Bu günlərdə kulis.az portalına müsahibə verən deputat Hadı Rəcəbli yenə insanları günahkar çıxarmağa çalışıb; H.Rəcəblinin sözlərinə görə, bir az imkanı olan adama düşmən kimi baxırlar...
gundemxeber.az yazır ki, deputat imkanı olan şəxslər deyərkən məmurları nəzərdə tutub. Ancaq cəmiyyətin onlara neqativ münasibətinin gerçək tərəflərini etiraf etməyib.
Bunun detallarını incələməzdən əvvəl həmin müsahibədə deputatın bir fikrinə diqqət çəkirik: "Mən hər il Yessentukidə istirahət edirəm".
Məgər, bu sözdən sonra cəmiyyətin millət vəkilinə münasibəti necə olmalıdır? Yessentukidə 15 günlük istirahət 1000 manatdan yuxarıdır.
Və deputatların maaşının azlığından şikayətlənən H.Rəcəbli hər il kurort zonasında dincələ bilir. Sonra imkanlı adamlara düşmən kimi baxılmasından gileylənir.
Təbii ki, deputatın özünüifşası ilk dəfə deyil. Ümumiyyətlə, H.Rəcəbli həqiqəti çox nadir hallarda söyləyən deputatlardan biridir.
Onun çıxışları, ölkənin sosial-iqtisadi vəziyyəti barədə söyədikləri qatı açılmamış yalanlardan ibarətdir.
Sadəcə, cəmiyyət imkanlı adamlara yox, onun haqqını tapdayan, rüşvətlə, paketlə lüks həyat yaşayan məmurlara düşmən kimi baxır. H.Rəcəbli isə bəsirət gözlərini bağlayaraq bu həqiqəti ayırd eləmir.
Cəmiyyət tələb edir ki, onun sosial rifahı yüksəlməlidir, Avropada pensiyaçılar hər il kurorta gedirlər, bizimkilər də getməlidir, aztəminatlı ailələrin vəziyyəti yaxşılaşmalıdır, şəhid ailələri, əlillər, köçkünlər sosial təbəqələşməni hiss etməməlidirlər.
H.Rəcəbli isə deyir ki, hər il Yessentukiyə gedir. Axı kreditini ödəyə bilməyən, kommunal borcunu verə bilməyən, işıq puluna görə Ağsuda intihar edən minlərlə belə insan var?! Onlar məmurlara düşmən kimi yoxsa dost kimi baxmalıdır?
FİA.Az yazır ki, bu cür açıqlamalar verən Hadi Rəcəblinin ailə biznesini təqdim edirik:
- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
- Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
- Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
- Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası.
Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.
Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.
Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.
Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.
Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb?
Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb. Daha bir açıqlamasını bir müddət qabaq verib.
“Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?