gundemxeber.az bildirir ki,musavat.com Azərbaycanın sabiq spikeri, hazırda xəstəxanada müalicə alan İsa Qəmbərin müalicə həkimi ilə danışıb.
Tanınmış kardioloq Firdovsi İbrahimov müxbirimizə deyib ki, İsa Qəmbərin müalicəsi ümumi halda yaxşı gedir, səhhətində böhran yoxdur, pasiyentin səhhətinə həkimlər tərəfindən davamlı nəzarət var. Doktor İbrahimov bildirib ki, onun müalicəsi davam edəcək.
Musavat.com onu da bildirir ki, artıq İsa Qəmbəri dostlarının bir qismi ziyarət edib. Onların arasında sabiq baş nazir Pənah Hüseyn, sabiq millət vəkili Arzu Səmədbəyli, sabiq daxili işlər naziri İskəndər Həmidov, hüquq müdafiəçisi Novella Cəfəroğlu da var. Mərkəzi Klinik xəstəxananın gözləmə zalında isə İsa bəyin səhhəti ilə maraqlanan onlarla vətəndaş yığışıb.
İsa Qəmbəri ziyarət edən dostlarından biri kimi Pənah Hüseyn müxbirimizə bunları deyib: "Başqanı görənə qədər çox narahat idik. Şükürlər olsun ki, onu çox yaxşı gördük, yanında Arzu bəylə bərabər 1 saata yaxın olduq, ən az onun səhhətindən danışdıq. Başqan 1-2 günə, inşallah, çıxar".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?