GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər

20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər

Tarix: 17-01-2018, 16:02 Bölmə :Cəmiyyət Baxış: 380
20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər


Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə:

20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər


gundemxeber.az bildirir ki, Dünən “20 Yanvar” və “İranlı Mühacirlər Cəmiyyəti” ictimai birliklərinin üzvləri yanvar faciəsinə aid birgə tədbir keçiriblər. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən “dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar, alimlər və təhqiqatçılar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib və müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

“20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadənin məruzəsində minlərlə insanı paytaxtın baş meydanına, küçə və xiyabanlarına cəmlləşdirən hadisələrin xarakteristikası verilib. “Azadlıq uğrunda mübariz” fəxri adını daşıyan təşkilat rəhbəri Azərbaycanı XX əsrdə ikinci dövlət müstəqilliyinə qovuşduran yolda möhtəşəmliyi ilə fərqlənən bu tarixi hadisənin hərtərəfli şərhini verib. O, konkret faktlar gətirərkən sözlərini Ümummmili Liderimiz Heydər Əliyevdən sitatla əsaslandırıb: “Yenə deyirəm, o günün mənası həyatını qurban vermiş, yaxud yaralanmış adamların sayı ilə ölçülməməlidir. O günün böyük siyasi-mənəvi mənası var”.

Əzimzadənin məruzəsində həmçinin müqəddəs amal yolunda şəhid və əlil olan iranlı mühacirlər və onların ailə üzvlərinin barəsində misallar çəkilib, bu amilin əhəmiyyəti qeyd olunub.
İranlı Mühacirlər Cəmiyyətinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə onun fikirlərini davam etdirərək deyib ki, bu, təşkilatımızın mövcud olduğu 70 ildə Azərbaycan cəmiyyətinə inteqrasiyasının daha da dərinləşməsi yolunda başqa qurumlarla reallaşdırdığı ilk birgə tədbir olduğundan xüsusi əhəmiyyət yaşayır: O, ölkədə mühacirlərə göstərilən hərtərəfli bəşəri qayğılar barədə məlumat verib və bu insanların belə diqqəti hər zaman cavabsız qoymadığını bildirib: “Bizim də igidlərin məzarları Bakıda, şəhər və bölgələrin şəhidlər xiyabanlarında ziyarət edilir. Məhz bu baxımdan ilk birgə tədbirə “20 Yanvar” İctimai Birliyi ilə başlamağımız tamamilə məntiqidir”.

“20 Yanvar” Fondunun rəhbəri, şəhid övladı Maral Zamanova (Qocaman) Azərbaycan Respublikasının mövcudluğundan qürur duyduğunu dilə gətirib. Bu mənada şanlı tarixin incəliklərinə qədər nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O, həmin sahəyə təhsildə, maarifçilik işində xüsusilə yaradıcı şəkildə, məsuliyyətlə yanaşmağın əhəmiyyətindən bəhs edib.

Az.TV-nin əməkdaşı, İMC İdarə Heyətinin üzvü Həsən Cəbrayılov (Ahəngi) çıxışında 1990-cı il yanvarın 19-da ölkəmizin informasiya blokadasına alınması üçün təcavüzkar ordunun həyata keçirdiyi təxribatların mənzərəsini yaradıb. Qoruyucu şəbəkənin partladılması, jurnalistlərin həbsi, dinc əhaliyə tutulan divanlar barədə gördüklərini xatırlayıb. 20 Yanvar əlili Tofiq Allahverdiyev o vaxtlar 20 Yanvardan rəsmi dairələrdə, mətbuatda heç də olduğu kimi danışılmadığını, ölkənin sahibsiz qaldığını, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra kəsərli tədbirlərin həyata keçirildiyini bildirib. “Cənublu qardaşlarımızın da bizimlə çiyin-çiyinə dayanmalarından qürur duymuşuq”.

Tədbirdə ötən əsrdə baş verən və hərəsi bir-iki il İran daxilində milli hökumətlərin qurulması ilə nəticələnən Səttarxan, Şeyx Məhəmməd Xiyabani, həmçinin Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi “21 Azər” hərəkatlarında da xeyli insanın şəhid olduğu xatırlanıb. Həmin hadisələrin 20 Yanvar aspekti ilə təhlili zamanı bu insanların da birgə anılacağı Azərbaycan Şəhidləri Gününün təsisinin böyük mənəvi əhəmiyyət daşıyacağına diqqət çəkilib.

Bildirilib ki, “21 Azər”-in oldönümündə, 1946-cı il dekabrın 12-də 20 mindən çox mübariz güllələnib, yaxud dara çəkilib. Lakin dekabrın 12-si 72 ildir inqilabın qələbəsi günü kimi qeyd edilir. 20 Yanvar isə respublikamızın əbədi müstəqilliyinin təməlidir. Buna görə də Azərbaycan Şəhidləri Günü kimi təsis olunmağa daha çox məntiqi haqq edir.

Tədbirdə hər iki təşkilata həmin istiqamətdə müvafiq dövlət qurumlarına birgə müraciət etmələri tövsiyə olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "20 Yanvar" şəhidləri Təbrizdə anıldı

    "20 Yanvar" şəhidləri Təbrizdə anıldı ...

    20-01-2016, 11:34

  • 
  • Moskvada 20 Yanvar şəhidləri anılıb

    Moskvada 20 Yanvar şəhidləri anılıb ...

    20-01-2016, 21:17

  • 
  • Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

    Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii ...

    17-01-2014, 11:06

  • 
  • Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi anılmışdır

    Füzulidə 20 yanvar faciəsi qurbanları xatirəsi ...

    20-01-2014, 14:20

  • 
  • Azərbaycan xalqı  20 Yanvar şəhidlərini yad edir

    Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir ...

    20-01-2014, 13:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu