GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

Tarix: 7-03-2018, 12:44 Bölmə :Cəmiyyət Baxış: 446
Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir

İrəvanın “iki stul”da oturmaq siyasəti dəngəni dəyişir; Ermənistanda prezident dəyişikliyinə şimaldan ilginc reaksiyalar; rusiyalı tanınmış politoloq: “Ermənilər növbəti dəfə Rusiyanı satdılar, nəticəsi o olacaq ki...”

İşğalçı Ermənistanda martın 2-də, parlamentdə baş tutmuş növbəti prezident seçkisi ətrafında müzakirələr davam edir. Bəllidir ki, səsvermə nəticəsində Böyük Britaniyada səfir işləmiş və imkanlı iş adamı, hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan 10 səsə qarşı 90 səslə, alternativsiz prezident seçilib.

Ən maraqlı məqamlardan biri isə onun ikili vətəndaşlıq daşımasıdır. Daha doğrusu, namizədliyi verilən ərəfədə Ermənistan vətəndaşlığını qəbul eləməsidir. Çünki Ermənistan konstitusiyası ikili vətəndaşlığa icazə vermir. Bundan başqa, yeni prezidenti Qərbə bağlı şəxs kimi təqdim edənlər az deyil.

Yəni belə qənaət hasil olur ki, Ermənistandakı hakim rejim əslində bununla Qərbə növbəti reverans edib. “Yeni Müsavat” xatırladır ki, az öncə - keçən ilin noyabrında Ermənistan Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalamaqla Rusiyada qıcıq yaratmışdı.

Bundan qabaq isə İrəvanda faşist əlaltısı Qaregin Njdeyə abidə ucaltmaqla işğalçı ölkə Rusiyanın qınağına tuş gəlmişdi. Hətta məsələyə Rusiya XİN-i etiraz bildirərək, hadisəni qəbuledilməz adlandırmışdı. “Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinə qarşıdır. Biz ermənilərin Böyük Vətən müharibəsindəki şücaəti haqda bilirik, ona görə belə bir heykəlin İrəvanda niyə qoyulmasını anlamırıq”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova belə demişdi. Lakin Njdenin abidəsi bu gün də yerində durur.

*****

Qayıdaq İrəvanın Qərbə seçki reveransına.

İşğalçı ölkədə son prezident seçki formal xarakter daşısa da, - yeni prezidentin səlahiyyətləri sələflərindən fərqli olaraq, məhdud olacaq, - prosesin özü və onun mümkün nəticələri indi ən müxtəlif rakurslardan, o cümlədən Qərb-Rusiya qarşıdurması və Qarabağ kontekstində təhlil edilməkdədir. Məsələn, parlamentin müxalifət yönlü “Yelk” (“Çıxış”) blokunun üzvü Nikol Paşinyana görə, Armen Sərkisyan ölkənin prezidenti yox, hakim mafiyanın üzvü seçilib.

Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim partiyaya müqavimət göstərməyəcək. “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir. Əgər Armen Sərkisyan 2002-ci ildə Britaniya vətəndaşlığı alıbsa, o zaman Ermənistan vətəndaşlığından imtina etmiş sayılır. Bəs bu adam necə prezident seçilib? O, sadəcə, hakim rejimə bağlıdır və ondan asılıdır”, - deyə erməni deputat vurğulayıb.

*****

Öz növbəsində rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov İngiltərədəki səfirin Ermənistan prezidenti təyin edilməsinin Rusiyanın təhlülkəsizliyi baxımından Moskvaya əlavə problemlər yaradacağını söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “İnterfaks-Azerbaydjan” agentliyinə müsahibəsində deyib.

“Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayanda Rusiya siyasi elitası real olaraq şok keçirdi. Böyük Britaniyadakı sabiq səfirin Ermənistan prezidenti seçilməsi isə Rusiya üçün ”ikinci şillə" oldu", - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, qəfildən Ermənistan vətəndaşlığını qəbul eləmiş şəxsin, ola bilsin hətta xarici vətəndaşın prezident seçilməsi onu göstərir ki, Rusiya buna hazır olmayıb və böyük ehtimalla, İrəvanın Rusiya əleyhinə apardığı Avrointeqrasiya siyasətinin davamıdır: “Yumşaq desək, Rusiyanın Qafqaza yönəlik xarici siyasəti tam fiaskoya uğrayıb və Ermənilər növbəti dəfə Rusiyanı satıblar. Mən əminəm ki, Ermənistanın xarici siyasət kursunu Rusiyadan Qərbə dəyişməsi Kreml üçün təhlükəsizlik planında böyük problem yaradır. Məsələ ondadır ki, bizim Ermənistanla kollektiv hərbi qruplaşma barədə anlaşmamız var. Buradan çıxış edərək söyləmək olar ki, Rusiya üçün ciddi təhlükə yaranır. Yəni hansısa gizli şeyləri Ermənistan Qərbə ötürəcək. Heç bir zəmanət yoxdur ki, Rusiya Silahlı Qüvvələri ilə Ermənistan qüvvələri arasında mövcud olan ”özününkü-yad" kodları (Radiolokasiya tanıtma sistemi - red.) Qərbin əlinə keçməyəcək və bu kodlar altında Rusiya Federasiyası üzərində icazəsiz uçuşlar həyata keçirilməyəcək".

Ekspert mövcud vəziyyətdə hadisələrin üç mümkün inkişaf variantını ehtimal edir: “Birinci variant Rusiyanın Cənubi Qafqaz siyasətinin iflas olmasıdır. Bundan sonra Moskva hansısa sanksiyalar tətbiq edir və hansısa formada reaksiya veririk. İkinci variant: etiraf edirik ki, bu, bizim regionda xarici siyasət uğursuzluğumuzdur və heç bir reaksiya vermirik. Üçüncü variant: baş verənlər Rusiyanın Ermənistana münasibətdə məqsədli şəkildə yürütdüyü siyasətin nəticəsidir. Əgər birinci variantdan çıxış eləsək, o zaman biz Azərbaycanın işğal altındakı ərazilərlə bağlı atacağı istənilən addımı bəyənməliyik. İkinci variantdırsa, o zaman Qarabağ nizamlanmasına dair danışıqlar davam etməlidir. Üçüncü variantda isə Azərbaycan üçün Dağlıq Qarabağ konflikti kontekstində heç nə vəd olunmur”.

Öz növbəsində digər tanınmış rusiyalı politoloq Sergey Markov bu qənaətdədir ki, Armen Sərkisyan kimi bir adamın Ermənistanda prezident postuna gətirilməsi erməni lobbisinin rəsmi İrəvana təsirini gücləndirə bilər. “Yeni Müsavat”ın məlumatına görə politoloq deyib: “Dağlıq Qarabağ məsələsində diaspora bir qayda olaraq, Ermənistan əhalisindən daha radikal mövqe tutur. Bu da perspektivdə Ermənistanın Qarabağla bağlı kursunun daha sərtləşməsinə gətirə bilər. Ancaq bu, ehtimaldır”, - deyə Sergey Markov əlavə edib.

*****

Göründüyü kimi, İrəvanın “iki stul”da oturmaq siyasəti getdikcə daha qabarıq çalar almaqdadır. Daha dəqiqi, bu siyasət Qərbin xeyrinə reveranslarla zənginləşməkdədir. Rəsmi Kremlin buna reaksiyasını yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Ən azı ona görə ki, Ermənistan Güney Qafqazda Rusiyanın əsas hərbi qalası və bölgədəki “gözüdür”.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq

    Ermənistanın yeni prezidenti Armen Sarkisyan ...

    19-01-2018, 14:40

  • 
  • Ermənistanda hakim partiyanın üzvü müxalif namizədi bıçaqlayıb?

    Ermənistanda hakim partiyanın üzvü müxalif ...

    2-03-2017, 21:45

  • 
  • Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

    Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni ...

    25-01-2018, 10:53

  • 
  • Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

    Ermənistanda yeni konstitusiya dəyişikliklərinin ...

    23-10-2013, 10:42

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu