünər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının böyük müttəfiqi və böyük qonşusu hədəfdə - kritik il

    Bakının böyük müttəfiqi və böyük qonşusu hədəfdə ...

    5-01-2018, 11:47

  • 
  • Təcili: Türkiyə ABŞ təyyarələrini İncirlik hərbi bazasından çıxarır - Rəsmi açıqlama

    Təcili: Türkiyə ABŞ təyyarələrini İncirlik hərbi ...

    19-02-2016, 16:00

  • 
  • “Soyuq müharibə” qapıda: “Azərbaycanın bircə yolu qalır, o da...”

    “Soyuq müharibə” qapıda: “Azərbaycanın bircə yolu ...

    25-12-2017, 10:27

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT

    ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT ...

    6-01-2018, 11:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu