GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sərkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı

Sərkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı

Tarix: 12-01-2018, 11:53 Bölmə :Cəmiyyət Baxış: 312
Sərkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı


2018 işğalçı ölkəyə bahalaşma dalğası ilə gəldi; Prezident təcili müşavirə çağırdı; Ermənistan kritik həftəyə girir – bahalaşma əleyhinə aksiyalar başlayır; rusiyalı analitiklər: “Ölkənin iqtisadi problemlərinin 90%-i blokada ilə bağlıdır...”

2018-ci il başlar-başlamaz, Ermənistanda gündəlik tələbat mallarının qiyməti artmağa başlayıb. “Yeni Müsavat”ın hələ ötən il sonu anons elədiyi kimi, bahalaşma dalğası əksər zəruri ərzaq mallarını əhatə edib. Həmçinin benzinin qiymətində tezliklə artım gözlənilir. Bu isə hakim rejimdən onsuz da güclü olan ictimai narazılığı bir qədər də artıra bilər.

Prezident Serj Sərkisyan isə məlum olduğu kimi, aprel ayında parlamentli üsul-idarəyə keçərək Ermənistanda prezidentlikdən baş nazirliyə “sıçrayış” etməklə öz siyasi hakimiyyətinin ömrünü uzatmağı hədəfləyib. Aydın məsələdir ki, aprelə qədər ölkədə sosial-iqtisadi durum ağırlaşmaqda davam edərsə, bu, ilk növbədə Sərkisyanın yeni hakimiyyət planlarına ciddi zərbə olacaq.

*****

Təsadüfi deyil ki, yanvarın 10-da Serj Sərkisyan məhz qiymət artımı və bahalaşma ilə bağlı hökumətin təcili toplantısını keçirib. “Yeri Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, maraqlısı həm də odur ki, müşavirə baş nazir Karen Karapetyansız keçirilib - sonuncu hazırda məzuniyyətdədir.

Bununla bağlı erməni şərhçilərindən Aram Amatuni 1 in.am portalında yazıb: “Şübhəsiz ki, qiymət artımı mövzusu təcili xarakter daşıyır, ancaq buna da şübhə yox ki, əgər Serj Sərkisyan müşavirəni cəmi 2-3 gün sonra keçirsəydi, Karapetyan məzuniyyətdən qayıdar, elə bir böyük dəyişiklik də baş verməzdi. Nədən ki, çətin ki, müşavirədən sonra qiymətlər enməyə başlasın”.

Yəqin ki, bununla Sərkisyan apreldəki əsas rəqiblərindən olan indiki baş naziri bir növ qabaqlamaq, özü haqda cəmiyyətdə guya xalqın dərdinə daha çox yanan imici yaratmaq istəyib. Onu da qeyd edək ki, parlamentdəki müxalifyönlü “Yelk” bloku yanvarın 19-a bahalaşma əleyhinə aksiyalar təyin edib. Bəzi müşahidəçilərə görə, Sərkisyanı təcili şəkildə hökuməti toplamağa bu amil də vadar edə bilərdi.

*****

Bu arada xarici borcları da artan və illik büdcəsini xeyli üstələyən (yanvarın 1-nə 5.1 milyard dollar təşkil edib) Ermənistana üçün bu ildə Dağlıq Qarabağ probleminin həllində ciddi dönüşün olmaması yeni kataklizmlər vəd edir - ilk növbədə də ölkə əhalisinin güzəranında bunun özünü qabarıq şəkildə göstərəcəyi şübhə doğurmur.

“Dağlıq Qarabağ münaqişəsi əvvəlki illər kimi, Ermənistan iqtisadiyyatına neqativ təsir göstərməkdə davam edir. Çünki Ermənistanın öz geo-iqtisadi şərtləri imkan vermir ki, qonşularla əməkdaşlıq olmadan effektli şəkildə inkişaf eləsin”. “Yeni Müsavat” “Vestnik Kavkaza” nəşrinə istinadən xəbər verir ki, tanınmış rusiyalı analitiklər işğalçı ölkədə iqtisadi geriliyin və əhalinin olduqca aşağı həyat səviyyəsinin səbəblərindən danışarkən ən əvvəl bu qənaətə gəliblər. Onların bu xüsusda bəzi fikirlərini təqdim edirik.

Sergey Markov (Moskvadakı Siyasi Tədqiqatla İnstitutunun direktoru): “Fikrimcə, Ermənistanın iqtisadi problemlərində həll edilməmiş Dağlıq Qarabağ ixtilafının həlledici rolu var. Bu konflikt olmasaydı, respublika iki tərəfdən blokadada olmazdı. Blokadasız şəraitdə isə əlbəttə ki, Ermənistan qat-qat yaxşı inkişaf edərdi. Ona görə də Rusiyanın təklif elədiyi ”Kazan formulu" optimaldır, çünki Dağlıq Qarabağ ətrafında onsuz da boş qalan rayonların boşaldılması qarşılığında Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutur. Bu, öz iqtisadiyyatını ayağa qaldırmaq üçün Ermənistana əla şans olardı. Blokada şəraitində bəzi ölkələrin müəyyən iqtisadi uğurlar əldə eləməsi faktları var. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan balaca ölkədir və onun iqtisadi potensialı kiçikdir. Ermənistanın iqtisadi problemlərinin 90%-i məhz blokada ilə əlaqədardır".

Aleksey Fenenko (Lomonosov adına MDU-nun Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti): “Əvvəla, Ermənistanın coğrafi vəziyyəti əlverişli deyil: onun nəqliyyat marşrutu olacaq nə okeanlara, nə də nəqliyyat hansısa iri çaya çıxışı yoxdur. Ermənistan dünya ticarət yollarından kənarda yerləşir. Bundan əlavə, ölkə xarici bazara elə bir qiymətli məhsul təklif edə bilmir: Ermənistan ətrafında kənd təsərrüfatı malları bazarı çoxdan tutulub, bahalı daşlar və nadir mineralların ixracı isə lüks sinfinin məhdud seqmentini təşkil edir. Ermənistanın rəqabət qabiliyyətli başqa malları isə yoxdur. Bu situasiyanı üstəlik, sərhədlərin qapalı olması və blokada rejimi daha da ağırlaşdırır. Xüsusən də Türkiyə tərəfdən blokada çox ağırdır. Ermənistan hazırda pat vəziyyətindədir. İqtisadi problemlərin həlli tələb edir ki, İrəvan Dağlıq Qarabağ probleminin nizamlanmasında siyasi iradə göstərsin”.

*****

Bu kimi şərhlərin sayını artırmaq da olar. Ancaq bizcə, kifayətdir. Qalır indi tanınmış analitiklərin yuxarıdakı obyektiv dəyərləndirmələr və xəbərdarlıqların rəsmi İrəvan tərəfindən ciddiyə alınması. Alınacaqmı, yoxsa xalqa “miatsum” nağılları danışmağa davam ediləcək?

Söyləmək çətindir. Bir şey dəqiqidir ki, işğalçı ölkənin və onun iqtisadiyyatının taleyi indi müstəsna olaraq, ermənilərin öz seçimindən aşlıdır. Məhz erməni xalqı nəhayət ki, ağır dolanışıq və bahalaşma dalğasından qurtulmaq üçün hakimiyyətə yeganə doğru və məqbul yolu göstərə, onu həmin yolla getməyə vadar edə bilər. Hansı yol ki, yuxarıda artıq göstərildi./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib

    Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya ...

    9-01-2018, 16:20

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Sərkisyan “Qarabağ klanı”nı gücləndirir – aprel xofu

    Sərkisyan “Qarabağ klanı”nı gücləndirir – aprel ...

    10-12-2017, 14:16

  • 
  • Ermənistanda bahalaşma və vergi əleyhnə etirazlar başlayır

    Ermənistanda bahalaşma və vergi əleyhnə etirazlar ...

    12-01-2018, 11:15

  • 
  • Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

    Ermənistanda yeni konstitusiya dəyişikliklərinin ...

    23-10-2013, 10:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu