Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir.
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır.
Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər.
Fotoqraflar da bildirir ki, belə təkliflər alırlar və hər çəkiliş üçün qiymətlər fərqlidir.
Sosioloqlar isə bildirir ki, bu xarici ölkələrdə geniş yayılan adətlərdən təsirlənərək edilir. Bir çoxları bunu müasirlik hesab edir. Ancaq bu cür addımlar Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?