Yeni ilin ilk günləri dəhşətli intiharlarla müşahidə olunub; Psixoloqların fikrincəisə, yanvar həmişə depressiv və sıxıntılı ay olur...
Ona görə də nisbətən iradəsi zəif, daxili dünyasında sıxıntıları olan insanlar hisslərinə qapılırlar.
Bu da nəticədə intiharlara gətirib çıxarır. Ötən il də intiharlar ilk aylarda kütləvi xarakter almışdı.
Əvvəlcə, Ağdam rayonunda 66 yaşlı kişinin intiharının təfərrüatı məlum olub. Quzanlı qəsəbə kənd sakinləri bildiriblər ki, ölən Cəbiyev Hikmət Araz oğlu Ağdam rayon Əliağa kənd Mədəniyyət Evinin direktorudur:
“Hadisə dünən gecə olub. Gözəl ailə başçısı idi. Səhhətində heç bir problem olmayıb. Əgər onun səhhətində hər hansı problem olsaydı, vəzifədə işləyə bilməzdi. Əlinin altında kifayət qədər işçisi olub. Onun belə bir addım atması hamını şoka salıb”.
Qeyd edək ki, Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb.
Özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla da bağlı bəzi detallar məlum olub.
Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib.
İntihar etdiyi gün səhər saat 10:13-də bu məzmunda status yazıb: “Sabahınız xeyir, gözəl insanlar. Nə gözəl gündür belə”.
Dostları isə bundan sonra hər şeyin qaydasında getdiyinə arxayın olublar, M.Cahan 16:45-də özünü dənizə ataraq intihar edib.
Yanvarın 6-sı saat 12:58-də intiharına “52 saat 2 dəqiqə” qaldığını, yanvarın 8-i saat 15:59-da isə “1 saat 1 dəqiqə” qaldığını öz hesabında yazaraq paylaşıb.
Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb.
Metroda da intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar “Ulduz” stansiyasına daxil olarkən gənc oğlan özünü qatarın altına atıb.
Hələ ki, intiharının səbəbi bilinməyən gənc hər zaman sosial aktivliyi ilə seçilib. Bir neçə xarici dil bilən Rəşad "Glamour Center MMC" tur şirkətinin direktorudur. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib.
Sosial şəbəkələrdə də aktiv olan gənc yeni ildə pozitiv paylaşımlar edib və “həyat gözəldir” deyə çağırış edib.
Bundan başqa, bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.
Məlik Cahangirovu 4 ildir tanıyan, universitet yoldaşı Günay Vəliyeva bildirib ki, onun intihar edəcəyini gözləmirdilər:
“Məliklə eyni universitetdə oxuyurduq. Onu eyni universitetdə oxuduğumuza görə yox, intellektual oyunlarda 4 ildə rəqabət apardığımıza və eyni komandada oynadığımıza görə yaxından tanımışam. Məlik yaxın dost, əziz insan idi. Əslində keçən il universiteti bitirməli idi. Sadəcə kəsri var idi və indi kəsrini ödəyirdi. Əgər Məlikin intihar edəcəyini hiss etsəydik, çoxdan bunun qarşısını alardıq. Çünki ətrafında ona hörmət edən insanlar çox idi. Sadəcə Məlik son 7-8 aydır, sosial şəbəkədə pessimist paylaşımlar edirdi. Zənn edirdik ki, sonuncu paylaşımı da adi bir paylaşımdı. Son yazdığı statusa rəy yazmadığıma görə hələ də peşmanam”.
Hər kəs öz həyatı ilə müxtəlif cür hesablaşır və ona istədiyi şəkildə son verir. Adətən ölüm insanın qapısını gözlənilmədən döyür.
Amma bəzən öz ölümünə "fətva" verənlər də tapılır. Son 5-6 ildən artıqdır ki, qulağımız intihar sözlərini eşitməyə bir növ adət edib.
Ona görə də əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Amma çox zaman biz bu intiharların nə səbəbdən baş verdiyini bilmirik.
Əksər insanlar düşünürlər ki, sosial problemlər, qayğılar və bu qayğılardan doğan stress halları sonucda intihara səbəb olur.
Məsələn, hansısa bir verilişdə, hansısa bir müğənninin var-dövlətini göstərirlər. Sosial problemlər məngənəsində olan, borcu olan, onu verə bilməyən də həmin verilişə baxır. O anda psixoloji əsəb sarsıntısı keçirir və s.
Bütün bunlar psixikaya təsir göstərir ki, sonucda da xoşagəlməz hallarla qarşılaşırıq. İntihar halları hər bir yaş dövründə olur.
Amma bunlar arasında hər hansı xəstəlik ucbatından baş verənlər ümumi intiharların içərisində 10-15 faiz təşkil edir.
Qalan intiharlar hansısa psixoloji sarsıntı və ya təzyiqə tab gətirməyən insanın dözümsüzlüyü, həyatını dəyişmək fikrinə düşməsi nəticəsində baş verir.
Adətən bir hadisə intihara səbəb olmur. İntihara səbəb uzun müddət ərzində gerçəkləşən bir neçə amil təsir edir. Hansısa böyük bir hadisə isə kulminasiya nöqtəsi olur.
İntiharı depressiyanın zirvəsi kimi də qiymətləndirmək olar. Uzun müddət tənhalığa, ümidsizliyə qapılan və ümidini nəyəsə bağlayan insanın gözləntiləri reallaşmadıqda, son çıxış yolu kimi intihara əl atır.
Belə hallara yeniyetmə və gənclər arasında daha çox rast gəlinir. Onlar risk qrupuna aid edilirlər. Amma orta yaşlılar da problemlərdən yana intihara meyllidirlər.
Həmin yaşda olan insanlar adətən maksimalist olduqlarından, qarşılaşdıqları ilk uğursuzluq onlarda özləri barəsində mənfi rəy formalaşdırır.
Onlar bu zaman istək və arzularına çatmadıqlarını, heç nəyə qadir olmadıqlarını düşünür, elə hesab edirlər ki, həyat bununla qurtardı./palitika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?