Gün ərzində cərimələnib avtomobili müvəqqəti duracağa yerləşdirilən sürücülərin sayı onlarladır.
gundemxeber.az ARB 24-ə istinadla xəbər verir ki, Tovuz rayonunda keçirilən reyd zamanı bir çox sürücülərin qanundan yayınması faktı aşkar olunub.
Hətta elələri olur ki, yol verdikləri kobud qayda pozuntularına görə sürücülük hüququndan məhrum olunur. Amma nə faydası? Kənardan bu mənzərəni müşahidə edəndə adama elə gəlir ki, sanki sürücülər qayda pozmaq üçün bir-biri ilə yarışırlar.
Yol polisi "saxla" əmri verəndə isə vəziyyət dəyişir. Qayda-qanuna məhəl qoymayan həmin sürücüdən əsər-əlamət belə qalmır. Qanun qarşısında cavab verməyə söz tapmayan bu sürücülər dərsini öyrənməyən məktəbli kimi görünür. Bəzi sürücülər isə cərimələri niyə pozursunuz sualına isə belə sərt reaksiya verir:
Sürücü: "Qadan alım, get işinlə məşğul ol. Əsəblərim pozulub. Qaydaları yaxşı edib pozuram. Pozuram, cəriməni də ödəyəcəm. Get işində ol".
Ən pisi isə odur ki, bu məsuliyyətsizlik davamlı olur. Ümumiyyətlə, hər bir qayda pozuntusu real qəza deməkdir. Yoldaş sürücülər, sükan arxasına əyləşib mühərriki işə salmazdan öncə bir daha yaxşı-yaxşı fikirləşin və düzgün qərar verin ki, yollar hamı üçün təhlükəsiz olsun!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?